Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7901/2022 02.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızının Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızı Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək mərhum X1 xx.xx.2022-ci il tarixdə ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi, cavabdehin hərəkətinin qanunazidd hesab olunması, mərhumun ölümü haqqında şəhadətnamənin verilməsinin cavabdehə həvalə olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələblərinə əməl olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızı tərəfindən verilmiş ərizəyə əlavə edilmiş 4 nömrəli Şəhər Poliklinikasının verdiyi məlumata əsasən ölüm faktı müəyyən edilməli olan şəxs mərhum X3 ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızına məlumat verilməklə ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızına izah edilməsini zəruri hesab edir ki, ərizəçinin yaşayış yeri üzrə məhkəməyə müraciət etmək imkanı vardır. Yəni onun yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən zəruri məlumatlar ərizəyə əlavə edilməli, həmçinin ərizəçi maraqlı şəxs qismində Sumqayıt Şəhər Qeydiyyat Şöbəsini göstərməlidir. Ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızının yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən məlumatlar ərizəyə əlavə edilməmişdir. Bu isə aidiyyət qaydalarının pozulması, iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilməməsi, həmçinin bununla bərabər qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, ərizəçinin işin ərazi üzrə aidiyyətinin müəyyən olunması və gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızı tərəfindən verilmiş ərizənin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün olmamaqla, ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızı (aidiyyət qaydalarına əməl etməklə) yenidən məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızına qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 307,309-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızının Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi qızının xx.xx.2022-ci il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızına qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ərizəçi Hüseynova (Ağayeva) Nuranə İsax qızı (aidiyyət qaydalarına əməl etməklə) məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7901/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7901/2022
02.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver