Məhkəmə qərarları › İş №2(060)-8619/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-8619/2025

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(060)-8619/2025 05.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSI Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair (maraqlı şəxs: * saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi) ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ : Ərizəçi Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X1 ## ###### 2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Ərizəçi ##.##.2006-ci il tarixdə mərhum X1 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikah Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən *** nömrəli akt qeydi ilə qeydə alınmışdır. X1 ##.##.2025-ci il tarixdə ərizəçi ilə birgə yaşadıqları ünvan 1 ünvanında olarkən qəfildən səhhəti pisləşdiyindən təcili yardım briqadası çağırılmış və onların müdaxiləsinə baxmayaraq Taleh Abasovun həyatını xilas etmək mümkün olmamışdır. Onun ölümü “Respublika Təcili və X9 Mərkəzi Sumqayıt TTYŞ” tərəfindən verilən ##.##.2025-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi” ilə təsdiq edilmişdir. Mərhumu dəfn etdikdən sonra ərizəçi * saylı Sumqayıt Regional “Asan Xidmət" Mərkəzində qeydiyyat şöbəsinə müraciət edərək ölümün qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh ’’Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə istinad etməklə ölümün qeydiyyata alınmasından imtina etmişdir. ##.##.2025-ci il tarixli ****/*-**-****/**** saylı imtina məktubunda ölüm faktının tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməli olduğu bildirilmiş və X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Ona görə də ərizəçi mərhum həyat yoldaşı X1 müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs * saylı Sumqayıt Regional ”ASAN Xidmət” Mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayənəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Abbasov İsa Hacıbəy oğlu ifadə verərək bildirdi ki, ərizəçi onun əmisidir. Onlar eyni həyətdə, lakin fərqli binalarda yaşamışdırlar. ##.##.2025-ci il tarixdə onun qəfildən səhhəti pisləşdiyindən təcili yardım briqadası çağırılmış və onların müdaxiləsinə baxmayaraq əmisinin həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, ərizəçi onun qardaşıdır. ##.##.2025-ci il tarixdə gecə yarısı qəfildən səhhəti pisləşdiyindən təcili yardım briqadası çağırılmış və onların müdaxiləsinə baxmayaraq Taleh Abasovun həyatını xilas etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək bildirdi ki, X1 ##.##.2025-ci qəfil vəziyyəti pisləşmişdir və həmin gün evində vəfat etmişdir. Daha sonra o Corat qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunan: - AZ İ № ****** nömrəli, ## ###### 2006-cı il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, ərizəçi Abasova (Rasulova) Afaq Fərzulla qızı və X1 ## ###### 2006-cı il tarixdə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması barədə akt qeydləri kitabında 980 nömrəsi ilə qeyd edilmişdir. - * saylı Sumqayıt regional “Asan Xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilən ##.##.2025-ci il tarixli, *-**-*/*-**-****/**** saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ##.##.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümün təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizənizin təmin edilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Respublika Təcili və X9 Mərkəzi Sumqayıt PHŞ tərəfindən verilən ##.##.2025-ci il tarixli “Ölüm haqqında xəbərdarlıq vərəqəsi”-dən görünür ki, briqada ünvana çatanda otaqda döşəmədə kişi cinsinə məxsus meyit aşkar edilmişdir. X1 narahat olub və ölüb. Meyit üzərində gözlə görünən zədə əlamətləri yoxdur. - Doğum haqqında şəhadətnamədən görünür ki, X1 ## ######## 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Bu barədə ##.##.1977-ci il tarixdə **** nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - Corat bələdiyyəsinin ## ###### 2025-ci il tarixli arayışına əsasən ## ######## 1977-ci il təvəllüdlü X1 ##.##.2025-ci vəfat etmiş və həmin tarixdə Corat qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin mərhum həyat yoldaşı X1 ##.##.2025-ci Sumqayıt şəhərində vəfat etmiş, Corat qəbiristanlığında həmin tarixdə dəfn edilmişdir. Onun ölümü ilə əlaqədar ölüm haqqında şəhadətnamə verilməmişdir. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il ## ####### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X1 ##.##.2025-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar