Məhkəmə qərarları › İş №2(060)-6946/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6946/2025

04.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6946/2025 04.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinə xitam verilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Nəcəfov Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli. MŞS\MT030\2024-01075 saylı Barışıq Sazişinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə .xx.xx.2009-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X2 adlı uşaq anadan olmuşdur. Münasibətlər pozulduğu üçün nikahın ləğvi ilə bağlı məhkəməyə müraciət etmişlər. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsilə xx.xx.2009-cü il tarixli nikah pozulmuşdur. Bundan əvvəl isə onların arasında mediatorun iştirakı ilə xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Hal-hazırda. Maraqlı şəxs barışıq müqaviləsinin şərtlərini, alimentin məbləği, əmlak bölgüsü və sairə məsələlər üzrə şərtləri kobud şəkildə pozmuş və onu faktiki icra olunmamaq həddinə çatdırmışdır. Ona görə də, əmlak bölgüsü və sairə mübahisələr barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin qüvvədə olan xx.xx.2024-cü il tarixli barışıq sazişi onu bu hüquqlardan məhrum edir. xx.xx.2024-cü il tarixli barışıq sazişinin məhkəmə tərəfindən etibarsız və qüvvədən düşmüş hesab edilməklə onun xitam olunması zəruridir. Belə ki, barışıq sazişinə əsasən, o, tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. Barışıq sazişinin müddəalarına əsasən saziş könüllü icra ediləcəkdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi, yəni əmlak bölgüsü, alimentin məbləği, evin ipoteka və banka ödənilməli kredit borcu və sairə məsələlər barədə şərtləri nəinki hal-hazırki tarixədək icra etməmiş, hətta alimentin məbləğinin artırılması və sairə tələblərlə bağlı yenidən məhkəməyə müraciət etmişditr. Göstərilənlərə əsasən ərizə təmin olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək tərəflər arasında imzalanmış barışıq sazişinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. O, əlavə etdi ki, saziş bağlamamışdan öncə hər ikisi onun bütün şərtlərini razılaşmışlar və bu sazişi bağlamışlar. Məhkəmə iş üzrə tərəfləri dinləyib, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan : - Bakı Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediatorun iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanmış MŞS\MT030\2024-01075 saylı barışıq sazişindən görünür ki, tərəflər aşağıda qeyd edilən şərtlər üzrə razılığa gəlmişlər: 1. Mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındaki nikah qeydinin pozulmasna razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2.Tərəflər birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkin yaşına çatana kimi anası Maraqlı şəxs himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. 3.Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 atası- Ərizəçi ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür.

4. Mediasiya prosesində Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın 10-dan gec olmayaraq) cəmi 500 manat sabit pul məbləğində alimenti Maraqlı şəxs ödəyəcəyinə dair öhdəlik götürür.

5. Tərəflər qarşılıqlı razılıq əldə etdilər ki, zərurət yarandığı halda xx.xx.2018-ci il təvəllüdlü X1 xarici ölkəyə aparılması ilə əlaqədar olaraq, hər biri digərinə ölkədən getmək və gəlmək müddətləri göstərilməklə notarial qaydada razılıq ərizəsi verəcəklər.

6. Hər iki tərəf mediasiya prosesində təsdiq etdilər ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon Səməd Vurğun küçəsində yerləşən 15/132 saylı evin 3-cü mərtəbəsindəki 11/79 saylı üç otaqlı mənzilini birgə nikah dövründə əldə etmişlər.

7. Tərəflər qarşılıqlı razılıq əldə etdilər ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon Səməd Vurğun küçəsində yerləşən15/132 saylı evin 3-cü mərtəbəsindəki 11/79 saylı üç otaqlı mənzilini satacaqlar və həmin mənzilin satışından əldə ediləcək pul vəsaitini öz aralarında hər birinin payı 1/2 hissə olmaqla böləcəklər.

8. Mediasiya prosesində tərəflərin qarşılıqlı razılığına əsasən Maraqlı şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon Səməd Vurğun küçəsində yerləşən 15/132 saylı evin 3-cü mərtəbəsindəki 11/79 saylı üç otaqlı mənzilin satışından əldə olunacaq pul vəsaitinin özünə çatacaq hissəsini övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə yaşaması üçün mənzil sahəsi əldə edilməsinə xərcləyəci barədə öhdəlik götürdü. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə Maraqlı şəxs ər-arvad münasibətlərinin davam etdirilməsinin mümkünsüzlüyü qənaətinə gələrək xx.xx.2024-cü il tarixdə mediatorun iştirakı ilə aralarında MŞS\MT030\2024-01075 saylı barışıq sazişi bağlamışdır. Barışıq sazişinin şərtlərinə görə mediasiya prosesində tərəflər təsdiq etmişlər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındaki nikah qeydinin pozulmasna razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflər birgə nikahdan olan xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası Maraqlı şəxs himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2018-ci il təvəllüdlü X1 atası- Ərizəçi ilə hər hansı (ay, gün və saat barədə) məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürür. Mediasiya prosesində Ərizəçi xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın 10-dan gec olmayaraq) cəmi 500 manat sabit pul məbləğində alimenti Maraqlı şəxs ödəyəcəyinə dair öhdəlik götürür. Tərəflər qarşılıqlı razılıq əldə etmişlər ki, zərurət yarandığı halda xx.xx.2018-ci il təvəllüdlü X1 xarici ölkəyə aparılması ilə əlaqədar olaraq, hər biri digərinə ölkədən getmək və gəlmək müddətləri göstərilməklə notarial qaydada razılıq ərizəsi verəcəklər. Hər iki tərəf mediasiya prosesində təsdiq etdilər ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon Səməd Vurğun küçəsində yerləşən 15/132 saylı evin 3-cü mərtəbəsindəki 11/79 saylı üç otaqlı mənzilini birgə nikah dövründə əldə etmişlər. Tərəflər qarşılıqlı razılıq əldə etmişlər ki, Sumqayıt şəhəri, 5-ci mikrorayon Səməd Vurğun küçəsində yerləşən15/132 saylı evin 3-cü mərtəbəsindəki 11/79 saylı üç otaqlı mənzilini satacaqlar və həmin mənzilin satışından əldə ediləcək pul vəsaitini öz aralarında hər birinin payı 1/2 hissə olmaqla böləcəklər. Mediasiya prosesində tərəflərin qarşılıqlı razılığına əsasən Maraqlı şəxs Sumqayıt şəhəri, 5-ci mikrorayon Səməd Vurğun küçəsində yerləşən 15/132 saylı evin 3-cü mərtəbəsindəki 11/79 saylı üç otaqlı mənzilin satışından əldə olunacaq pul vəsaitinin özünə çatacaq hissəsini övladı xx.xx.2018-ci il təvəllüdlü X2 ilə birlikdə yaşaması üçün mənzil sahəsi əldə edilməsinə xərcləyəci barədə öhdəlik götürmüşdür. Hazırda Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs Nəcəfov Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli. MŞS\MT030\2024-01075 saylı Barışıq Sazişinə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Onun əsas dəlili budur ki, Maraqlı şəxs bu barışıq sazişinin şərtlərinə əməl etmir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1.1 və 355-26.1.2-ci maddələrinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; .2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cü maddəsinə görə barışıq sazişi qanuna və bu Qanunun 3.3cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanunun 3.3-cü maddəsinə görə bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna uyğundur və digər şəxslərin mənafeyinə toxunmur. Bu sazişə xitam verilməsi üçün iş materiallarında hər hansı əsas mövcud deyildir. Tərəflərə məhkəmə izah edir ki, sazişə əməl edilmədiyi təqdirdə onlar bu sazişin təsdiq edilməsilə bağlı müvafiq məhkəməyə müraciət edə bilərlər, yəni onun şərtlərinə əməl edilməməsi əsası ilə sazişə xitam verilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinə xitam verilməsi barədə Ərizəçi ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar