Məhkəmə qərarları › İş №2(060)-8535/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8535/2021

15.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-8535/2021 15.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Ərizəçi oğlunun nümayəndəsi Məmmədov İlham İbrahim oğlunun iştirakı ilə, Ərizəçi oğlunun «ölüm faktının müəyyən edilməsinə» dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi oğlu «ölüm faktının müəyyən edilməsinə» dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 24.09.1973-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş X2 23.04.2021-ci il tarixində Xaçmaz rayonu, Ağçay kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlunun nümayəndəsi Məmmədov İlham İbrahim oğlu məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, mərhumə X5 onun həyat yoldaşı olmuşdur. Onların iki övladı var. X5 24.09.1973-cü il Xaçmaz rayon Vasilyevka kəndində anadan olmuş, 23.04.2021-ci il tarixdə mədənin bəd xassəsi xəstəliyindən evində, ailə üzvlərinin gözü qarşısında vəfat etmişdir. 23.04.2021-ci il tarixdə həyat yoldaşının halı pisləşmiş, həmin zaman X10 Xidmətinə müraciət etmişlər. Lakin X10 maşını gələnədək vəfat etmişdir. Bundan sonra onu Xaçmaz rayon Qobuqırağı qəsəbəsində yerləşən qəbirstanlıqda el adət-ənənəsinə uyğun olaraq dəfn etmişlər. Həmin zamanlarda başları yas mərasiminə qarışıq olduğu üçün həyat yoldaşının adına ölüm haqqında şəhadətnamə ala bilməmişlər. Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etdikdə, yazılı olaraq həyat yoldaşı X5 adına ölümün qeyd edilməsi üçün məhkəmə qaydasında ölüm faktının müəyyən edilməli olduğu bildirilmişdir. Bu səbəbdən onlar ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. İş üzrə maraqlı şəxs, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, mərhumə X5 onun qonşusu olmuşdur. Xəstəliyi və müalicə olunması barədə də xəbəri olmuşdur. 23.04.2021-ci il tarixdə vəfat etmişdir və o da həmin yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və şahidin ifadəsini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli,145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 02.09.2021-ci il tarixli, 05/Q-3152/15 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi ərizəçinin 23.04.2021-ci il tarixli X2 ölümünün qeydiyyata alınması barədə ərizəsinə cavab olaraq bildirmişdir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının,mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azorbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərar ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən Olüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Təcili və X3 stansiyasının 07.08.2021-ci il tarixli arayışında da göstərilmişdir ki, X5 23.04.2021-ci ildə vəfat etmişdir. İş materiallarında olan 06.09.2021-ci il tarixli, Xaçmaz şəhərində tərtib edilmiş aktdan görünür ki, 23.04.2021-ci ildə vəfat etmiş mərhumə X5 24 aprel 2021-ci il tarixdə qohumlarının və yerli əhalinin iştirakı ilə Xaçmaz rayonu Qobu-qıraq kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Beləliklə, ərizəçinin nümayəndəsinin izahatı, şahidin ifadəsi ilə, həmçinin iş materiallarında olan sənədlərlə 24.09.1973-cü il təvəllüdlü X2 23.04.2021-ci il tarixində Xaçmaz rayonu, Vasilyevka kəndində vəfat etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda, müəyyən olunmuşdur ki, Ərizəçi oğlunun 24.09.1973-cü il təvəllüdlü X2 23.04.2021-ci ildə ölümünü təsdiq edən sənədi başqa qaydada ala bilməsi mümkün deyildir. Ona görə də, məhkəmə belə hesab edir ki, 24.09.1973-cü il təvəllüdlü X2 23.04.2021-ci ildə Xaçmaz rayonu, Vasilyevka kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.09.1973-cü il təvəllüdlü X2 23.04.2021-ci ildə Xaçmaz rayonu, Ağçay kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə qeydiyyat şöbəsi tərəfindən ölüm faktının qeydə alınması və şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar