Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7033/2021 10.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsi) barədə ərizəsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxs kimi göstərməklə) 20.06.1964-cü ildə Şamaxı rayonunda anadan olmuş atası Abdulayev Əhlixan Ömür oğlunun ünvan 1 evdə 17 iyul 2021-ci ildə ölüm faktının müyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin atası 20.06.1964-cü ildə Şamaxı rayonunda anadan olmuş Abdulayev Əhlixan Ömür oğlu ünvan 1 ünvanda 17 iyul 2021-ci ildə dünyasını dəyişmiş və həmin gün “Sumqayıt Hospital” klinikasının X9 Briqadası çağırışa gələrək meyiti müayinə etmiş və onda bioloji ölüm aşkar etmişlər. Ərizəçinin atası miokard infarkt, ağciyər ödəmi xəstəliyindən əziyyət çəkirmiş. Ərizəçi “Sumqayıt Hospital” klinikasının verdiyi arayışı Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinə təqdim etmiş, lakin ona izah olunmuşdur ki, atasının ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ölüm haqqında şəhadətnamənin verilməsi mümkündür. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxs məhkəmə iclasında təmsil edilməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o “Vətən Müharibəsi” iştirakçısı olub. Atası onu yaralı halda gördükdən sonra halı pisləşib. Həkim ona iş görməməyi məsləhət görmüşdü, lakin atası işləyirdi. Onun halı qəfil pisləşmiş, X9 çağırılsa da, həkim briqadası gələnə qədər atası artıq vəfat etmişdi. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, ərizəçi xx.xx.1995-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Abdulayev Əhlixan Ömür oğlu 20.06.1964-cü ildə Şamaxı rayonunda anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Hospital” klinikasının 23.07.2021-ci il tarixli, 808 saylı arayışına əsasən 17.07.2021-ci ildə ünvan 4 ünvanında “Sumqayıt Hospital MMC” klinikasının X9 briqadası çağırışda olmuşdur. Müayinə zamanı Abdulayev Əhlixan Ömür oğlunda bioloji ölüm aşkar edilmişdir. ünvan 6 ünvanında yaşayan X1, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 86-da yaşayan X2 , Sumqayıt şəhəri,Corat qəsəbəsi, məhəllə 2, ev 200-də yaşayan X3 tərəfindən tərtib edilərək imzalanmış və Sumqayıt RİH başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən təsdiq edilmiş akta əsasən Abdulayev Əhlixan Ömür oğlu 17 iyul 2021-ci ildə ailəsi ilə birgə yaşadığı ünvan 7 ünvanında vəfat etmişdir. Həmyəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 26.07.2021-ci il tarixli, 119 saylı arayışında Abdulayev Əhlixan Ömür oğlunun Şamaxı rayon Həmyəli kənd qəbiristanlığında 17.07.2021-ci ildə dəfn edildiyi göstərilmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 27.07.2021-ci il tarixli, 05/Q-2162/15 saylı məktubunda ərizəçiyə bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ərizənin təmin edilməsi mümkün deyil. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, o Abdullayev Əhlixan Ömür oğlunun qardaşıdır. O, 17 iyul 2021-ci ildə səhər radələrində vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir (307.1.). Məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır (307.2.3.). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir (310.1.). Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır (310.1.). İşdən göründüyü kimi ərizəçi mərhum atası Abdulayev Əhlixan Ömür oğlunun ölüm şəhadətnaməsini almaq istəyir. Lakin, maraqlı şəxs müvafiq tibbi şəhadətnamənin olmaması səbəbindən ərizəçiyə imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, işdə olan sənədlər və şahid ifadələri əsasında ərizəçinin atası Abdulayev Əhlixan Ömür oğlunun 17 iyul 2021-ci il tarixdə vəfat etməsi sübuta yetirilir. Həmin faktları təkzib edən hər hansı sübut iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən ərizə təmin edilməli və 20.06.1964-cü ildə anadan olmuş Abdulayev Əhlixan Ömür oğlunun 17 iyul 2021-ci il tarixində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 216-220, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 20.06.1964-cü ildə anadan olmuş Abdulayev Əhlixan Ömür oğlunun 17.07.2021-ci il tarixində, Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə həmin fakt üzrə müvafiq qeydiyyatın aparılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7033/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7033/2021
10.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver