Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8342/2024 18.12.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hаkim Behbudova Aynur Mirzalı qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Zeynalova (Əzizova) Mədinə Möhübbət qızının Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs olmaqla “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən onunla maraqlı tərəf Maraqlı şəxs arasında Sumqayıt 1 saylı mediasiya təşkilatında bağlanmış 03 iyul 2024-cü il tarixli, MŞS/MT030/2024-01434 saylı barışıq sazişinin təsdiq olunması və eyni zamanda ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi sonradan ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürаciət edərək, məhkəmədən onunla maraqlı tərəf Maraqlı şəxs arasında Sumqayıt 1 saylı mediasiya təşkilatında bağlanmış 03 iyul 2024-cü il tarixli, MŞS/MT030/2024-01434 saylı barışıq sazişinin 1. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs (uşağın atası) 235 (iki yüz otuz beş) manat aliment xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonundan gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə razılaşdılar və öhdəlik götürdü. 2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) və Ərizəçi (uşağın anası) xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Ərizəçi (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. məzmununda təsdiq olunması və eyni zamanda ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyi 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı tərəf olan Maraqlı şəxs ilə 24 avqust 2019-cu il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 2464 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. Birgə nikah münasibətlərindən xx.xx.2020-ci il təvəllüdlü X6 adlı bir övladları dünyaya göz açmışdır. Maraqlı şəxs ilə ailə qurduqdan sonra bir müddət mehriban yaşasalar da, sonradan bir-birlərini başa düşməmiş və aralarında söz-söhbət yaranmağa başlamışdır. Söz-söhbətin yaranmağının səbəbi də xasiyyətlərinin və fikirlərinin üst-üstə düşməməsidir. Bu səbəbə görə nikahları kağız üzərində qalmışdır. Ona görə də aralarında olan nikah münasibətlərinin pozulması barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın pozulması üçün məhkəməyə müraciət etməmişdən əvvəl onun tərəfindən cavabdehi ilkin mediasiya sessiyasında iştiraka dəvət etmiş, cavabdeh bu təklifini qəbul etmiş və Sumqayıt 1 saylı Mediasiya Təşkilatında mediator Qabil Əsgərovun iştirakı ilə aşağıdakı şərtlərlə 03 iyul 2024-cü il tarixli, MŞS/MT030/2024 – 01434 saylı barışıq sazişini imzalamışlar: “1. Tərəflər Ərizəçi və Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə qeydə alınmış nikahın pozulmasına razıdılar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. 2. Ərizəçi və Maraqlı şəxs birgə nikahdan olan övladları xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana kimi anası – Ərizəçi yanında yaşamasına razıdırlar. 3. Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2020ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs (uşağın atası) 235 (iki yüz otuz beş) manat aliment xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonundan gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə razılaşdılar və öhdəlik götürür. Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın anası) razılaşaraq öhdəlik götürür.” Belə ki, onlar 03 iyul 2024-cü il tarixli, MŞS/MT030/2024 – 01434 saylı barışıq sazişində bütün mübahisələri könüllü olara həll etmiş, yalnız nikahın pozulması məhkəmənin səlahiyyətində olduğundan, aralarında olan nikah qeydinin pozulması üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməinə əsasən, iddia tələbi təmin edilmiş, onunla Maraqlı şəxs arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış 2464 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 03 iyul 2024-cü il tarixli, MŞS/MT030/2024 – 01434 saylı barışıq sazişinin 2-ci bəndinə əsasən, Maraqlı şəxs rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün 235 (iki yüz otuz beş) manat alimenti xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonundan gec olmayaraq ona ödənilməsi barədə öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs 03 iyul 2024cü il tarixli, MŞS/MT030/2024 – 01434 saylı barışıq sazişində qeyd olunan alimentlə bağlı öhdəliyini yerinə yetirməmiş, sözügedən sazişin şərtlərinin könüllü icrasından imtina etmişdir. Ona görə də mediasiya prosesi nəticəsində bağlanmış 03 iyul 2024-cü il tarixli, MŞS/MT030/2024 – 01434 saylı barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əlavə olaraq qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən tərtib edilmiş barışıq sazişinin tərəflər üçün hüquq və vəzifələrini müəyyən edən 9-cu bəndində qeyd olunur ki, sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən tərəfin qeyd olunan tədbiri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Belə ki, Dövlət rüsumu haqqında AR Qanunun 8.2ci maddəsinə görə xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə ərizəçilər 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəyirlər. Yuxarıda göstərdiklərimə əsasən hesab edir ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək üçün ödədiyim 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məhkəmədən təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, Maraqlı şəxs özü aliment ilə bağlı barışıq sazişini icra etməkdən imtina etmişdir. Ona görə də barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maraqlı şəxsin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyib, iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və ərizə tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AZ-İV seriyalı, 520227 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 2020-ci ilin 10-cu ayının 20-ci günündə 6122 nömrə ilə qeyd edilmişdir. Atası Maraqlı şəxs, anası isə Ərizəçidır. Tərəflər arasında mediasiya proseduru çərçivəsində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, Mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı rəsmi nikah qeydinin (Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi, xx.xx.2019-cu il AZ-İİ № 354601) ilə qeyd edilmiş pozulmasına razılaşırlar. Ailə qanunvericiliyənə əsasən, mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs (uşağın atası) 235 (iki yüz otuz beş) manat aliment xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonundan gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) və Ərizəçi (uşağın anası) xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Ərizəçi (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən övladı xx.xx.2020-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın anası) razılaşaraq öhdəlik götürdü. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4966/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı Ərizəçi ilə Maraqlı şəxs arasında Sumqayıt “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə bağlanmış, 2464 nömrəsi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. 1 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 dekabr 2024-cü il tarixli, AZ-İ seriyalı, 509642 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha 15 oktyabr 2024-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 10-cu ayının 31-ci günündə 367 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Əzizova soyadı verilmişdir. Dövlət rüsumu qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Zeynalova (Əzizova) Mədinə Möhübbət qızı arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-01434 saylı barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs (uşağın atası) 235 (iki yüz otuz beş) manat aliment xx.xx.2024-cü il tarixdən başlayaraq hər ayın sonundan gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə razılaşdılar və öhdəlik götürdü.
2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) və Ərizəçi (uşağın anası) xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək Ərizəçi (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Maraqlı şəxs tərəfindən 03 iyul 2024-cü il tarixli barışıq sazişinin şərtləri üzrə icra etdiyi öhdəliyi (ödədiyi alimentin məbləğləri) nəzərə alınsın. Maraqlı şəxs 100 manat dövlət rüsumu tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aynur Behbudova