Məhkəmə qərarları › İş №2(060)-8376/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8376/2021

17.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8376/2021 17.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi övladı X2 ölməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, Müəyyən etdi: Ərizəçi mərhum övladı X2 11.11.2015-ci il tarixdə ölməsi barədə ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X10 ilə 01.11.2010-cu il tarixdə rəsmi qaydada nikaha daxil olmuşdur. Həmin nikahdan onların 09.07.2015-ci il tarixdə X6 adlı uşaqları olmuşdur. Uşaq doğulandan xəstə olmuşdur. Uşağın sonuncu müayinə və müalicəsi Bakı şəhəri, Ə.F.Qarayev adına 2 saylı X7 davam etdirilərkən göstərilən tibbi müdaxilələr müsbət nəticə vermədiyindən və uşağın vəziyyəti eyni olaraq qaldığından uşağı sahə həkiminin və nevropotoloqun nəzarəti altına yazılmaqla evə, yaşadıqları İsmayıllı rayonuna gətirməyi qərarlaşdırmışdırlar. Bakı şəhərindən İsmayıllı rayonuna qayıdarkən yolda “Pirsaat Piri’ deyilən ərazidə uşaq dünyasını dəyişmişdir. Elə həmin gündə uşağı 11.11.2015-ci il tarixdə qohumlarının iştirakı ilə İsmayıllı rayonu, “Lahıc” adlanan qəbirstanlıqda dəfn etmişdirlər. Uşağın ölümündən sonra ona məxsus doğum haqqında şəhadətnamənin əslini Sumqayıt şəhər qeydiyyat şöbəsinə təqdim edərək, onun ölüm faktının qeydə alınması barədə müraciət etsə də mərhum övladının ölümünün qeydə alınmasının qeyri-mümkün olduğu və ölüm faktının təsdiq edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ona görə də ərizəçi məhkəmədən mərhum övladının ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçi və onun nümayəndəsi və vəkili iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X8 ifadə verərək bildirdi ki, o, ərizəçinin qardaşıdır. 11.11.2015-ci ildə X1 rayonu “Lahıc” adlanan qəbristanlığında dəfn edilmişdir. Mərhumun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmədə şahid X3 ifadə verərək bildirdi ki, o, ərizəçinin qohumudur. 11.11.2015ci ildə X1 rayonu “Lahıc” adlanan qəbristanlığında dəfn edilmişdir. Mərhumun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmə, ərizəçinin və onun nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - İsmayıllı rayon qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X9 arasında 01.11.2010-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 252 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 09.07.2015-ci ildə Quba rayonunda anadan olmuşdur. - İsmayıllı Bələdiyyəsinin 28.07.2021-ci il tarixli aktından görünür ki, vətəndaş X5 müraciəti və özünün iştirakı ilə 28.07.2021-ci il tarixində İsmayıllı rayonu “Lahıc” adlanan qəbristanlığa baxış keçirilən zaman məlum olmuşdur ki, onun övladı - 11.11.2015-ci il tarixində vəfat etmiş mərhum - X6 həqiqətən İsmayilli rayonu “Lahıc” adlanan qəbristanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin övladı X6 11.11.2015-ci ildə Bakı şəhərindən İsmayıllı rayonuna qayıdarkən yolda “Pirsaat Piri’ deyilən ərazidə vəfat etmiş və İsmayıllı rayonu “Lahıc” adlanan qəbristanlığında dəfn olunmuşdur. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun anası olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, 09.07.2015-ci il təvəllüdlü X2 11.11.2015-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 09.07.2015-ci il təvəllüdlü X2 11.11.2015-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar