Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7117/2022 06.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçinın iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə (Maraqlı şəxs: Maraqlı şəxs) dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1nun 05 oktyabr 2021-ci ildə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxxxx 1976-cı il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuşdur. Hal-hazırda məcburi köçkün kimi Sumqayıt şəhəri, Asfaltzavod ərazisində fərdi tikili evdə yaşayır. X4 onun atasıdır. O, xx.xx.1934-cü il tarixdə Laçın rayonu, Minkənd kəndində anadan olmuş və məcburi köçkün kimi Sumqayıt şəhəri, BTZ bağları, fərdi tikili evdə yaşamışdır. X1 “Hipertoniya” xəstəliyindən əziyyət çəkdiyinə görə uzun müddət müalicələr almışdır. 05 oktyabr 2021-ci il tarixdə isə həmin xəstəlikdən Sumqayıt şəhərində, yəni yaşadığı BTZ bağları, fərdi tikilidə ölmüş və onu Ceyranbatan qəsəbə qəbirstanlıqda dəfn olunmuşdur. Bütün bunları şahidlər də təsdiq edə bilərlər. Hazırda atasının ölüm haqqında şəhadətnaməsini əldə etmək zərurəti yaranmışır. Belə ki. atasının ölümündən sonra yaranmış vərəsəlik, sosial təminat və digər hüquqi prosedurları həyata keçirmək üçün müvafiq şəhadətnaməyə ehtiyac vardır. Ərizəçi bununla bağlı ilk növbədə Maraqlı şəxsnə atasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Oraya müraciət edərkən Azərbaycan Respublikası Sumqayıt Tibb Mərkəzi PHŞ X12 stansiyası tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş atasının ölümünü təsdiq edən arayışı təqdim etdim. Lakin, Maraqlı şəxsndən ərizəçiyə məktubla bildirilmişdir ki, ölümü təsdiq edən sənədin olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazımdır. Hazırda atasının ölüm faktını başqa yolla əldıə etməyi mümkün deyildir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X1 05 oktyabr 2021-ci il tarixdə hipertoniya xəstəliyindən Sumqayıt şəhəri, BTZ bağları ünvanında yerləşən fərdi evdə ölmüşdür və Ceyranbatan qəsəbəsi qəbiristanlığında dəfn olunmuçdyur. Hazırda isə atasının ölümündən sonra yaranmış vərəsəlik, sosial təminat və digər hüquqi prosedurları həyata keçirmək üçün ölüm haqqında şəhadətnaməsinin alınması zəruridir. İddia tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadə verərək bildirdi ki, X2 həm qonşusu, həm də qohumudur. Onun dəfnində iştirak etmişdir. X4 ölənədək Sumqayıt şəhəri, BTZ bağları ünvanında yerləşən fərdi evdə yaşamışdır. Həm yaşlı, həm də xəstə olması ilə əlaqədar vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, X4 onun atasıdır. Onun ölümündən 1 il 2 ay vaxt keçmişdir. Bildirdi ki, atası ev şəraitində, xəstəliyi ilə əlaqədar ölmüşdür, Ceyranbatan qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidlərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Azərbaycan Respublikası Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinin 112 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X5 xx.xx.2021-ci ildə Abşeron rayonunun Ceyranbatan qəsəbə qəbirstanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-1646/15 saylı məktubundan görünür ki, X3 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyindən Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - Sumqayıt Tibb Mərkəzi PHŞ X12 Stansiyası tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2580 saylı arayışdan görünür ki, briqada verilən ünvana çatdıqda 1934-cü il təvəllüdlü X3 meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə X5 uzun müddət “Hipertoniya xəstəliyi”dən əziyyət çəkmiş, “İnsult” keçirmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. - ərizəçinin təqdim etdiyi fotoşəkildə olan məzarda X5 qeyd edilərək ölüm tarixi xx.xx.2021-ci il göstərilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası X5 xx.xx.2021-ci ildə ölmüşdür. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1934-cü il təvəllüdlü X2 05 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7117/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7117/2022
06.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver