Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7411/2025 05.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair iş üzrə (açar sözlər: ölüm faktının təsdiqi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi olmaqla ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) tələb
1. Ərizəçi ərizə, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1994-cü ildə anadan olmuş qardaşı X6 xx.xx.2025-ci il tarixdə anası X7 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, “Grant market”, bina 54 B, blok 2, mənzil 140- da QİÇS xəstəliyindən dünyasını dəyişmiş və Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. Həmin vaxt hamının başı qarışdığından və qanunu bilmədiklərindən evə həkim çağırışı etməmişlər. Qardaşının vəziyyəti pisləşən vaxt TTTYS-na müraciət etmişlər. Lakin həkimlər gələnədək qardaşı ölmüşdür. Sahə həkiminə müraciət edəndə diaqnoza görə imtina etmiş və beləliklə də ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Vaxtında həkim arayışı alınıb maraqlı tərəfə təqdim olunmadığı üçün hazırda həmin orqan onlara ölüm şəhadətnaməsi verə bilmir. Hazırda ölüm faktının müəyyən olunması onlara uşaq pulu və bəzi sosial məsələlərlə əlaqədar lazımdır ki, bunu da məhkəmədənkənar qaydada həll etmək mümkün deyildir. Odur ki, məhkəməvə müraciət etmək məcburiyyətində qalmışdır.
b) tələbə qarşı etiraz
3. Tələbə qarşı etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini qeyd etdi və əlavə olaraq bildirdi ki, qardaşı ev şəraitində, xəstəlikdən dünyasını dəyişmiş və Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi.
5. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçinin qayınanasıdır. Ərizəçinin qardaşı Fuad xəstə idi. O, 10 iyunda ev şəraitində rəhmətə getmişdir. Sumqayıt qəbiristanlığında dəfn edilmişdir. Onun dəfn və yas mərasimində iştirak etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, mərhum onun dayısıdır və o, xərçəng xəstəliyindən ev şəraitində rəhmətə getmişdir. Mərhumun dəfn mərasimində iştirak etmişdir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
8. XİV-ЖГ seriyalı, 339998 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1988-ci il tarixdə Xocavənd rayonunda doğulmuşdur. X1, anası X11r.
9. XV-ЖГ seriyalı, 397151 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1994-cü il tarixdə Xocavənd rayonunda doğulmuşdur. X1, anası X11r.
10. AZ-İ seriyalı, 969596 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 1487 nömrə ilə qeyd edilmişdir.
11. Təcili və X10 Stansiyasının tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə çağırış verilmiş və Xırdalan şəhəri, bina 54B, blok 2, mənzil 1 ünvanında olan xx.xx.1994-cü il təvəllüdlü X3 öldüyü müəyyən edilmişdir.
12. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X18 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli “İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası’nın təsdiq edilməsi barədə 05 nömrəli Qərarının 4.3-cü bəndinə əsasən “ölüm haqqında tibbi şəhadətnamə” ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. F.Güləliyevin ölümünün baş vermə səbəbi məlum olmadığından “ölüm haqqında tibbi şəhadətnamə” tərəflərindən verilmir.
13. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 35 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər qəbiristanlığında dəfn olunmuşdur.
14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-- 4641/2025 nömrəli məktubundan görünür ki, X3 ölümünü təsdiq edən sənəd olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
15. Fotoşəkillə müəyyən olunur ki, X3 (xx.xx.1994-xx.xx.2025) adına qəbir mövcuddur və ona baş daşı ucaldılmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
17. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx.xx.2019-cu il tarixli, 03 nömrəli Qərarı: “1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur.
9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası: Maddə 8.5. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır.
c) məhkəmənin mövqeyi
20. Məhkəmə ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir.
21. Belə ki, işdəki sübutlara məcmu halında qiymət verilərkən müəyyən olunur ki, ərizəçinin qardaşı – xx.xx.1994-cü il tarixdə Xocavənd rayonunda doğulmuş X6 xx.xx.2025-ci ildə ev şəraitində vəfat etmiş, ailə üzvləri və yaxınlarının iştirakı ilə dəfn edilmiş, mərhumun qəbri və baş daşı mövcuddur. Ölümün hansı səbəbdən baş verdiyini təsdiq edən sənəd və həkim rəyi olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamış, ölüm haqqında müvafiq tibbi şəhadətnamə olmadığı üçün isə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır.
22. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilməlidir.
Nəticə hissəsi:
23. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. xx.xx.1994-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən X3 adına göstərilən məlumatlar əsasında ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva