Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7263/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladı X1 ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum övladı X1 05.10.2020-ci ildə Sumqayıt şəhərində ölməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi dəqiqləşmə verərək, mərhum övladı X1 05.10.2020-ci ildə Sumqayıt şəhərində vəfat etməsi barədə ölüm faktının müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum övladı X4 05.10.2020-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. Mərhumun nəşini el adət-ənənələrinə uyğun olaraq H.Z.Tağıyev qəsəbəsində yerləşən qəbristanlığında dəfn etmişdirlər. Lakin adına ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ona görə də ərizəçi məhkəmədən mərhum övladının ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X6 ifadə verərək bildirdi ki, o, ərizəçi ilə qonşudur. Ərizəçinin oğlu ev tikintisi zamanı evin üstündən yıxılmış, bir qədər sonra isə vəfat etmişdir. Nurlan vəfat edəndə onun 3 və 7 mərasimlərində iştirak etmişdir. Mərhum qəsəbə qəbirstanlığında dəfn olunmuşdur.Mərasimi evdə etmişlər. Dəfnində də iştirak etmişdir. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, ərizəçi onun qaynanası, Nurlan isə qaynıdır. Nurlan ev tikəndə evin üstündən yıxılıb, zədələnmiş bir müddət sonra vəfat etmişdir. Onun 3 və 7 mərasimləri evdə olmuş və o da həmin mərasimlərdə iştirak etmişdir. Mərhum qəsəbə qəbirstanlığında dəfn olunmuşdur Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 10.08.2021-ci il tarixli 05/Q-2308/15 saylı məktubundan görünür ki, Ərizəçi X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt Şəhər X8 və X3 Stansiyasının verdiyi 28.10.2020-ci il tarixli arayışdan görünür ki, 05.10.2020-ci il tarixdə saat 1105-də ünvan 1 ünvanında yaşayan 1991-ci il təvəllüdlü X4 adına 2 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1991-ci il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Qardaşının dediyinə görə mərhum uzun müddət narkotik alidəçisi olmuş, son aylar “Qaraciyər serrozu”dan əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 22.03.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 23 saylı Mənzil Kommunal Səhəsinin verdiyi 04.08.2021-ci il tarixli, 561 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. - 22.09.2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan 22.03.1991-ci il təvəllüdlü X4 05.10.2020-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhəri Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin övladı X4 05.10.2020-ci ildə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun valideyni olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, 22.03.1991-ci il təvəllüdlü X1 05.10.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 22.03.1991-ci il təvəllüdlü X1 05.10.2020-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-7263/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7263/2021
23.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver