Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-8779/2021 28.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi İddiaçı, cavabdehin nümayəndəsi, vəkil X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, komplekt üzük, sırğa, qolbaq, boyun bağı, nişan üzüyü, 1 ədəd əlavə üzük, sırğa, saat, yataq otağı mebeli (taxt, 2 tumba, termo, şfaner), mətbəx mebeli (stol, stul), qonaq otağına aid stol, stul, soyuducu, paltaryuyan maşın, qaz, hava çəkən, əl-üz yuyan, tozsoran, xalça, televizor, ütü, pərdə, karniz, mikser, blender (2 cür), tefal çaynik, cofemolka, toster, taxt üçün döşək, 2 cüt yastıq, 1 ədəd yorğan, 1 ədəd yataq örtüyü, 5 ədəd pastel, 10 ədəd dəsmal, 6 ədəd çay dəsmalı (nabor), 2 qutu süfrə, tefal qazan naboru, qazan çuqun naboru, qaşıq naboru (bıçaq, çəngəl, qaşıq), dəst tort qabı, 4 ədəd çaynik, qab naboru, 12 ədəd armudu stəkan, 6 ədədbüllur stəkan, 2 qutu fincan dəsti, bokal, şüşəsilən, süpürgə kimi ona məxsus olan cehiz əmlaklarının və zinət əşyalarının cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, iddia ərizəsi verilməsi üçün ödənilməli olan dövlət rüsumunun qalan hissəsi əmisi tərəfindən ödənilməli idi. Belə ki, əmisi rüsumu ödəyib qəbzi məhkməyə göndərməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın baxılmamış saxlanması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdehdən 11839 manat məbləğində olan ona məxsus cehiz əmlaklarının və zinət əşyalarının alınmasını tələb edir. Bu səbəbdən iddiaçı 126 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda 20 manat dövlət rüsumu ödəmişdir. İddiaçının dövlət rüsumunun qalan hissəsini ödəməsi üçün məhkəmənin hazırlıq iclası bir neçə dəfə təxirə salınmış və sonda məhkəmə baxışı iclası təyin edilmişdir. Lakin, iddiaçı dövlət rüsumunun qalıq hissəsini ödəməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 259.0.12, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-8779/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-8779/2021
28.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver