Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7578/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 29 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981 -ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri ərazisində ölməsinin qeyd edilməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı xx.xx.1981-ci il təvəllüdlü X8 23 sentyabr 2023-cü illdə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində piyada hərəkət edərkən qəflətən vəfat etmişdir. Bundan sonra onlara məlumat verilmiş və onlar dərhal hadisə yerinə gedib qardaşını yaşadıqları evə gətirmişlər. Həmin vaxt X15 çağırsa da, artıq qardaşı vəfat etmişdir. Qardaşı qəflətən vəfat etdiyi üçün başları yas mərasiminə qarışmışdır. Qeyd etmək istəyir ki, qardaşı X8 vəfat etdikdən sonra el adəti üzrə yaxın qohumları və tanışları iştirakı ilə Sumqayıt şəhər qəbristanlığda dəfn edilmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün rəsmi olaraq Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar mərhum qardaşı X4 adına ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsinə dair rəsmi cavab ünvanlamışlar. Lakin ona ölüm faktını təsdiq edən şəhadətnamə verilməmişdir. Qardaşının ölüm haqqında şəhadətnaməsini əldə etmək ona qardaşının ölümündən sonra əmələ gəlmiş bəzi hüquq münasibətlərini tənzimləmək üçün lazımdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, mərhum onun oğludur. Qaynının arvadı rəhmətə getmiş, həmin yasdan bir gün sonra oğlu da rəhmətə getmişdir. Oğlu dönər almaq istəyən zaman özün pis hiss etdiyini demiş, oturduğu yerdə ölmüşdür. Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi əmisi oğludur, Ramilin qardaşı rəhmətə gedib. Hadisə onun gözünün qabağında olub. Mərhumun dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Vİİ-JQ 480253 saylı doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1981-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X6r. İşdə olan Vİ-JQ 263640 saylı doğum haqqında doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X6r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs X4 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan Təcili və X14 Yardım Stansiyasının xx.xx.2023-cü il tarixli, 1951 saylı məktubundan görünür, xx.xx.2023-cü il tarixdə briqada verilən ünvana çatdıqda 1981-ci il təvəllüdlü X4 meyiti aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 33 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X8 23 sentyabr 2023-cü ildə vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin qardaşı xx.xx.1981 ci il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt şahid ifadələri, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 33 nömrəli, xx.xx.2023-cü il tarixli arayışı, fotoşəkillər və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin qardaşı xx.xx.1981-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 08.12.198-ci il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-7578/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7578/2023
29.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver