Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6834/2022 28.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 28 noyabr 2022-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X5 ilə xx.xx.1992-ci il tarixdə rəsmi qeydiyyatından keçməklə evlənmişdir. Birgə nikahdan 1 uşaqları olmuşdur. 1997-ci ildən əri ilə uşaqları birlikdə Rusiya Federasiyasının Oryol şəhərində yaşamışdırlar. xx.xx.2001-ci il tarixdə əri həmin şəhərdə itkin düşmüşdür. Bu barədə müvafiq orqanlara müraciət etmişdir, axtarışlar aparılsa da heç bur nəticə verməmişdir. MDB ölkələrinin Mütəşəkkil Cinayətkarlığa və digər ağır cinayət növləri üzrə Koordinasiya Bürosunun AR DİN üzrə səlahiyyətli nümayəndəsinin xx.xx.2004-cü il tarixli 78\1279 saylı arayışında göstərilmişdir ki, X3 itkin düşməsi üzrə RF Oryol şəhərində 1834 saylı 2001-ci il tarixli axtarış işi açılmış, bütün zəruri tədbirlər görülsə də, bu axtarışlar nəticəsiz olmuşdur. O, 2004-cü ildə ərinin itkin düşmə faktının müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2004-cü il tarixli 2-1766\2004 saylı qətnaməsinə əsasən ərizəsi təmin edilmiş və xx.xx.1960-cı il təvəllüdlü X5 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Həmin dövrdən keçən 18 il ərzində yenə də əri barədə hər hansı bir məlumat əldə edilməmiş və əri artıq 21 ildir ki, tapılmayıb. Bu isə artıq onun ölməsindən xəbər verir. Bu halda artıq o, məhkəmə qaydasında ölmüş elan edilməlidir. Bu faktı isə o, məhkəmədən kənar heç bir yolla təsdiq etdirə bilməz. Ona görə də ərinin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edir. A.Məmmədovun ölmüş elan edilməsi ona ərinin şəxsi mülkiyyəti kimi qeydiyyatda olan ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzilə dair vərəsəlik və digər mülkiyyət hüquqlarını həyata keçirmək üçün zəruridir. Çünki həmin vaxtdan əri olmadığı üçün o, bu mənzilə dair sərəncam və digər mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Həyat yoldaşı 2001-ci ildə itkin düşməsi, 21 il ərzində onun barəsində aparılan axtarışların bir nəticə verməməsi və ondan hər hansı bir məlumatın olmaması, eləcə də 2004-cü ildən məhkəmə qətnaməsi ilə xəbərsiz itkin düşmüş hesab edilməsi təsdiq edir ki, artıq onun müəyyən bədbəxt hadisədən elə 2001-ci ildən ölməsini güman etməyə kifayət qədər əsaslar vardır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ev yoldaşının adınadır, onu satmaq istəyir. Bu səbəbdən sözügedən ərizə ilə məhkəməyə müraciət etmişdir. Əvvəl elə bilirdi ki, ev avtomatik olaraq onun adına keçəcəkdir. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilən X6 bildirdi ki, Şəhla anası, Adil isə atasıdır. Atası itkin düşən vaxt onun təxminən 6-7 yaşı olmuşdur. Sonuncu dəfə atasını elə o, görmüşdür. Həmin vaxtdan bu günə kimi atası barədə heç bir xəbər almamışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilən X1 bildirdi ki, Şəhla bacısıdır. Adilin anası rus idi. Onlar Lənkərana gəlmiş və həmin vaxt Adil bacısı ilə tanış olub evlənmişdir. Daha sonra onlar Rusiyaya getmişdirlər. Adil Rusiyada itkin düşmüş, bacısı ondan heç bir xəbər ala bilməmiş və uşağı ilə birlikdə geri qayıtmışdır. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2-1766/2004 saylı, 30 iyul 2004cü il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə xx.xx.1960-cı il təvəllüdlü X5 xəbərsiz itkin düşmüş hesab edilməlidir. İşdə olan AZ-JQ 300216 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X4 xx.xx.1992-ci il tarixdə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 229 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 144-cü məhəllə, ev 112, 23 saylı mənzil X3 adına qeydə alınmışdır. Məhkəmə ərizəçi və şahidləri dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.2). Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər (41.4). Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, 1997-ci ildən X2 heç bir xəbər alınmamış və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 2-1766/2004 saylı, 30 iyul 2004-cü il tarixli qətnaməsi ilə xx.xx.1960-cı il tarixdə təvəllüdlü X5 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Həmin qətnamənin qəbul edilməsindən keçən 18 ildən çox müddətdə X3 harada olması barədə hər hansı məlumat olmamışdır. Azərbaycan Respublikası MPM-nin müddəalarına görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (mad. 312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (mad. 313). Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X3 harada olması barədə artıq 25 ildən çoxdur ki, məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X3 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş X5 ölmüş elan edilməli, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə Lənkəran şəhərində anadan olmuş X5 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X3 ölüm günü hesab olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6834/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6834/2022
28.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver