Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7064/2025 13.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baş vermiş hadisə nəticəsində ona dəymiş 1000 (bir min) manat məbləğində maddi ziyanın və həmçinin tərəfimdən ödənilmiş 30 ( otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə o İddiaçı məxsusdur. DƏDRX-nin Sumqayıt şəhər Ərazi idarəsindən verilmiş MA seriyalı, ********** qeydiyyat nömrəli çıxarışa əsasən sözü gedən mənzil xx.xx.2010-cu il tarixdən tam payda onun mülkiyyətindədir. Bu günə qədər də sözügedən mənzildə yaşayır. Onun mənzilinin yerləşdiyi mərtəbədən üst mərtəbədəki 32 saylı mənzil cavabdehin mülkiyyətindədir. Cavabdehin deməsinə görə mənzili başqa şəxslərə kirayəyə vermişdir. Artıq 10 ildir ki, cavabdehin mənzilindəki yararsız vəziyyətdə olan borulardan axan su onun mənzilinin divarlarını və tavanını bərbad vəziyyətə salmışdır. Dəfələrlə tərəfindən həm cavabdehə bu barədə xəbərdarlıq edilsə də cavabdeh tərəfindən bu barədə heç bir tədbir görülməmişdir. Cavabdehin mənzilindən axan su nəticəsində onun mənzilinə dəymiş ziyanı əks etdirən fotoşəkilləri də ərizəyə əlavə edir. Bu barədə bir neçə dəfə aidiyyəti orqanlara müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə o ərizə ilə Sumqayıt şəhər 2 saylı MKS-nə müraciət edərək mənzilinə baxış keçirilib akt tərtib olunmasını xahiş etmişdir. Bu barədə aşağıdakı məzmunda akt tərtib edilmişdir: "Biz aşağıda imza edənlər Sumqayıt şəhər 2 saylı MKS-nın sahə ustası Məclumova Rubabə və MKS-nın mühəndisi İsmayılov Asəf aktı tərtib etdik, ondan ötəri ki, 14-cü məhəllə, ev 9/34, mənzil 29-un sakini İddiaçı 2 saylı MKS-ə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin binanın 32-ci mənzilindən onun yaşadığı mənzilə su tökülür. Bununla əlaqədar biz həmin mənzildə olduq. Həqiqətən həmin mənzilin dəhliz və mətbəxində müəyyən qədər su axıntısı olmuşdur. Biz eyni zamanda su axıdılan mənzilin sahibi Cavabdeh həmin mənzilə dəvət etdik və su axıntısı olmasını göstərdik. Bildirdi ki, həmin mənzildə kirayəşin yaşayır. Su axıntısı kirayəşinin səhlənkarlığı nəticəsindıə olmuşdur. Mətbəxdə suyun açıq qalması səbəbindən su axmışdır. Bildirdi ki, bir daha həmin hal baş verməyəcək. Eyni zamanda həmin mənzilin sahibinə bir neçə dəfə xəbər vermişik". Cavabdeh bu halın bir daha təkrarlanmayacağını bildirsə də, onun səhlənkarlığı səbəbindən ona 1000 (bir min) manata yaxın ziyan dəymişdir. Bu barədə cavabdehə müraciət etsə də cavabdeh mənzilinə dəymiş ziyanı ödəməkdən boyun qaçırmışdır. Mənzil sahibi hər dəfə ziyanı ödəməkdən yayınmaq üçün ziyanı kirayə qalanlar vurub deməklə hesab edir ki, məsuliyyətdən yaxa qurtarır. Halbuki mənzili kirayəyə verməsini təsdiq edəcək sənədi belə yoxdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izahatında bildirdi ki, onlar heç bir razılığa gələ bilmirlər. Anası 2 ildir məhkəməyə müraciət etmişdir. Yaşlı adamdır. 2 dəfə ekspertiza keçirilmişdir. Ekspertizadan əvvəl mənzil kommunal istismar təşkilatının nümayəndəsi gəlmiş, akt tərtib etmiş və suyun necə boşaldığını görmüşdürlər. Lakin ekspertiza zamanı turbaları dəyişmişdir. Anası yaşlı adamdır. Hazırda su gəlmir lakin divar nəm olmuşdur. 10 ildir kirayə vermişdir. Başına oyun açırlar. Məhkəmə iclasında cavabdeh izahatında bildirdi ki, 1994-dən evi almışdır. Ondan iddiaçının mənzilinə su axmamışdır. Əvvəl ondan 400 manat pul istəyirdilər. Onun evinin 3000 xərci var. O da gedib qonşudan tələb etsin. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 29 İddiaçı adına tam payda xx.xx.2010-cu il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır.Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyetrində 110 nömrəli reyestr kitabının 17 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 21 yanvar 2025-ci il tarixli, 10/6590 nömrəli ekspert rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirilən təmir işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 833 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş 07 avqust 2025-ci il tarixli, 10/3535 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 29 saylı mənzilin otaqlarına hazırda su sızmasa da (əvvəlki su sızmadan qalan qüsurlar mövcuddur), sanitar qovşaqda nəmişlik izlərinin olduğu müəyyən edilmişdir. Həmin nəmişlik izlərinin yaranması yuxarıdakı mənzildən su sızmasından başqa ümumi kanalizasiya və su xətlərində yaranana qüsurlar səbəbindən də ola bilər. ünvan 1 ünvanında yerləşən, cavabdehə məxsus 32 saylı mənzilin, iddiaçıya məxsus 29 saylı mənzilin üstündə yerləşdiyini nəzərə alaraq, 29 saylı mənzildə yaranmış qüsurların yuxarıdakı mənzildən əvvəllər su sızması nəticəsində yarana bilər. -xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı Sumqayıt şəhər Məhkəməsinin hesabına iddia qaldırmaq üçün 30.60 manat dövlət rüsumu ödəmişdir. -2 saylı MKS tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, 2 saylı MKS-nin sahə ustası Məclumova Rübabə və MKS-nin mühəndisi İsmayılov Asəf aktı tərtib edilər ondan ötəri ki, 14-cü məhəllə ev 9/34 mənzil 29-un sakini İddiaçı 2 saylı MKS-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, həmin binanın 32-ci mənzilindən onun yaşadığı mənzilə su tökülür. Bununla əlaqədar onlar həmən mənzildə olmuş, həqiqətən də həmin mənzilin dəhliz və mətbəxində müəyyən qədər su axıntısı olmuşdur. Onlar eyni zamanda su axıdılan mənzilin sahibi Cavabdeh həmən mənzilə dəvət etmiş, su axıntısının olmasını göstərmişlər. Bildirdi ki, həmin mənzildə kirayə yaşayır. Su axıntısı kirayəsinin səhlənkarlığı səbəbindən su axmışdır. Bildirdi ki, birdə həmən hal baş verməyəcək. Eyni zaman həmən mənzilin sahibinə bir neçə dəfə məlumat vermişlər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh mənzilindən İddiaçı mənzilinə su sızması nəticəsində iddiaçıya məxsus mənzilə maddi ziyan vurulmuşdur. Ekspert rəyinə əsasən müəyyən edilir ki, mənzilə dəymiş zərərin ümumi məbləği 833 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh dəymiş zərərin məbləğinin 1000 manat deyil, 833 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 833 manat pul və ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə: iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən iddia tələbi qismən təmin olunduğundan, 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış hər iki ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil edir. İddia tələbi qismən təmin edildiyindən, 200 (iki yüz) manatın 100 manatı iddiaçıdan, 100 manatı cavabdehdən tutulmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 833 manat pul alınaraq İddiaçı ödənilsin. İddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddiaçı hər iki ekspertiza tədqiqatının dəyəri qismində 100 (yüz) manat, Cavabdeh 100 (yüz) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7064/2025
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7064/2025
13.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver