Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-863/2025 30.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1922-ci il təvəllüdlü babası X3 13 sentyabr 1962-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxxxxxxx 1984-cü il tarixdə anadan olub. ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil mərhum anası X2 xüsusi mülkiyyətində olmuş, anası X7 01 fevral 2024-cü il tarixdə vəfat etmişdir. Anasının vəfatından sonra vərəsəlik işinin açılması ilə bağlı aidiyyəti üzrə notariat ofisinə müraciət etmiş, notariat ofisində anasının atası yəni, babası - X3 da vərəsə sayıldığı və bu səbəbdən də ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Qeyd edir ki, babasının ölüm haqqında şəhadətnaməsi olmadığından sözügedən sənədin verilməsi ilə bağlı iş üzrə maraqlı şəxs Suqmayıt Şəhər Qeydiyyat Şöbəsinə müraciət etsə də, ərizənin icrasından imtina edilmiş və məhkəməyə müraciət etməyi bildirilmişdir. Bu səbəbdən də hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, babası X8 13 sentyabr 1962-ci il tarixdə vəfat etmiş və Ucar rayon Alpout kənd inzibati ərazi dairəsinin Alpout kəndində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu barədə Alpout kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 04 noyabr 2024-cü il tarixli arayışının əsli ərizəyə əlavə edilir. Hesab edir ki, məsələnin məhkəmədən kənar həlli mövcud deyildir. Yuxarıda da qeyd etdiyi kimi anasının vəfatından sonra ondan miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi üçün babası X3 ölüm faktı müəyyən edilməlidir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, babası müalicə alınması üçün Rusiyaya getmiş və Leninqrad şəhərində vəfat etmişdir. Ərizəçi qeyd edilənlərə əsasən ərizənin təmin edilməsini xahiş etdi. 4.Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X9 ifadəsində bildirdi ki, mərhumu tanımışdır və onunla eyni məhəllədə yaşamışdır. Qiyasın xəstəliyi olmuşdur və o, Leninqrad şəhərində vəfat etmişdir. 6.Şahid qismində dindirilən X1 ifadəsində bildirdi ki, mərhumla eyni yerdə-2-ci məhəllədə yaşayıblar. Qiyasın xəstəliyi var idi və o, Leninqrad şəhərində vəfat etmişdir. Onu həmin şəhərdən gətirib burada dəfn etmişdilər. 7.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İş materiallarında olan AZ-İİ 402269 saylı ölüm haqqında şəhadətnamin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında 282 nömrə ilə qeyd edilmişdir. 9.İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 1, 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-cı il tarixdə qeydə alınmışdır. 10.İşdə olan X-JQ 375822 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X5, anası X4r. 11.İş materiallarında olan AZ-İ 873031 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X13 və X10 xx.xx.2013-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və bu nikah 1096 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. 12.İşdə olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1922-ci il təvəllüdlü X3 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. 13.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. 14.İşdə olan Ucar rayonu İcra Hakimiyyəti Başçısınını Alpout kənd inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X8 xx.xx.1962-ci ildə vəfat etmiş və hazırda Ucar rayonu Alpout kənd inzibati Ərazi Dairəsinin Alpout kəndində yerləşən qəbirstanlığında dəfn olunmuşdur. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin babası 1922-ci il təvəllüdlü X8 13 sentyabr 1962-ci il tarixdə Rusiya Federasiyası, Leninqrad şəhərində vəfat etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 16.Ərizəçinin babası 1922-ci il təvəllüdlü X3 13 sentyabr 1962-ci il tarixdə Rusiya Federasiyası, Leninqrad şəhərində vəfat etməsi faktı şahid ifadələri, fotoşəkillər və digər iş materialları ilə təsdiq olunur.
17. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 18.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin babası 1922-ci il təvəllüdlü X3 13 sentyabr 1962-ci il tarixdə Rusiya Federasiyası, Leninqrad şəhərində ərizəçinin ölməsi faktı müəyyən olunmalıdır. 19.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. 20.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 21.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 22.Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 23.Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Nəticə hissəsi: 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Ərizə təmin edilsin. 1922-ci il təvəllüdlü X3 13 sentyabr 1962-ci il tarixdə Rusiya Federasiyası, Leninqrad şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva