Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8160/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (maraqlı şəxs: Maraqlı şəxs) ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış 06 iyul 2023-cü il tarixli MŞS/MT030/2023/01232 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək barışıq sazişinin alimentə dair hissədə təsdiq olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi, maraqlı tərəf olan Maraqlı şəxs ilə 2022ci ildə nikaha daxil olmadan ailə qurmuş və onların xx.xx.2023-cü il təvəllüdlü İbadova Nəriman qızı adlı bir övladı olmuşdur. Maraqlı şəxs ilə ailə qurduqdan sonra əvvəllər münasibətləri yaxşı olsa da, sonradan aralarında olan ər-arvad münasibətləri pisə doğru irəliləmiş və tamamilə pozulmuşdur. Münasibətləri o həddə çatmışdır ki, qızları doğularkən xəstəxanaya gəlməmiş və atası olduğunu bildirməmişdir. Eyni zamanda qeydiyyat şöbəsinə övladı İlayın atası olması barədə ərizə təqdim etməmiş və atalıq verməmişdir. Bu səbəbdən də “atalığın məyyən edilməsi və aliment" tələbi barədə Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Atalığın məyyən edilməsi və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ərizəşi tərəfindən cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş cavabdeh bu təklifi qəbul etmiş və mediatorun iştirakı ilə aşağıdakı şərtlərlə 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı Barışıq sazişini imzalamışlar:
1. Mediasiya prosesi zamanı İbadov X1 Günəş Bəybala qızı faktiki nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 atası olduğunu etiraf etdi. 2 . Hər iki tərəf faktiki nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. 3 . Maraqlı şəxs mediasiya prosesi zamanı faktiki nikahdan olan xx.xx.2023- təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 220 (iki yüz iyirmi) manat olmaqla Ərizəçi ödəməsi barədə öhdəlik götürdü. 4 Ərizəçi Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2023-cü il təvəllüdlü X4 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü. 5 Cehiz və qızıl-zinət əşyalarının tələbi barədə tərəflər razılaşma əldə edə bilmədikləri üçün bu məsələ məhkəmə müstəvisində həll ediləcək.” Belə ki, hər iki tərəf 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı Barışıq sazişində bütün mübahisələri həll etmiş və barışıq sazişində qeyd olunan bəndlərin könüllü icra olunması üçün, qarşılıqlı öhdəlik götürmüşlər. Məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edir ki, 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı Barışıq sazişinin 3-cü bəndinə əsasən, Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü Hümbətova (İbadova) İlay Nəriman qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti ərizəçiyə ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, sözügedən Sazişin şərtlərinin könüllü icrasından imtina etmişdir. Halbuki cari ilin iyul ayından başlayaraq, uşağın saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimenti ödəməlidir. Lakin bu günədək ümumilikdə 580 manat məbləğində ödəniş etmişdir. Halhazırda Maraqlı şəxs 740 manat aliment borcu yaranmışdır. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı Barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, mediasiya prosesi nəticəsində bağlanılmış 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı barışıq sazişi ilə Maraqlı şəxs uşağın yetkinlik yaşına çatanadk saxlanması üçün hər ay 220 manat məbləğində alimenti X3 ödəmək barədə öz üzərinə öhdəlik götürmüşdür. Uşaq artıq 9 aylığına keçmiş, maraqlı şəxs isə alimenti cəmi 3 dəfə ödəmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, mediasiya prosesi nəticəsində bağlanılmış 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı barışıq sazişi üzrə birinci ödənişin avqust ayının sonundan etibarən edilməsi barədə razılıq olmuşdur, buna görə də bu qaydada ödəniş etmişdir. Keçən aydan qalan 80 manatı da dünən ödəmişdir, yalnız bu ayın ödənişi qalmışdır. Məhkəmə ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan : - xx.xx.2023-cü il tarixdə bağlanmış MŞS/MT030/2023-01232 saylı barışıq sazişindən görünür ki,
1. Mediasiya prosesi zamanı İbadov X1 Günəş Bəybala qızı faktiki nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 atası olduğunu etiraf etdi. 2 . Hər iki tərəf faktiki nikahdan doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi yanında yaşamasına razıdırlar. 3 . Maraqlı şəxs mediasiya prosesi zamanı faktiki nikahdan olan xx.xx.2023təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 220 (iki yüz iyirmi) manat olmaqla Ərizəçi ödəməsi barədə öhdəlik götürdü.
4. Ərizəçi Maraqlı şəxs hər hansı məhdudiyyət qoyulmadan xx.xx.2023-cü il təvəllüdlü X4 ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü.
5. Cehiz və qızıl-zinət əşyalarının tələbi barədə tərəflər razılaşma əldə edə bilmədikləri üçün bu məsələ məhkəmə müstəvisində həll ediləcək.” Belə ki, hər iki tərəf 06 iyul 2023-cü il tarixli, MŞS/MT030/2023-01232 saylı Barışıq sazişində bütün mübahisələri həll etmiş və barışıq sazişində qeyd olunan bəndlərin könüllü icra olunması üçün, qarşılıqlı öhdəlik götürmüşlər.. Beləliklə, iş materiallarının tam və hərtərəfli araşdırılması ilə müəyyən olundu ki, ərizəçi ilə maraqlı şəxsin İlay adlı uşağının saxlanması üçün Maraqlı şəxs hər ay 220 manat miqdarında alimentin alınaraq ərizəçiyə verilməsi ilə bağlı tərəflər arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin qanunda nəzərdə tutulmuş müddət ərzində Maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü qaydada icra edilmədiyinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinəəsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, tərəflər arasında bağlanmış barışıq sazişi imzalandığı gündən, onun könüllü şəkildə icra edilməsi üçün qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, MŞS/MT030/2023-01232 saylı barışıq sazişi Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 220 (iki yüz iyirmi) manat olmaqla Ərizəçi ödəməsi barədə hissədə təsdiq edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 355-23, 216-220, 355, 357 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış, MŞS/MT030/2023-01232 saylı barışıq sazişi Maraqlı şəxs xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) 220 (iki yüz iyirmi) manat olmaqla alimentin Ərizəçi ödəməsi barədə hissədə təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Elmir Hüseynov