Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7818/2025 05.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı, mərhum övladı *6.*1.1967ci il təvəllüdlü Bəxtiyarov Əliyar Arif oğlunun 17 mart 1967-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X4 ilə birgə nikahdan *6.*1.1967-ci il tarixdə dünyaya gəlmiş mərhum övladı Bəxtiyarov Əliyar Arif oğlu doğumundan təxminən 3 ay sonra 17.*3.1967-ci il tarixdə naməlum səbəbdən evdə vəfat etmişdir. Həmin vaxt mərhum həyat yoldaşı Arif Bəxtiyarov təcili tibbi yardım briqadası çağırmış, həkim brqadası isə yaşadıqları ünvana gələrək uşağın artıq naməlum səbəbdən vəfat etdiyini müəyyən etmişlər. Bundan sonra vəfat etmiş körpə Əliyar Bəxtiyarov Sumqayıt şəhər Corat qəsəbə qəbirsanlığında dəfn olunmuşdur. Həyat yoldaşı X1 vəfatı ilə bağlı açılmış vərəsəlik işində notarius tərəfindən aparılan araşdırma zamanı övladı Bəxtiyarov Əliyar Arif oğlunun ölüm faktının qeydə alınmadığı məlum olmuşdur. Bununla əlaqədar ölüm faktının qeydə alınması üçün tərəfindən Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət olunsa da, oradan ona təqdim edilmiş, 18.*9.2*25-ci il tarixli, 3- 16-5|8-B- 337*/l5/2*25 nömrəli məktubunda qeyd edilmişdir ki, Nazirlər kabinetinin 145 saylı, 31.1*.2*23-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Ailə Məcələsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədlərin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənizin təmin edilməsi mümkün deyildir. Qeyd olunanlarla yanaşı tərəfindən Azərbaycan Respublikası “TƏBİB” X11 “Respublika Təcili və X3 Mərkəzi” X1* *6.*1.1967-ci il təvəllüdlü Bəxtiyarov Əliyar Arif oğlu barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi üçün müraciət edilsə də, adı çəkilən qurum çağırış vərəqələrinin 1 il müddətində saxlanıldığı barədə məlumat verməklə faktiki olaraq ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etmişdir. Sumqayıt şəhər Corat qəsəbə Bələdiyyəsinin tərəfindən verilmiş 17.*9.2*25-ci il tarixli arayışda qeyd edilmişdir ki, Bəxtiyarov Əliyar Arif oğlu 17.*3.1967-ci il tarixdə Corat qəbiristanlığında dəfn olunmuşdur. Yuxarıda qeyd etdiklərindən də görünür ki, mərhum övladı vəfat etmiş, dəfn olunmuş, lakin ölüm faktı qeydə alınmamışdır. Hazırda həyat yoldaşının vəfatı ilə əlaqədar vərəsəlik məsələlərinin həlli ilə əlaqədar ölüm haqqında şəhadətnamənin alınması zəruridir. Ölüm haqqında şəhadətnamənin başqa şəkildə tərəfindən alınması isə qeyri-mümkündür.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
5. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirdi ki, Bəxtiyarov Əliyar Arif oğlu 1967-ci ilin yanvar ayında anadan olmuşdur. Xəstəliyi olmamışdır. Qəfildən 1967-ci ilin mart ayında vəfat etmişdir. Mən qardaşımgildə qalırdım. Çox vaxt uşağı mən saxlayırdım. Doğulanda da, vəfat edəndə də orda olmuşam.
6. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 ifadəsində bildirdi ki, Ərizəçi qardaşının həyat yoldaşıdır. Bəxtiyarov Əliyar Arif oğlu 1967-ci ilin yanvar ayında anadan olmuşdur. Qəfildən 1967-ci ilin mart ayında qızdırmasının qalxması nəticəsində vəfat etmişdir.
Tədqiq olunan sübutlar:
7. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş 18.*9.2*25-ci il tarixli arayışdan görünür ki, Bəxtiyarov Əliyar Arif oğlu *6 yanvar 1967-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur, bu barədə 12 yanvar 1967-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən 9* nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Anası Ərizəçidır.
8. Sumqayıt şəhər Corat Bələdiyyəsi tərəfindən verilmiş 17.*9.2*25-ci il tarixli 139 nömrəli arayışdan görünür ki, Ərizəçi oğlu 18.*1.1967-ci il təvəllüdlü Bəxtiyarov Əliyar Arif oğlu 17.*3.1967-ci ildə vəfat etmiş və həmin tarixdə Corat qəbristanlığında dəfn olunmuşdur.
9. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 18.*9.2*25-ci il tarixli məktubdan görünür ki, ölümü təsdiq edən sənədin olmaması səbəbindən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir.
10. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Respublika Təcili və X3 Mərkəzi” X9 2* noyabr 2*25-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3* dekabr 2*16-cı il tarixli 1** saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 11*/Q) üçün saxlama müddəti 1 il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən Bəxtiyarov Əliyar Arif oğlu adına 1967-ci ilin mart ayının 17-də Sumqayıt TTTY bölməsində (1*3) çağırış daxil olması barədə məlumat vermək mümkün deyildir.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 1*7-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə görə qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2-ci maddəsinə görə məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 31*.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2-ci maddəsinə görə doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4-cü maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir. 193-cü maddəsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2**3cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”: 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
14. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, ərizəçinin nümayəndəsini dinləyərək və işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə təmin edilməlidir.
15. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Ərizəçi mərhum Bəxtiyarov Əliyar Arif oğlunun anasıdır. Bəxtiyarov Əliyar Arif oğlu *6 yanvar 1967ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Ərizəçiyə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 “Respublika Təcili və X3 Mərkəzi” X11 tərəfindən Bəxtiyarov Əliyar Arif oğlunun ölümü ilə bağlı tibbi şəhadətnamə verilməmişdir. Bundan sonra ərizəçi mərhum oğluna ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etsə də, ölümü təsdiq edən sənədin olmaması səbəbindən şəhadətnamənin verilməsindən imtina edilmişdir.
16. Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən normalarının tələblərindən göründüyü kimi məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Şəxsin müəyyən şəraitdə vəfat etməsi faktı hüquqi əhəmiyyəti olan faktlardan biridir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.
17. Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır: ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədənkənar qaydada almağın mümkün olmaması başa düşülür.
18. Təqdim edilmiş ərizədə Bəxtiyarov Əliyar Arif oğlunun 17 mart 1967-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi xahiş olunmuşdur. Qeyd olunan ərizədə göstərilən halların qanunvericiliklə nəzərdə tutulmuş qaydada araşdırılması zəruridir.
19. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**3-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. 2*. Həmin qərarın 9.2-ci bəndində qeyd olunmuşdur ki, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 31*-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.*.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır.
21. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün zəruri olan ilkin şərt mövcuddur. Belə ki, yuxarıda adları qeyd olunan qurumlar tərəfindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin və eyni zamanada ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili ölüm faktının müəyyən edilməsinin ərizəçinin həyat yoldaşının vəfatı ilə əlaqədar vərəsəliklə bağlı məsələlərin həlli üçün zəruri olduğunu bildirmişdir. Göründüyü kimi ərizəçi faktı təsdiq edən hüquqmüəyyənedici sənədi başqa qaydada ala bilməmişdir və bu səbəbdən onun Azərbaycan Respublikası MPM-nin 3*8-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququ yaranmışdır.
22. Məhkəmə hesab edir ki, hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi zərurəti mövcud olduğundan və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından, habelə Bəxtiyarov Əliyar Arif oğlunun 17 mart 1967-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi ərizəçinin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır və təmin edilməlidir. Nəticə:
23. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 358-36* və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
Ərizə təmin edilsin. Bəxtiyarov Əliyar Arif oğlunun 17 mart 1967-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva