Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-86/2021 21.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh və cavabdehin iddiaçıya qarşı ilkin və qarşılıqlı əmlak tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İlkin iddia üzrə İddiaçı Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus 23 adda olan cehiz əmlakının və ya onun dəyərinin, həmçinin dəyəri 1200 manat, çəkisi 12 qram, əyyarı 583 olan bir dəst üzük və sırğa, dəyəri 200 manat, çəkisi 3 qram, əyyarı 583 olan bir ədəd üzük, dəyəri 350 manat, çəkisi 5 qram, əyyarı 583 olan bir ədəd ağ qaşlı üzük, dəyəri 200 manat olan, çəkisi 3 qram, əyyarı 583 olan bir cüt sırğadan ibarət qızıl zinyət əşyalarının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ilkin iddia tələbinin qismən təmin edilməsini (1 ədəd şkaf və 1 ədəd güzgülü termo hissəsində), ilkin iddianın qalan hissədə rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi, İddiaçı ona məxsus olan 600 manat dəyərində televizor, 1300 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində paltaryuyan maşın, 600 manat dəyərində qaz plitəsi, 350 manat dəyərində 2 kameralı soyuducu, 3000 rus rublu dəyərində çörək peçi, 4000 rus rublu dəyərində samovar, 6000 rus rublu dəyərində odun doğrayan cihaz, 4000 rus rublu dəyərində yazı stolu, 6000 rus rublu dəyərində video kamera, direl bolqarka, 8 ədəd tük balınc, 1 ədəd taxt döşəyi, 1 ədəd ¾ metr xalça, 1 ədəd 1,5/2 metr xalça, taxt üçün yorğan, 2 ədəd yorğan, ətçəkən maşın, tozsoran, 12 ördək, 45 çolpa, 2000 rus rublu dəyərində 12 şiş və tək yataq yorğanı, siyahıda adları qeyd olunan əşyalar mövcud olmadıqda onların dəyərinin İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06 yanvar 2007-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan 17.02.2008-ci il təvəllüdlü Xəlilov Məhəmmədəli Vahid oğlu və 05.04.2009-cu il təvəllüdlü Xəlilova Sədaqət Vahid qızı adlı 2 övladları vardır. Cavabdeh Cavabdeh adına olan Xəzər bağları massivində yerləşən evə gəlin köçmüşdür. Cehiz əmlakı həmin evə yerləşdirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 avqust 2019-cu il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuş və övladları onun himayəsinə verilmiş və onların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Ona məxsus və hazırda cavabdehin qeyri-qanuni sahibliyində qalan cehiz əmlakları,yəni dəyəri 1200 manat olan 1 ədəd şkaf, dəyəri 400 manat olan 1 ədəd güzgülü termo, dəyəri 400 manat olan 1ədəd stol, dəyəri 300 manat olan 6 ədəd stul, dəyəri 250 manat olan 1 ədəd masa, dəyəri 700 manat olan 1 ədəd bənövşəyi rəngli yemək servisi, dəyəri 400 manat olan 1 ədəd bənövşəyi rəngli çay servisi, dəyəri 200 manat olan 2 ədəd böyük dərin boşqab, dəyəri 100 manat olan 2 ədəd böyük düz boşqab, dəyəri 80 manat olan 1 ədəd xrustal qrafin dəsti, dəyəri 60 manat olan 6 ədəd bagema rumka, dəyəri 160 manat olan 2 ədəd böyük bağema meyvə qabı, dəyəri 100 manat olan 2 ədəd kiçik bagema meyvə qabı, dəyəri 200 manat olan 2 ədəd xrustal çilçıraq, dəyəri 20 manat olan 2 ədəd xrustal külqabı,dəyəri 50 manat olan 6 ədəd xrustal qənddan, dəyəri 20 manat olan 6 ədəd xrustal armudu stəkan və nəlbəki, dəyəri 100 manat olan 3 ədəd karniz, dəyəri 10 manat olan 6 ədəd nəlbəki, dəyəri 100 manat olan 1 ədəd qaşıq, çəngəl, bıçaq dəsti, dəyəri 60 manat olan 6 ədəd böyük kasa, dəyəri 20 manat olan 6 ədəd kiçik kasa, dəyəri 30 manat olan 1 ədəd məcməyi dəstinin, həmçinin dəyəri 1200 manat, çəkisi 12 qram , əyyarı 583 olan bir dəst üzük və sırğa, dəyəri 200 manat, çəkisi 3 qram, əyyarı 583 olan bir ədəd üzük, dəyəri 350 manat, çəkisi 5 qram, əyyarı 583 olan bir ədəd ağ qaşlı üzük, dəyəri 200 manat olan, çəkisi 3 qram, əyyarı 585 olan bir cüt sırğadan ibarət qızıl zinyət əşyalarının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər 06.01.2007-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Nikahdan sonra onlar əvvəlcə valideynlərinə məxsus olan Sumqayıt şəhəri, “Xəzri” bağlar massivində yerləşən fərdi evdə bir müddət yaşamış və sonra RF-nın Svetloqrad şəhərinə köçüb getmişdirlər. Bir müddət RF-da yaşadıqdan sonra yenidən Azərbaycana qayıtmış, onun nənəsi X2 məxsus Göyçay rayonunun Yalman kəndindəki evə köçmüş və orada 3 ilə yaxın yaşamışdırlar. Göyçay rayonunun Yalman kəndinə gedərkən İddiaçı məxsus olan bütün əşyalar da oraya aparılmışdır. O, işlə əlaqədar bir müddət RF-da olarkən İddiaçı öz əşyalarını da götürüb Sumqayıt şəhərinə valideynlərinin yanına qayıtmışdır. Onlar kənddə yaşayarkən “Xəzri” yaşayış massivində olan fərdi ev onun atası tərəfindən satılmışdır. Onlar Sumqayıt şəhərindən Göyçay rayonunun Yalman kəndinə köçərkən İddiaçı özünə məxsus 1 ədəd şkafı və 1 ədəd güzgülü termonu satacağını bildirdiyinə görə aparmamışdır. Həmin əşyalar hal-hazırda qarajda saxlanılır və İddiaçı onları aparmaqdan imtina edir. İddiaçı iddia etdiyi digər əşyaları isə o özü Göyçay rayonunun Yalman kəndinə aparmış və oradan da onun iştirakı olmadan Sumqayıt şəhərinə gətirmişdir. Həmçinin cavabdeh ona məxsus olan əşyaları da mənzildən aparmışdır. O, ilkin iddia tələbinin qismən təmin edilməsini (1 ədəd şkaf və 1 ədəd güzgülü termo hissəsində), ilkin iddianın qalan hissədə rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İlkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi X9 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, tələbin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, o, İddiaçı anasıdır. El adəti ilə toy edib qız köçürmüş və qızına cehiz vermişdir. Qızının cehizlərinin hamısını Göyçay rayonuna aparmışlar, buradakı ünvanda da köhnə və qırılmış əşyalar qalmışdır. Məhkəmə iclasında şahid X3 izahat verərək bildirdi ki, o, İddiaçı bacısıdır. Bacısının cehizlərinin hamısı Göyçay rayonuna aparılmışdır. Sumqayıt şəhəri Xəzər bağlarında olan bacısının baldızının qırılmış xarab olmuş əşyalarıdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia qismən təmin, qarşılıqlı iddia isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2623/2020 saylı 02.08.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuş, 17.02.2008-ci il təvəllüdlü Xəlilov Məhəmmədəli Vahid oğlu və 05.04.2009-cu il təvəllüdlü Xəlilova Sədaqət Vahid qızı iddiaçının himayəsinə verilmiş və cavdehdən hər ay hər uşaq üçün 160 manat olmaqla, ümumilikdə 320 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Günay və Cavabdehlar 06.01.2007-ci ildə rəsmi nikah bağlamış, əvvəl Sumqayıt şəhəri, Xəzər bağları ərazisindəki evdə, sonra Rusiya Federasiyasında, oradan qayıdandan etibarən 3 ilə yaxın müddətdə Göyçay rayonunda yaşamışlar. İddiaçı cehiz əmlakını əvvəl Sumqayıt şəhərində, sonra isə Göyçay rayonunda yaşadıqları ünvanlara aparmışdır. Tərəflərin iki övladı olmuş, nikah 02.08.2019-cu il tarixli qətnamə ilə pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının tələb etdiyi əmlakların cavabdehdə olması iş materialları ilə təsdiqini tapmadı, eləcə də tərəf bu barədə mötəbər sübutlar məhkəməyə təqdim edə bilmədi. Əmlaklardan yalnız ikisinin-1 ədəd şkaf və 1 ədəd güzgülü termo, cavabdehdə olduğunu tərəf etiraf etmişdir. Onların dəyəri barədə iddiaçı məhkəməyə sübut təqdim etmədiyindən cavabdehin qəbul etdiyi qiymət əsas götürülməlidir. Qarşılıqlı iddiada göstərilən əmlakların Cavabdeh məxsusluğu, bunların iddiaçı tərəfindən aparılması və onun qanunsuz sahibliyində olması məhkəmə araşdırması zamanı sübuta yetirilmədi. Beləliklə məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin olunmalı, 200 manat dəyərində şkaf və 50 manat dəyərində güzgülü termo Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qarşılıqlı iddia təmin olunmamalıdır. İlkin iddia qismən təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə münasib olaraq dövlət rüsumunun 1,1 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İlkin iddia qismən təmin edilsin. Qarşılıqlı təmin edilməsin. Dəyəri 200 manat olan şkaf və dəyəri 50 manat olan güzgülü termo və ödənilmiş 1,1 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-86/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-86/2021
21.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver