Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8219/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi Ərizəçi, Maraqlı tərəf Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə 29 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş uşaqları-xx.xx.2010cu il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ayın sonundan gec olmayaraq hər uşağa 100 manat olmaqla 2 uşağa görə 200 manat məbləğində alimentin Maraqlı şəxs alınaraq ona ödənilməsi barədə Sumqayıt 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli MŞS/MT030/2023- 02315 saylı barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə xx.xx.2009-cu ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan 2 övladları vardır: xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2019-cu il təvəllüdlü X4. Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatmda keçirilən mediasiya prosesi zamanı xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023-02315 saylı mediasiya işi üzrə aralarında barışıq sazişi bağlanmış və həmin sazişin 3-cü bəndində maraqlı tərəf F.Babayev hər ayın sonuna kimi uşaqların saxlanılmaları üçün hər bir uşağa 100 manat olmaqla 2 uşağa görə 200 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Həmin öhdəlikdən 1 ay keçməsinə baxmayaraq o bu öhdəliyə əməl etməmiş və bu səbəbdən də həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Belə ki, maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliyi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində könüllü qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 55-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasmdan imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinintəsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 -ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, maraqlı şəxs aliment ödəmir, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı tərəf Maraqlı şəxs ərizəyə dair izahat verərək bildirdi ki, maddi çətinliyi ilə əlaqədar aliment ödəyə bilməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-cı və 185.6-cı maddələrinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ-İİ 438160 saylı və AZ-İİİ 314643 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki uşaqları doğulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023-02315 saylı barışıq sazişindən görünür ki, tərəflər Ərizəçi və maraqlı tərəf Maraqlı şəxs barışıq üçün vaxt verilmədən aralarında xx.xx.2009-cu il tarixdə bağlanmış 227 saylı nikah qeydinin pozuİmasına razıdırlar. Ailə qanunvercillyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi anaları Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ayın sonuncu günündən gec olmayaraq 100 (bir yüz iyirmi) manat ümumilikdə 200 (iki yüz) manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürür. Ərizəçi övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 ataları Maraqlı şəxs ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmaycağı barədə öhdəlik götürdü. Mülki Prosessual Məcəllənin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin həmin hissədə təsdiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı tərəf Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixdə MŞS/MT030/2023-02315 saylı Barışıq Sazişinin 3-cü bəndi aşağıdakı məzmunda təsdiq edilsin: "Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər birinə ayrı-ayrılıqda 100 (bir yüz) manat, ümumilikdə 200 (iki yüz) manat məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürür.” Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-8219/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8219/2023
29.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver