Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6888/2024 09.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhəri, AAF küçə 25 , bina 7, mənzil 7 ünvanında ölməsı faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X7 ilə Xırdalan şəhəri, AAF küçə 25, bina 7, mənzil 7 ünvanında yaşayırdılar. xx.xx.2023-cü il tarixdə yoldaşının vəziyyəti qəfil dəyişdi və vəfat etdi. Meyidi müayinə üçün apardılar. Heç bir zorakılıq əlamətləri aşkarlanmamışdır. Bu barədə faktla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs ərizə ilə müraciət ünvanladı. Qeydiyyat Şöbəsi isə X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə imtina etmiş və məhkəmə qaydasında baxılmasını bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyil. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Heydər Məmmədov mart ayının 27-dən 28-nə keçən gecə, Xırdalan rayonunda yerləşən evlərində vəfat edib. Həmin vaxt təcili tibbi yardım da çağırmışdılar. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respubiikasınm Ədliyyə Nazirliyi Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X4 ifadəsində bildirdi ki, mərhum Heydər qaynı, Yasəmən isə onun yoldaşıdır. Heydər Məmmədov 27 martda rəhmətə gedib. Onun yas mərasimində iştirak edib. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, mərhum Heydər onun bacısının qaynı, Yasəmən isə onun yoldaşıdır. Heydər Məmmədov 27 martda rəhmətə gedib. Onun yas mərasimində iştirak edib. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İş materiallarında olan İİ ER 486418 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X6 xx.xx.1981-ci il tarixdə rəsmi nikaha girərək ailə qurublar və bu nikah 2369 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında olan İİ JQ 489271 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1959-cu ildə Qubadlı rayonunda doğulmuşdur. X2, anası X1r. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 32 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X7 xx.xx.2023-cü il tarixində Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin əri X7 xx.xx.2023-cü il tarixində Xırdalan şəhəri, AAF küçə 25 , bina 7, mənzil 7 ünvanında vəfat etmişdir. Bu fakt şahid ifadələri, fotoşəkillər və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin əri X3 xx.xx.2023-cü il tarixində Xırdalan şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 xx.xx.2023-cü il tarixdə Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6888/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6888/2024
09.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver