Məhkəmə qərarları › İş №2(060)-7464/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7464/2025

16.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7464/2025 16.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X12 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs olmaqla ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Mərhum atası X8 xx.xx.1974-cü il tarixdə Abşeron rayonun Məmmədli kəndində anadan olmuşdur. xx.xx.2025-ci il tarixdə atası X8 yaşadıqları ünvan 1 ünvanında vəfat etmişdir. Mərhum atası X5 Azərbaycan Respublikası ərazisində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsindəki qəbirstanlıqda dəfn etmişlər. Bütün bunları şahidləri də təsdiq edə bilərlər. Həkim arayışı olmadığına görə atasının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. O Maraqlı şəxsnə atasının ölüm qeydiyyatının aparılması və ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona məktubla bildirilmişdir ki, həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə almaq üçün məhkəməyə müraciət etmək lazım olduğunu bildirmişdirlər. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən məhkəmədən xx.xx.1974-cü il tarixdə Abşeron rayonun Məmmədli kəndində anadan olmuş mərhum atası X2 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, təcili tibbi yardım çağırmışlar. Qəflətən vəfat etdiyinə görə sənəd verməmişdirlər. 10 gün əvvəl gizli infarkt keçirdiyini demişdirlər. Şahidlərdən biri anası digəri qonşusudur. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, yoldaşı xəstə olmamışdır. Axşam işdən gəlib yatmışdır. Səhər oyanmamışdır. Təcili tibbi yardım çağırmışdırlar. Gəlib demişdirlər ki, infarkt keçirmişdir. Lakin sonradan ölüm səbəbini qeyd etməmişdirlər. Dedilər ki, bilmirlər nədən ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, qonşudurlar. 3cü mərtəbədə o, 2-ci də vəfat edən yaşamışdır. Səhər uşaqları yola salanda səs eşitmişdir. Aşağı düşmüşdür. Demişdirlər ki, yoldaşı yatıb oyanmamışdır. İş materiallarında olan: Vİİ-ЖГ seriyalı, 305536 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X3 arasında 06 dekabr 1996-cı il tarixində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada isə Əliyeva soyadı verilmişdir. 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 oktyabr 2025-ci il tarixli, 3-16-5/8-2-15-1343/2025 nömrəli ərizəyə cavabından görünür ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X2 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığında ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Sumqayıt Şəhər Polis İdarəsi 2-ci polis bölməsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X2 vəfat etməsi barədə xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhər TTYS-dan Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis bölməsinə məlumat daxil olmuş və hadisə yerində olan 2-ci polis bölməsinin əməliyyat qruppası X2 ölümündə heç bir cinayət xarakterli xüsusatın aşkar olunmaması səbəbindən meyidi yaxın qohumlarına təhvil vermişdir. “Respublika Təcili və X7 Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli Ərizəçi ərizəyə cavabından görünür ki, xx.xx.2025-ci il tarixində saat 07:50-də Respublika Təcili və X7 Mərkəzi publik hüquqi şəxsin Sumqayıt TTTYS bölməsinə ünvan 2 ünvanından Əliyev Gülyar adına "meyit" səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı Sumqayıt TTTY stansiyasının həkimi A. Cəlili icra etmiş, ünvanda X4 (təvəllüd: xx.xx.1974) meyidini aşkar etmişdir. Ailə üzvlərinin deməsinə görə mərhum heç bir xəstəlikdən əziyyət çəkməmişdir. Meyidin əzələlərində kilitlənmə olduğu üçün ətraflı müayinə etmək mümkün olmamışdır, meyidin boyun nahiyyəsində meyit ləkələri aşkar olunmuşdur.Çağırış barədə Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşı İlyas Vəliyevə məlumat verilmişdir. Meyit hadisə yerinə gələn hüquq mühafizə orqanlarının əməkdaşlarına təhvil verilmişdir. X1 xx.xx.2025-ci il tarixli 169 nömrəli sorğuya cavabından görünür ki, mərhum X10 xx.xx.2025-ci il tarixində Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi atası xx.xx.1974-cü il təvəllüdlü X8 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində vəfat etmişdir. Ərizəçi atası X2 ölümünün qeydə alınması barədə Sumqayıt “Asan xidmət” Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsində yoxlama aparılmış ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1974-cü il təvəllüdlü X2 xx.xx.2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar