Məhkəmə qərarları › İş №2(060)-7954/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7954/2024

16.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7954/2024 16.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-02008 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi, 05 yanvar 2017-ci il tarixli 01-17 nömrəli əmr əsasında “Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Təmir Tikinti İdarəsi” fəhlə vəzifəsinə işə qəbul edilib. O, əmək fəaliyyəti dövründə heç bir pozuntuya yol verməyib. İşlədiyi müddətdə heç bir intizam tənbehi almayıb. xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən qanunsuz işdən azad olunub. Mübahisənin həlli istiqamətində onun və cavabdehin arasında xx.xx.2024 cü il tarixli MŞS\MT03\ 2024-02008 saylı mediasiya prosesində barışıq sazişi imzalanmışdır. Sözü gedən barışıq sazişində qeyd olunmuşdur: “Mediasiya prosesində “Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Etibarnaınə iizrə səlahiyyətli nümayəndəsi - X2) Ərizəçi oğlıı ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsində xitam verilməsinə dair” Əmək və Məşğulluq alt sistemində yerləşdirilmiş bildirişdə Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi qeyd edilmiş AR Əmək Məcəlləsinin "70-ci maddəsinin “ç” bəndi, işçi özünün əmək funksiyasım və ya əmək müqaviləsi Lizrə öhdəliklərini yerinə yetirmədikdə , yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” sözlərinin düzəliş edilməklə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən kimi qeyd edilməsi barədə öhdəlik götürdü. Mediasiya prosesində Ərizəçi bu Sazişdə razılaşdırıİmış şərtlərin 1-ci bəndində qeyd edilən öhdəlik icra olunduğu halda işəgötürənə qarşı eyni mübahisə predmeti üzrə iddia tələbinin olmayacağı barədə öhdəlik götürdü”. Hazırda o və cavabdeh arasında əmək mübahisələrinə dair heç bir münaqişə yoxdur, mübahisənin həlli istiqamətində barışıq sazişinin imzalanması bununla təsdiqlənir. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, Əmək Müfəttişliyi barışıq sazişinin yalnız məhkəmə qaydasında təsdiqləndiyi halda icra edə biləcəyini bildirir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə ərizəyə dair izahat verərək bildirdi ki, qarşı tərəflə razılaşaraq barışıq sazişi imzalayıblar, lakin həmin sazişi icra edə bilmirlər. Əmək Müfəttişliyindən ona bildirilmişdir ki, barışıq sazişi ancaq məhkəmə qayasında təsdiq edilərsə, icrası mümkün olacaqdır. Nümayəndə qərar qəbul edilərkən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan MŞS/MT030/2024-02008 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində “Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Etibarnamə üzrə səlahiyyətli nümayəndəsi - Nümayəndə) Ərizəçi ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsində xitam verilməsinə dair” Əmək və Məşğulluq alt sistemində yerləşdirilmiş bildirişdə Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi qeyd edilmiş AR Əmək Məcəlləsinin "70-ci maddəsinin “ç” bəndi, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə , yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” sözlərinin düzəliş edilməklə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən kimi qeyd edilməsi barədə öhdəlik götürdü. Mediasiya prosesində Ərizəçi bu Sazişdə razılaşdırıİmış şərtlərin 1-ci bəndində qeyd edilən öhdəlik icra olunduğu halda işəgötürənə qarşı eyni mübahisə predmeti üzrə iddia tələbinin olmayacağı barədə öhdəlik götürdü”. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsini mümkün hesab edir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. Məhkəmə qeyd edir ki, hər iki tərəf mediasiyada bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı nikah qeydinin pozulması barədə razılaşıblar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə görə...ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Qeyd edilən maddənin tələblərini nəzərə alan məhkəmə hesab edir ki, barışıq sazişi tərəflər arasında nikahın pozulması hissəsində təsdiq edilməməli, qalan hissələrdə isə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və maraqlı şəxs Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında bağlanmış MŞS/MT030/2024-02008 saylı, xx.xx.2024-cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Mediasiya prosesində “Sumqayıt şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (Etibarnaınə iizrə səlahiyyətli nümayəndəsi - X2) Ərizəçi ilə bağlanmış xx.xx.2017-ci il tarixli əmək müqaviləsində xitam verilməsinə dair” Əmək və Məşğulluq alt sistemində yerləşdirilmiş bildirişdə Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi qeyd edilmiş AR Əmək Məcəlləsinin "70-ci maddəsinin “ç” bəndi, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” sözlərinin düzəliş edilməklə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən kimi qeyd edilməsi barədə öhdəlik götürdü.

2. Mediasiya prosesində Ərizəçi bu Sazişdə razılaşdırıİmış şərtlərin 1-ci bəndində qeyd edilən öhdəlik icra olunduğu halda işəgötürənə qarşı eyni mübahisə predmeti üzrə iddia tələbinin olmayacağı barədə öhdəlik götürdü”. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar