Məhkəmə qərarları › İş №2(060)-70/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-70/2024

30.01.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-70/2024 30.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından QƏRARDAD SUMQAYİT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhəri İş № 2(060)-70/2024 xx.xx.2024-cü il Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 17/18, mənzil 13ün qarşısında cavabdeh tərəfindən inşa edilmiş qanunsuz tikilinin sökülməsi və ona öz mülkündən istifadə ilə bağlı cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə mübahisə predmeti barədə razılıq əldə olunmuş və mübahisə barışıq əsasında həll olunmuşdur. Ona görə də mülki işin ekspertizadan tələb edilməsi, iş üzrə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi və iddiaçının iddia tələbindən imtinasını qəbul etməklə iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 16 yanvar 2024-cü il tarixdə məhkəməyə Cavabdeh ərizəsi daxil olmuş, həmin ərizədə cavabdeh İddiaçı ona qarşı “qanunsuz tikilinin sökülməsi və yaradılmış maneələrin aradan qaldırılması tələbi”nə dair iddiadan imtina ərizəsini qəbul etdiyini və aralarında heç bir mübahisə olmadığını bildirmişdir. Məhkəmə ərizəni və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə qeyd olunan normaların tələblərini, həmçinin cavabdehin iddiadan imtinanı qəbul etməsini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina etməsi qanuna zidd olmamaqla yanaşı, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Odur ki, hazırki iş üzrə iddiaçının iddiadan imtina barədə ərizəsi qəbul edilməli və mülki işin icraatına xitam verilməlidir. Аzərbaycan Рespublikası Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 52, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi və yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar