Məhkəmə qərarları › İş №2(060)-7077/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7077/2025

24.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7077/2025 24.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi və cavabdeh Maraqlı şəxs iştirakları ilə, Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında» tələbinə dair ərizə ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında» tələbinə dair ərizə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 2(060)-7077/2025 saylı iş üzrə ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, nikah pozulub, aralarında saziş var. Onun təsdiq edilməsini xahiş etmişdir. Cavabdeh barışıq sazişinin ləğvini tələb etmişdir. Təmin edilməmişdir. 11 aydır aliment ödəmir. Məhkəmə iclasında iştirak edən cavabdeh Maraqlı şəxs izahatında bildirdi ki,mediasiya barışıq sazişi bağlanmışdır. Razılığa gəlmişdirlər ki, ipoteka ilə mənzilin pulu Lamiyənin onun adına borcu ona keçəcəkdir. Onlar barışıq sazişindən sonra nikahın pozulmasından imtina etmişdirlər. Barışmışdılar. 1 il bir yerdə yaşamışdırlar. O vaxt barışıq sazişi bağlananda kredit yox idi. Hazırda kredit ödənir, onun üstündə qalmışdır. Ona görə 500 manat ödəyə bilmir, hazırda 300 manat ödəyə bilər. Uşaq onun yanındadır aliment ödəməməlidir. Məhkəmə, Ərizəçi ərizənin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdehin ərizəsinin baxılmamış saxlanılmasına etirazı olmadığını, onun işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək, hesab edir ki, ərizə təmin edilərək baxılmamış saxlanmalıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100.60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığından iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100.60 manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən ərizə ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.1-ci maddəsinə əsasən ərizənın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 263, 264, 266-269- cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı «mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında» tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100.60 (yüz manat altmış qəpik) manat Ərizəçi qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası X1 İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar