Məhkəmə qərarları › İş №2(060)-7927/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-7927/2023

08.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-7927/2023 08.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təstiq edilməsi barədə ərizəyə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı Sumqayıt 1 saylı Mediasiya Təşkilatında MŞŞ/ME030/2023/02286 saylı 16 oktyabr 2023-cü il tarixli Barışıq Sazişinin təstiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sənədləri nəzərdən keçirib, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təstiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsinin təstiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən dövlət rüsumu ödənilməsi barədə heç bir sənəd əlavə edilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun («Avtomobil Yolları» X3 mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25% həmin xidmətləri və hüquqi hərəkətləri təşkil edən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir. Hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 363-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təstiq edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, rəsmi qaydada verildiyi gündən, 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar