Məhkəmə qərarları › İş №2(060)-8160/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8160/2025

23.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8160/2025 23.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə (maraqlı şəxs: Maraqlı şəxs) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X7 xx.xx.1947-ci il tarixdə Tərtər rayonu Mamırlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin nənəsi X13 xx.xx.1947-ci il tarixində Tərtər rayonu Mamırlı kəndində vəfat etmiş və Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. (Tərtər RİH-nin Başçısının Mamırlı kənd İƏD üzrə nümayəndəsinin təsdiq etdiyi 193 nömrəli 02 iyul 2025-ci il tarixli arayışı əlavə olunur). Ərizəçi Maraqlı şəxsnə müraciət edərək babasının ölümü haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən xx.xx.2025-ci il tarixli 3-16-5/7-Ə/2-2xx-xx/2025 saylı məktubla ona bildirilmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün AR Səhiyyə Nazirliyinin insan ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasına 1 nömrəli əlavə ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi babasının ölümü haqqında tibbi şəhadətnamə verilməsi üçün AR TƏBİB-nin “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsinə müraciət etmişdir. Onlar 18-1-75/2-Ə-7xx-xx-1344/2025 saylı xx.xx.2025-ci il tarixli arayışla bildirmişdirlər ki, X7 Tərtər Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Poliklinika şöbəsinə müraciət edib-etməməsi barədə heç bir məlumat yoxdur. Hal-hazırda ərizəçinin nənəsinin ölüm faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasına etirazı olmadığını bildirərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdi. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək bildirdi ki, X13 vəfat etdikdə onun anasının üç yaşı var idi. Anası bu barədə onlara danışıb. X4 rayonu Mamırlı kəndində vəfat etmiş və Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, o, X9 görməmişdir. X13 onun həyat yoldaşının nənəsi olub. O, Anaqız haqqında çox danışmış və onların Ermənistan SSR-dən qaçqın gəldiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, X9 görməyib, ancaq onun haqqında çox eşidib. X13 Ermənistandan qaçqın gəlib Tərtər rayon Mamırlı kəndində məskunlaşmışdır. Bundan bir müddət sonra Tərtər rayonu Mamırlı kəndində vəfat etmiş və Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. X13 onun nənəsi olub və o, valideymlərindən onun haqqında eşidib. X13 Ermənistandan qaçqın gəlib Tərtər rayon Mamırlı kəndində məskunlaşmışdır. Bundan bir müddət sonra Tərtər rayonu Mamırlı kəndində vəfat etmiş və Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - Maraqlı şəxs tərəfindən verilən xx.xx.2025-ci il tarixli, 3-16-5/7-Ə/2-2xx-xx/2025 nömrəli məktubdan görünür ki, X13 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır.Ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”na 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımıdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün deyil. Ədliyyə Nazirliyinin Maraqlı şəxs ərizəçiyə məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. - Azərbaycan Respublikası Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsi “Tərtər rayon Mərkəzi Xəstəxanası” tərəfindən verilən xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Ərizəçi mərhumə nənəsi X7 Tərtər RMX PHŞ-nin Poliklinika şöbəsinə müraciət edib-etməməsi barədə məlumat yoxdur. - Azərbaycan Respublikası Tərtər rayon İcra Hakimiyyəti başçısının yanında Mamırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 02 iyul 2025-ci il tarixli, 193 saylı arayışına əsasən Ərizəçi mərhumə nənəsi X1 vəfat etmiş və Mamırlı qəbirstanlığında dəfn olunmuşdur. - Maraqlı şəxs tərəfindən verilmiş 03 may 2025-ci il tarixli arayışdan görünür ki, X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin nənəsi X13 xx.xx.1947-ci il tarixdə Tərtər rayonu Mamırlı kəndində vəfat etmiş, Mamırlı kənd qəbiristanlığında dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlər və şahid ifadələri ilə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X7 xx.xx.1947-ci il tarixdə Tərtər rayonu Mamırlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar