Məhkəmə qərarları › İş №2(060)-7311/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7311/2021

10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7311/2021 10.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, anası Vəliyeva Sara Qoca qızı 03.03.1943-cü il tarixdə anadan olmuş, 26.04.2012-ci il tarixdə Sumqayıt şəhərində yaşadığı mənzildə vəfat etmişdir. Sumqayıt şəhər qəbiristanlığında dəfn edilmiş, dəfn edilərkən həkim arayışı alınmamışdır. Vaxtında ölüm haqda tibbi şəhadətnamə alınmadığı üçün hazırda anasının ölüm haqda şəhadətnaməsini ala bilmir. Anasının ölüm haqda şəhadətnaməsini almaq üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş və şöbənin 05 avqust 2021-ci il tarixli məktubu ilə ona ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün ölüm haqda şəhadətnamə verməyin mümkün olmadığı və bunun üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən 03.03.1943-cü il tarixdə anadan olmuş anası Vəliyeva Sara Qoca qızının 26.04.2012-ci il tarixdə Sumqayıt şəhərində ölümünün qeyd edilməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verib əlavə olaraq göstərdi ki, ərizəçinin Azərbaycanda yaşamaması onun uzun müddət müraciət etməməsinə səbəb olmuşdur. Hal-hazırda faktın müəyyən edilməsi sənəd işləri üçün lazımdır. Maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 izahat verərək bildirdi ki, 1978-ci ildən orada yaşayır və mərhum Vəliyeva Sara Qoca qızı ilə qonşu olmuşlar. O, 9 ildir ki, vəfat etmiş, Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Sumqayıt şəhər 9-cu mikrorayonda olan yas mərasiminə də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahat verərək bildirdi ki, mərhum Vəliyeva Sara Qoca qızını tanıyırdı, onlar 1974-cü ildən qonşu olmuşlar. O, 9-10 il olar ki vəfat etmişdir. Yaşlı idi, evində rəhmətə getmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn olunmuşdur. Mərhumun dəfnində iştirak etməmişdir. Məhkəmə, ərizəçinin və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqda arayışdan görünür ki, Vəliyeva Sara Qoca qızı ünvan 1 ünvanında qeydiyyatda olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 05 avqust 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ərizəçinin anası Vəliyeva Sara Qoca qızının ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə təqdim olunmadığından ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan Vətəndaşlara Xidmət İdarəsi tərəfindən verilmiş 22 saylı, 04.08.2021-ci il tarixli arayışdan görünür ki, Vəliyeva Sara Qoca qızı 26 aprel 2012-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi anası 03.03.1943-cü il təvəllüdlü Vəliyeva Sara Qoca qızı 26.04.2012-ci il tarixdə ünvan 1 ünvanında yaşadıqları evdə ölmüşdür. Ərizəçi anası 03.03.1943-cü il təvəllüdlü Vəliyeva Sara Qoca qızının ölümünün qeydə alınması barədə Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçinin uzun müddət müraciət etməməsinə səbəb Azərbaycanda yaşamaması olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 03.03.1943-cü il təvəllüdlü Vəliyeva Sara Qoca qızının 26 aprel 2012-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 03.03.1943-cü il təvəllüdlü Vəliyeva Sara Qoca qızının 26 aprel 2012-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar