Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6955/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023/02074 saylı tarixli barışıq sazişinin təsdiq edilməsi və tərəflər arasında olan nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil iddia tələbinə dəqiqləşmə verərək, iddiaçının Cavabdeh ilə aralarında 03 yanvar 2019-cu il tarixdə Sumqayıt “ASAN Xidmər” mərkəzi qeydiyyat şöbəsində 14 nömrə ilə qeydə alınmış rəsmi nikahın vaxt verilmədən pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan xx.xx.2020-ci il təvəllüdlü X2 adlı bir övladları dünyaya gəlmişdir. Uzun müddətdir ki, iddiaçı cavabdehdən ayrı yaşayır. Bu səbəbdən onlara vaxt verilmədən nikahlarının pozulmasını istəyir. İddiaçının nümayəndəsi Vəkil məhkəmədə iştirak edən zaman eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini və məhkəmə ərizə ilə müraciət edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, o, iddiaçı ilə 2019-cu ilin yanvar ayında rəsmi nikaha girmişlər. Birgə nikahdan bir övladları var. Övladının himayədə qalması və alimentlə bağlı aralarında mediasiya prosesində razılığa gəliblər. Hazırda nikahın pozulmasına etiraz etmədiyini bildirərək qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. İş materialları ilə müəyyən edilir ki, tərəflər 03 yanvar 2019-cu il tarixdə nikaha daxil olmuş, bu nikahdan 20 fevral 2020-ci il təvəllüdlü X2 doğulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Barışıq Sazişindən görünür ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2019-cu il tarixli, 14 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll edəcəkdir. Hər iki tərəf birgə nikahdan olan 20 fevral 2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası – İddiaçı yanında yaşamasına razıdırlar. Mediasiya prosesi zamanı Cavabdeh birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 220 (iki yüz iyirmi) manat məbləğində alimenti İddiaçı ödəməsi barədə öhdəlik götürmüşdür. İddiaçı Cavabdeh hər hansı məhdudiyyət qoyulmadan birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 ilə istədiyi zaman yanında saxlamaq şərtilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasına təkid etdikdə nikah pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında israrlı olduğunu və ailənin faktiki olaraq dağıldığını, cavabdehin isə nikahın pozulmasına etirazını bildirmədiyini nəzərə alaraq hesab edir ki, tərəflərin birgə yaşaması və ailənin saxlanması qeyri-mümkündür. Həmçinin qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Odur ki, heç kəs iradəsinə zidd olaraq nikahda qalmağa məcbur edilə bilməz. Ailə Məcəlləsinin 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Ailə Məcəlləsinin 61.3-cü maddəsinə görə valideynlər razılığa gələ bilmədikdə mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Hazırki halda boşanmadan sonra uşagın yaşayış yeri ilə bağlı tərəflər arasında razılıq olduğu üçün məhkəmə qəyyumluq və himayəçilik orqanını işə cəlb etməyə lüzum görməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 03 yanvar 2019-cu il tarixli 14 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulmalıdır. Məhkəmə iddiaçının boşandıqdan sonra qızlıq soyadı olan “Məmmədova” soyadına keçməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında olan Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində 03 yanvar 2019-cu il tarixli 14 nömrə ilə qeyd edilmiş nikah qeydi pozulsun. İş üzrə ödənilmiş dövlət və mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş rüsumlar İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-6955/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6955/2023
04.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver