Məhkəmə qərarları › İş №2(060)-7879/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7879/2024

03.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7879/2024 03.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01575 saylı barışıq sazişinə əsasən xx.xx.2013-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər bir uşağa görə 150 manat, ümumilikdə 300 manat öhdəliyin məhkəmə tərəfindən təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2012-ci ildə cavabdeh Maraqlı şəxs ilə ailə qurmuşdur. Onların xx.xx.2013-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5649/2024 saylı xx.xx.2024-ci il tarixli Qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. Tərəflər qarşlıqlı razılıq eldə etmiş xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01575 saylı barışıq sazişinə əsasən xx.xx.2013-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavbdeh Maraqlı şəxs hər ay bir uşaq üçün 150 manatı, hər ayın sonundan gec olmayaraq cəmi 300 manat olmaqla aliment ödəməyi dair razılaşlamış və öhdəlik götürmüşdür. Məhkəmə iclasında iştirak edən Ərizəçi Gəray qızı ərizəni müdafiə edərək, Ərizəçi Gəray qızı ilə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmənin sualına cavab olaraq qeyd etdi ki, sazişlə razılaşdıqları alimnet vaxtı vaxtında ödənilir, lakin o, alimentin rəsmi ödənilməsini istəyir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs iddianı qəbul etməyərək, öhdəliyi yerinə yetirdiyini, alimenti vaxtı-vaxtında ödədiyini bildirdi. Odur ki, ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01575 saylı barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 2045 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdirlər. Ərizəçi və Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anaları Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 300 manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu gündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Ərizəçi övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5649/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt şəhər Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış, 2045 nömrəsi ilə qeydə alınmış nikah pozulmuşdur. - doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin xx.xx.2013-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki övladı var. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2012-ci ildə cavabdeh Maraqlı şəxs ilə ailə qurmuşdur. Onların xx.xx.2013-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı iki övladı var. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5649/2024 saylı xx.xx.2024-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması qət edilmişdir. 1xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01575 saylı barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə 2045 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdirlər. Ərizəçi və Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anaları Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 300 manat sabit pul məbləğində alimenti xx.xx.2024-cü il tarixdən etibarən hər ayın sonuncu gündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Ərizəçi övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə yetkinlik yaşına çatana kimi sərbəst şəkildə görüşmələrinə etiraz etmir və buna şərait yaradacağı barədə öhdəlik götürür. İddiaçı iddianı müdafiə edir. Cavabdeh iddianı qəbul etmir. Araşdırma zamanı tərəflər etiraf edirlər ki, aliment vaxtı-vaxtında ödənilir. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/01575 saylı barışıq sazişində xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 150 manat ümumilikdə 300 manat sabit pul məbləğində alimenti ödəməklə bağlı öhdəliyi icra etmiş, icrasından yayınmamışdır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi Gəray qızının (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar