Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-903/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. O, anası X5 və oğlu X3 ilə birlikdə Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 28/4 ünvanında yerləşən iki saylı mənzildə yaşayır. Mərhum anası X5 uzun zamandır ki, “xroniki ürək çatışmamazlığı, hipertoniya xəstliyi”-dən əziyyət çəkmişdir. Mərhum anasının halı pis olduğunu görmüş, dərhal X12 stansiyasına zəng etmiş, çağırışa gələn həkimlər artıq anasının öldüyünü bildirmişlər. Mərhum anası X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Lakin ölüm haqqında şəhadətnamə ala bilmirlər. Belə ki, Maraqlı şəxsnə müraciət etsələr də, Maraqlı şəxs tərəfindən № 3-16-5/8-Ş-4783/15 nömrəli, xx.xx.2023-cü il tarixli məktub verilərək, AR Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılması, AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına biləcəyi və Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd edilənlərə əsasən xx.xx.1952-ci il təvəllüdlü X2 24 noyabr 2023-cü il tarixdə ev şəraitində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, anasının xəstəliyi olmuşdır. Kirayədə yaşadıqları evdə anası rəhmətə getmişdir. X12 gəlmişdir. Anası Müşfiqabad qəsəbəsində dəfn olunmuşdur. Maraqlı tərəf Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Mehriban xanımı tanıyır. Belə ki, rəqs yoldaşı olmuşdur. Anasını da tanımışdır. 24 noyabr 2023-cü il tarixdə rəhmətə getmişdir. Noyabr ayının 25-də dəfn olunmuşdur. Yoldaşı gəldikdən sonra onlara yazmışdır. Onlar da həmin zaman restoranda olmuşlar. İşdən çıxıb, evə gəlmişlər. Ona səs atmışdır ki, anası rəhmətə getmişdir. Eşidən kimi ünvana getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirdi ki, Mehriban xanım onun keçmiş həyat yoldaşıdır. Onun anası 24 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Keçən il ayrılmışlar. Lakin köməklik edir və aliment ödəyir. O bağda yaşayır. Saat 10-un yarsı Dostluq və Mədəniyyət mərkəzinin direktoru ona zəng etmişdir və demişdir ki, qaynanası vəfat etmişdir. Taksi ilə ünvana getmişdir. Evdə övladı, keçmiş həyat yoldaşı və anasının cəsədi olmuşdur. Müşfiqabadda dəfn olunmuşdur. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin verdiyi 09 nömrəli, 28 mart 2024-cü il tarixli arayışdan görünür ki, X5 24 noyabr 2023-cü il tarixdə vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. 29 noyabr tarixli birgə tərtib olunmuş aktdan görünür ki, 2023-cü ilin fevral ayından hal-hazıradək Ərizəçi, anası X5, X3 24 noyabr 2023-cü il tarxixədək, X5 vəfat edənədək və hal-hazırda Ərizəçi və X3 ilə ünvan 1 ünvanında yaşayır. Sumqayıt Tibb Mərkəzi PHŞ X12 Stansiyasının növbənin böyük həkimi tərəfindən verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanında yaşayan xx.xx.1952-ci il təvəllüdü X5 xx.xx.2023-cü il tarixdə ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmamazlığı, hipertoniya xəstəliyindən vəfat etmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi şəxsin X12 Stansiyasının 27 noyabr 2023-cü il tarixli, 2484 nömrəli ərizəyə cavabından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 2103-də ünvan 3 ünvanında yaşayan 1952-ci il təvəllüdlü X5 adına 100 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1952-ci il təvəllüdlü X2 meyidini aşkar etmişdir. Yaxınlarının deməsinə görə mərhumə “xroniki ürək çatışmamazlığı, hipertoniya xəstliyi”-dən əziyyət çəkmişdir. Müayinə zamanı meyin üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-16-5/8-Ş- 4783/15 nömrəli ərizəyə cavabdan görünür ki, AR Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. AR Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194-cü maddəsinin tələblərini və ölümü təsdiq edən sənədin təqdim olunmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənin təmin edilməsinin mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi anası xx.xx.1952-ci il təvəllüdlü X5 24 noyabr 2023-cü il tarixdə ünvan 3 ünvanında vəfat etmişdir. Ərizəçi anası X2 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1952-ci il təvəllüdlü X2 24 noyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1952-ci il təvəllüdlü X2 24 noyabr 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-903/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-903/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver