Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8177/2021 03.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X3 İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “əmlak tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat olan malların,həmin malları vermədiyi halda onların dəyərinin,30 manat köçürdüyü dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, cavabdehi «Orifleym» kosmetik mallarının satışı ilə məşğul olan bir şəxs kimi tanımışdır. Cavabdeh 2015-ci ildə ona bildirdi ki, nəğd ödəniş əsasında ona nisbətən aşağı qiymətə satmaq üçün kosmetik mallar təşkil edə bilər. O, cavabdehə inanaraq pulunu da qabaqcadan ödəmək şərti ilə cavabdehə aşağıdakı çeşidlərdə kosmetik mallar sifariş vermişdir: 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat. Cavabdeh bu malların pulunu ondan alsa da, həmin malları sonradan ona çatdırmamış və ona bu illər ərzində əsassız bəhanələr gətirməklə gözlətmiş, lakin sonda isə ona bildirmişdir ki, şirkəti işlədə bilmədiyi üçün şirkət müflis olub və bu səbəbdən də həmin malları ona verə bilməyəcəkdir. Ona sonradan o, da məlum oldu ki, cavabdeh yalnız onu deyil, ondan başqa da bir çox şəxsləri aldatmış və onlara mallar verəcəyi adı ilə aldatmaqla pullarını əllərindən almış və qaytarmamışdır. Onlar bu qadının əməlləri ilə bağlı Sumqayıt şəhər Polis idarəsinə şikayət etmiş və həmin şikayətləri əsasında aparılmış araşdırma zamanı cavabdeh mal satmaq məqsədi ilə ondan pul aldığını qismən etiraf etmişdir. Halbuki cavabdeh ondan mal vermək adı ilə yanaşı ondan borc pul da almış, lakin həmin pulun verilməsi ilə bağlı qəbz olmadığı üçün onu məhkəmədə təsdiq edə bilmədiyindən həmin pul tələbinə dair iddiası təmin olunmamışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat olan malların,həmin malları vermədiyi halda onların dəyərinin,30 manat köçürdüyü dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, 2006-cı ildə Sumqayıt şəhər ərazisində yerləşən "xxxx" şirkətinə işə düzəlmiş və 2010-cu ildə həmin şirkətin müdiri vəzifəsinə təyin edilmişdir. Şirkətdə işlədiyi vaxt Gülşən Rəsulova vasitəsi ilə İddiaçı ilə tanış olmuş, tanışlıqdan sonra Gülşən Aidəni faizə pul verən xanım kimi təqdim etmişdir. 2009-cu ildə iddiaçıdan 5000 manat ayı 20 faizlə sələmə pul götürmüş və həmin götürdüyü pulun müqabilində 8100 manat iddiaçıya pul ödəmişdir. İddiaçı 2016-cı ildə mahiyyət baxımından eyni predmet üzrə məhkəməyə müraciət etmiş, iddia tələbi əsassız olduğu üçün iddiası təmin edilməmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid X4 bildirdi ki, tərəflərin hər ikisini tanıyır. Elmiranı 2009-cu ildən tanıyır. Elmira onun yaşadığı binanın altında "xxxx" dükanında işləyirdi. O, Aidəyə görə Elmiraya bir neçə dəfə hissə-hissə olaraq pul vermişdir. Həmin pulları Aidənin vasitəsi ilə vermiş, Aidənin isə həmin pulları Elmiraya çatdırmağının şahidi olmamışdır. Pul verməkdə məqsəd isə onun da, kosmetik vasitələr satışına qoşulub pul qazanmaq niyyəti olmuşdur. O, Elmiradan bu məqsədlə bir neçə dəfə mal almışdır. Məhkəmə İddiaçı, Cavabdeh və şahid X2 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 14.03.2009-cu il tarixli, № 1021 saylı “Agent müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh ilə "xxxx" 100% xarici investisiyal şirkəti arasında 14.03.2009-cu il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə əsasən şirkət tərəfindən müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş Şirkətin məhsulun Cavabdeh tərəfindən birdəfəlik satışını həyata keçirməkdir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 15.04.2017-ci il tarixli qərarının surətindən görünür ki, araşdırma materiallarından göründüyü kimi Cavabdeh İddiaçı “Oreflem” şirkətində satışın dövriyyəsini genişləndirmək məqsədi ilə pul götürmüş və həmin pulun bir hissəsini ödəmiş, qalan hissəsini isə şirkət ziyana işlədiyindən ödəyə bilməmişdir. Bu xüsusat tərəflərin öz izahatları ilə tam təsdiqi tapmışdır. Belə olan halda tərəflərin arasında olan mübahisə mülki xarakterlidir və mülki icraat qaydasında baxılmalıdır. Bu səbəbdən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 04.04.2016-cı il tarixli, 2(060)-90/2016 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar İddiaçı, X6, X7, X1 və X5 Cavabdeh qarşı” pul tələbi” barədə iddia tələbi rədd edilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin 30.01.2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı "xxxx" MMC şirkətində 07.01.2009-cu ildə qeydiyyatdan keçib və Məsləhətçi kimi fəaliyyət göstərib. 2011-ci ildə "xxxx" MMC şirkətinin müvəffəqiyyət planına əsasən 15% Menecer dərəcəsinə qədər yüksəlib və çalışıb. Fəaliyyətini dayandırdığı üçün 14.09.2013-cü il tarixində "xxxx" MMC şirkəti tərəfindən 190370 qeydiyyat kodu rəsmi olaraq bağlanmışdır. İş materiallarında olan 05.04.2011-ci il tarixli əlyazmanın surətindən görünür ki, İddiaçı 05.04.2011-ci il tarixdə 1370 manat, 23.02.2011-ci il tarixdə 1800 manat, 02.03.2011-ci il tarixdə 1000 manat, 04.03.2011-ci il tarixdə 1280 manat, 09.07.2011-ci il tarixdə 1350 manat, 23.05.2011-ci il tarixdə 150 manat, 30.05.2011-ci il tarixdə 1100 manat, 03.04.2011-ci il tarixdə 50 manat olmaqla, ümumilikdə 8100 manat aldığını öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 23.12.2015-ci il tarixli, № 04-11/4010 saylı arayışının surətindən görünür ki, Cavabdeh 27.05.2011-ci il tarixində "xxxx" ASC Sumqayıt filialından götürdüyü 6000 ABŞ dolları məbləğində krediti üzrə İddiaçı və X6 zamini olmuş və bu kredit üzrə 210,12 ABŞ dolları faiz, 6000 ABŞ dolları əsas borc ödənilmişdir. İş materiallarında olan “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında 02.11.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 13 saylı Mənzil-Kommunal Sahəsinin 09.09.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev 20, mənzil 114-də yaşayır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 16.09.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 27/20, mənzil 3-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki – Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə işin bütün hallarının məcmusuna, hər tərəfli, tam və obyektiv baxaraq, hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Belə ki, Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ondan ümumi dəyəri 24300 manat məbləğində kosmetik malların pulunu alsa da, həmin malların ona çatırmadığını bildirsə də, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh məhkəmədə verdiyi izahatında iddiaçıdan sələmə 5000 manat pul aldığını və aldığı borca görə ümumilikdə 8100 manat ödədiyini qeyd etmiş və izahat iddiaçı tərəfindən imzası ilə təsdiq edilmiş əlyzamadanda sübuta yetirilir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülkiprosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə cavab vermək üçün təqdim olunmuş hər bir sübutu iki cəhətdən (birinci iddiaçı tərəf nəyi ifadə edir (ifadənin məzmunu, təfsir), ikinci iddiaçı tərifin ifadəsi inandırıcıdımı (sübut etmə qüvvəsi)yoxlamağı məqsədə müvafiq hesab edir. Bu ardıcıllıqla sübutların qiymətləndirilməsi hakimin hansısa qərara gəlməyə imkan veribverməməsi və bu sübut vasitəsinin sübut edilməli olan faktı bilavasitə sübut etməsi, yaxud da sübut edilməli olan fakt barəsində məntiqi yararlı nəticəyə gəlməyə imkan verən başqa bir fakt barəsində sübutun olmasının müəyyənləşdirməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh 100 ədəd «Lusia» ətiri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Giordani Qold» ətiri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Elvie» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Dima Bilan» ətri hər biri 15 manat olmaqla 1500 manat, 100 ədəd «Divine» ətri hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Eclat» ətri qadın üçün hər biri 18 manat - 1800 manat, 100 ədəd «Eclat» ətri kişi üçün hər biri 18 manat olmaqla 1800 manat, 100 ədəd «Volare» ətri hər biri 15 manat olmaqla 1500 manat, 50 ədəd «Miss O» ətri hər biri 14 manat -700 manat, 50 ədəd «Midsummer» ətri qadın üçün hər biri 15 manat -750 manat, 50 ədəd «Midsummer» ətri kişi üçün hər biri 15 manat-750 manat, 100 ədəd «Eclat Femme» ətri hər biri 22 manat-2200 manat, 100 ədəd «Miss O» ətri hər biri 14 manat olmaqla-1400 manat, 100 ədəd « Amber Elixir» ətri hər biri 22 manat-2200 manat, 50 ədəd «Royal velvet» gündüz kremi hər biri 15 manat olmaqla-750 manat, 50 ədəd «Royal Velvet» gecə kremi hər biri 17 manat -850 manat, müxtəlif duş qelləri - 1500 manat olan malların,həmin malları vermədiyi halda onların dəyərinin,30 manat köçürdüyü dövlət rüsumunun alınaraq ona qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-8177/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8177/2021
03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver