Məhkəmə qərarları › İş №2(060)-7504/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7504/2024

07.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7504/2024 07.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şaxs Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cu il tarixdə MŞS/MT030/2024-01966 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurub. Birgə nikahlarından üç övladları var: X7 -xx.xx.2013-cu il, X6-xx.xx.2014-cu il, X8- xx.xx.2018-ci il. Qeyd edir ki, məhkəmədən öncə mediasiyaya müraciət etmiş və aralarında xx.xx.2024-cu il tarixdə mediator X3 iştirakı ilə Maraqlı şəxs ilə MŞS/MT030/2024-01966 saylı barışıq sazişi bağlanmışdır. Həmin sazişin şərtlərinə görə tərəflər arasında olan rəsmi nikahın pozulmasına məhkəmə qaydasında baxılmalıdır. Həmçinin birgə nikahdan olan uşaqlann ananın yanında qalması, birgə nikahdan olan xx.xx.2013-cu il təvəllüdlü X4, xx.xx.2014-cu il təvəllüdlü X6nun xx.xx.2018-ci il təvəlüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər bir uşaq üçün 235 manat olmaqla cəmi 705 (veddi yüz beş) manat sabit pul məbləğində X2 ödəniləcəyi barədə öhdəlik götürülmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişini könüllü icra etməkdən imtina edir, bu günə kimi aliment ödəməmişdir.Ona görə də, o, məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, aralarında alimentin ödənilməsi və uşaqların himayəsi ilə bağlı razılığa gəliblər. Barışıq sazişinin şərtləri hər ikisinə izah edilib və ondan sonra hər ikisi tərəfindən imzalanıb. Lakin qarşı tərəf aliment öhdəliklərini icra etmir. Ərizəçi qeyd edilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs iddia tələbinə dair izahat verərək bildirdi ki, uşaqların saxlanılması üçün 705 manat aliment müəyyən edilməsindən xəbəri yoxdur. Həmin məbləği ödəməyə maddi imkanı çatmır. Belə ki, 441 manat maaş alır. Uşaqlar üçün 400 manat aliment ödəyə bilər. Bundan başqa iddiaçı boşanmaq istəsə də, o, boşanmağa razı deyil. Cavabdeh qərar qəbul edərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan MŞS/MT030/2024-01966 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barşıq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin ( Sumqayıt şəhər Qeydiyyat şöbəsi ,xx.xx.2012-ci il 764 N ilə qeyd edilmiş, AZ-İ Nq 765096 ) pozulmasına razılaşırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi Məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 ücün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 235 ( iki yüz otuz beş ) manat olmaqla cəmi 705( yeddi yüz beş ) manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ( uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi ( uşağınanası) övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014cü il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində- Ərizəçi ( uşağın-anası) ilə Maraqlı şəxs (uşağınatası aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2013-cü il təvəllüdlü X7, 22 12.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 ataları Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Məhkəmə qeyd edir ki, hər iki tərəf mediasiyada bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulması barədə razılaşıblar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Qeyd edilən maddənin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, barışıq sazişi tərəflər arasında nikahın pozulması hissəsində təsdiq edilməməli, qalan hissələrdə isə təsdiq edilməlidir. Məhkəmə Ərizəçi və maraqlı şaxs Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024- 01966 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişinin hal-hazırda qüvvədə olduğunu və həmin sazişin Maraqlı şəxs tərəfindən mübahisələndirilmədiyini nəzərə alaraq maraqlı tərəfin ödənilməli olan alimentin məbləğindən məlumatlı olmaması, həmin məbləğdə aliment ödəməyə maddi imkanı olmaması barədə etirazının dəlilləri ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi və maraqlı şaxs Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024-01966 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən olan övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X1 ücün Maraqlı şəxs (uşaqların - atası) hər bir uşaq üçün 235 ( iki yüz otuz beş ) manat olmaqla cəmi 705( yeddi yüz beş ) manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ( uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.

2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) və Ərizəçi (uşağın anası) övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana qədər anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar.

3. Mediasiya prosesində-Ərizəçi ( uşağın-anası) ilə Maraqlı şəxs (uşağınatası aralarında imzalanacaq sazişə əsasən övladları xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2018-ci il təvəllüdlü X8 ataları Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar