Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-900/2023 10.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 10 fevral 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1979-ci ü təvəllüdlü mərhum əri X1 xx.xx.2022ci il tarixində ünvan 3 evində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1979-ci il təvəllüdlü mərhum əri X2 xx.xx.2022-ci il tarixində ünvan 3 evində rəhmətə getmiş və Cəlilabad rayonu Ocaqlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Qəbiristanlığın arayışından da görünür ki, mərhum əri X2 xx.xx.2022-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş və həmin tarixdə Cəlilabad rayonu Ocaqlı kənd qəbiristanlığında el adəti üzrə dəfn olunmuşdur. Hazırda ona məxsus olan ünvan 1 ünvanında mərhum əri X2 qeydiyyatdadır. Həmin şəxsin qeydiyyatının İəğvi ilə bağlı Sumqayıt şəhəri Polis İdarəsinə müraciət etsə də, ondan ölüm haqqında şəhadətnaməsini tələb etmişlər. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Sumqayıt Tibbi Mərkəzi'' X9, X11 Stansiyası tərəfindən ona ünvanlanan məktubunda qeyd edilmişdir ki, Sumqayıt Tibbi Mərkəzi X9, X11 Stansiyasının müdiriyyəti bildirir ki, xx.xx.2022-ci il tarixində saat 06:58-də ünvan 3 ünvanında yaşayan 1979-cu il təvəllüdlü X2 adına 153 saylı çağırış daxil olnuışdur. Briqada verilən ünvana çatdıqda 1979-cu il təvəllüdlü X1 meyitini aşkar etmişdir. Yaxınlarının deməsinə görə mərhumun bir gün əvvəl sinəsində yanma hissləri olmuşdur. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmidir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis Bölməsinin rəisi Kamran Hümbətovun xx.xx.2022-ci il tarixli ona ünvanlanmış məktubunda qeyd olunur ki, xx.xx.2022-ci il tarixdə həyat yoldaşı X1 vəfat etməsi ilə əlaqədar şikayətinin olmamasını nəzərə alaraq 103 xidmətinin məlumatı üzrə araşdırmanın aparılması dayandırılmışdır. O, xx.xx.2022-ci il tarixində ölmüş mərhum əri X1 ölümünün qeydiyyata alınması ilə hağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölümün qeydiyyata alınmasından imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, yoldaşı noyabr ayının 15-i rəhmətə gedib. Yoldaşı tam sağlam insan olmuş, işdən gəldikdən sonra hətta onları gəzməyə də aparmışdır. Evə qayıdanda əhvalı dəyişmiş və tez yatmaq istəmişdir. Balaca övladının qızdırması olduğu üçün o, gecə övladının yanında yatmışdır. Səhər saat 6-da yoldaşının yanına getdiyi zaman onun öldüyünü görmüşdür. Hazırda ölüm faktının müəyyən edilməsi müavinat almaq üçün ona lazımdır. Qeyd edilənlərə əsasən ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X6 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşı qızı, mərhum X2 qardaşı qızının yoldaşıdır. Emin 15 noyabr 2022-ci ildə rəhmətə gedib. Dəfn mərasimində o da iştirak etmişdir. Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi əmisi qızı, Emin isə onun yoldaşıdır. Emin Məmmədov qəfildən rəhmətə getmişdir. Bu barədə ona səhər zəng edilərək deyilmişdir. Eminin ölüm tarixini dəqiq xatırlamasa da, dəfn və yas mərasimində o da iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 05/Q-4524/15 saylı məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi X1 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. İşdə olan 4-cü Polis Bölməsinin Ərizəçi ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə X1 vəfat etməsi ilə əlaqədar şikayətin olmaması nəzərə alınaraq 103 xidmətinin məlumatı üzrə araşdırmanın aparılması dayandırılmışdır. İş materiallarında olan X11 Stansiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2380 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən mənzilə çatdıqda X1 meyiti aşkar edilmişdir. İşdə olan Cəlilabad Rayonu, Qarazəncir Bələdiyyəsinin 95 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Cəlilabad Rayonu, Ocaqlı kənd Qəbristanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 272905 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X2 01 sentyabr 2006-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 1241 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Məmmədova soyadı verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin əri X2 xx.xx.2022-ci il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Cəlilabad Rayonu, Qarazəncir Bələdiyyəsinin 95 nömrəli, xx.xx.2022-ci il tarixli arayışı, şahid ifadələri, fotoşəkil və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1979-cu il təvəllüdlü mərhum əri X1 xx.xx.2022-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1979-cü təvəllüdlü mərhum əri X1 xx.xx.2022-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-900/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-900/2023
10.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver