Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-905/2023 05.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1qayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil Kommunal İstehsalat Birliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1qayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil Kommunal İstehsalat Birliyinə qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1qayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil Kommunal İstehsalat Birliyinə qarşı mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, X7 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən ünvan 1qayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağının orderinin onun adına verilməsi qərara alınmışdır. Ona məxsus ünvan 1qayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağı Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X10 tərəfindən zəbt edilmiş və həmin şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili 11 iyul 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında ünvan 1qayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən Cavabdeh1 kirayəyə verilmişdir. O, öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli otağa köçüb orada yaşaya bilməmişdir. Bu səbəbdən də o, ünvan 1qayıt şəhər İcra hakimiyyəti nəzdində olan 7 saylı MİS-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1qayıt şəhəri, 8/12 saylı yataqxananın 1-ci otağında yaşamaq hüququnun bərpa olunması barədə məhkəməyə müraciət edilmişdir. ünvan 1qayıt şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilmiş, ünvan 1qayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, ünvan 1qayıt şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 2209/2020 saylı, 23 iyul 2020-ci il tarixli qərarı ilə ünvan 1qayıt şəhər icra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat İB-nin kassasiya şikayəti təmin edilməmiş, ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra İddiaçı cavabdeh ünvan 1qayıt Şəhər İcra hakimiyyətinin Mənzil Kommunal X5 və X3 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə ünvan 1qayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Eyni zamanda Ağayev X2 Vahid Şəmi oğluna və Azərkimya İb-nə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair qarışılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. ünvan 1qayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) 04 mart 2021-ci il tarixli, 2(060)- 713/2021 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 1qayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 və Cavabdeh1 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh1 və cavabdeh ünvan 1qayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında ünvan 1qayıt şəhəri, 5 mikrorayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2127/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1qayıt Şəhər Məhkəməsinin 2(060)-713/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-986/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmədən, ünvan 1qayıt Apellyasiya Məhkəməsinin 2(105)-2127/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yəni göründüyü kimi, iddiaçı bütün instansiya məhkəmələrində qalib gəlmiş və artıq həmin məhkəmə qətnamələri də qanuni qüvvəsini almışdır. Lakin, iddiaçı bu günə kimi bu və ya digər səbəblərdən öz adına olan mənzilə köçüb yaşaya bilməmişdir. Cavabdehlər hələ də bəhanə edib Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi isə öz qanunsuz əməllərini davam etdirərək cavabdehlərin həmin mənzildə yaşamasına şərait yaradır. Nəticədə iddiaçı order əsasında ona məxsus olan mənzildən istifadə edə bilmir, köçüb yaşaya bilmir. Bu isə onun mülkiyyət hüquqlarının pozulması isə nəticələnir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncunun azyaşlı uşaqları olan X15 və X11 iddiaçıya məxsus ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi, ev 134, yataqxana 8/12, 1 saylı mənzildən çıxarılmaları, İddiaçı həmin mənzilə köçürülməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüünvan 1unun cavabdehlərdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin mənzildən çıxarılması və iddiaçının mənzilə köçürülməsini xahiş etmişlər. X7 müdriyyətinin, Həmkarlar Komitəsinin və MMK-nın xx.xx.1993-cü il tarixli protokoluna əsasən ünvan 1qayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağının orderinin onun adına verilməsi qərara alınmışdır. Ona məxsus ünvan 1qayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağı Cəbrayıl rayonundan gəlmiş məcburi köçkün X10 tərəfindən zəbt edilmiş və həmin şəxs xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Bundan sonra ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı mənzili 11 iyul 2018-ci il tarixli dövlət və ictimai fondu evlərində yaşayış sahəsinin kirayəsi müqaviləsi əsasında ünvan 1qayıt şəhər Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən Cavabdeh1 kirayəyə verilmişdir. O, öz iradəsindən asılı olmayan səbəbdən mübahisəli otağa köçüb orada yaşaya bilməmişdir. Bu səbəbdən də o, ünvan 1qayıt şəhər İcra hakimiyyəti nəzdində olan 7 saylı MİS-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1qayıt şəhəri, 8/12 saylı yataqxananın 1-ci otağında yaşamaq hüququnun bərpa olunması barədə məhkəməyə müraciət edilmişdir. ünvan 1qayıt şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilmiş, ünvan 1qayıt şəhəri, S.Vurğun küçəsi 134-də yerləşən yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. xx.xx.2018-ci il tarixdə mülki işə baxılmışdır. ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, ünvan 1qayıt şəhər Məhkəməsinin 10 sentyabr 2018-ci il tarixli qətnaməsinin qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv olunması, həmin hissədə yeni qətnamə çıxarılmaqla qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. ünvan 1qayıt Şəhər Məhkəməsinin (hakim A.İsmayılov) 04 mart 2021-ci il tarixli, 2(060)- 713/2021 nömrəli qətnaməsi ilə İddiaçı ünvan 1qayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X5 və Cavabdeh1 qarşı kirayə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh1 və cavabdeh ünvan 1qayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında ünvan 1qayıt şəhəri, 5 mikrorayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 İddiaçı və qeyrilərinə qarşı orderin etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2127/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ünvan 1qayıt Şəhər Məhkəməsinin 2(060)-713/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-986/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilmədən, ünvan 1qayıt Apellyasiya Məhkəməsinin 2(105)- 2127/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu günədək order etibarsız hesab edilməmiş və hal-hazırda qüvvədədir. Kirayə müqaviləsi artıq ləğv olunmuşdur. Qarşı tərəf oranı zəbt etmiş və orada yaşamışlar. Hal hazırda hüquqlarını müdafiə etdiyi şəxsin hüquqları pozulur. İddiaçı mənzilə köçüb, orada yaşaya bilmir. Qarşı tərəf də məcburi köçkün deyildir. Lerik rayonundan olan sakinlərdir. Dəfələrlə getsələr də mənzildən çıxmırlar. Əgər onlar mənzildən çıxarılarsa başqa şəxslər həmin mənzilə köçürülə bilər. Ona görə də hər iki tələbi birgə qoymuşlar. Qeyd etdiklərinin nəzərə alınmaqla cavabdehlər həmin mənzildən çıxarılmalı və hüquqlarını müdafiə etdiyi şəxs həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ünvan 1qayıt Şəhər İcra hakimiyyəti yanında Mənzil Kommunal İstehsalat Birliyinin nümayəndəsi X8 izahatında bildirdi ki, həmin mənzildə Cavabdeh1 və onun ailə üzvləri birgə yaşayır. Onun yoldaşına işlədiyi müddət ərzində verilmişdir. Bu xidməti yataqxanadır. Əvvəllər zavod olmuşdur. Ondan sonra mənzil Mənzil Kommunal İstehsalat Birliyinin mülkiyyətinə verilmiş və digər tərəf ondan yalnızca istifadə edə bilmişlər. Ali Məhkəmənin qərarı çıxdıqdan sonra onlar geri çəkilmişlər. Faktiki olaraq order qüvvədə deyildir. 2018-ci ildən əvvəl kirayə müqaviləsi verilmişdir. Mənzildə qaçqın yaşamış, qaçqın rəhmətə getikdən sonra vətəndaşa vermişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 SMS bildiriş göndərilməklə qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş “Üzvi-Sintez” İB-nin xx.xx.1993-cü il tarixli, 1 saylı protokolundan çıxarışdan görünür ki, ünvan 1qayıt şəhəri, 5 mkr, S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı verilmişdir. İş materiallarına əlavə edilmiş 7 saylı MKS tərəfindən tərtib edilmiş akdan görünür ki, ünvan 1qayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağında X12 1993-cü ildən Cəbrayıl rayonundan məcburi köçkün kimi məskunlaşmış, 2018-ci ilin may ayının 25-də isə vəfat etmişdir. Həmin ünvanda bu şəxsdən başqa heç kim yaşamamışdır. Ölən günə kimi bu ünvanda tək yaşamışdır. İş materiallarında olan orderin surətindən görünür ki, ünvan 1qayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı İddiaçı adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinin surətindən görünür ki, ünvan 1qayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi 134-də yerləşən 8/12 saylı yataqxananın 1 saylı otağı Cavabdeh1 kirayəyə verilmişdir. İş materiallarında olan ünvan 1qayıt şəhər Məhkəməsinin 2(060)-7178/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı ünvan 1qayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X1rşı İddiaçı ünvan 1qayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağında yaşamaq hüququnun bərpa olunması barədə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi qismən təmin edilmiş, ünvan 1qayıt şəhəri, 5 mkr., S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağının İddiaçı ayrılması barədə order etibarsız hesab edilmişdir. İş materiallarında olan ünvan 1qayıt Apelyasiya Məhkəməsinin 2(105)-3971/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, apelyasiya şikayəti qismən təmin edilmiş, ünvan 1qayıt şəhər Məhkəməsinin 2(060)-7178/2018 saylı, xx.xx.2018-ci il tarixli qarşılıqlı iddianın təmin edilməsi hissəsində qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmış və qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)2209/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarının surətindən görünür ki, cavabdeh ünvan 1qayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X4 kassasiya şikayəti təmin edilməmiş, ünvan 1qayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan əsaslar olmadan cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncunun azyaşlı uşaqları olan X15 və X11 iddiaçıya məxsus ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi, ev 134, yataqxana 8/12, 1 saylı mənzildən yaşamaqla, iddiaçıya məxsus mənzildən çıxmamaları iddiaçının son nəticədə mənzil hüququnun pozulmasına səbəb ola bilər. Araşdırılan mülki mübahisə ilə bağlı məhkəmə aktları üzrə məhkəmə instansiyalarında orderin ilk öncə İddiaçı verilməsi və bu orderin mübahisəsi ilə bağlı qüvvədə olan məhkəmə qətnaməsinin olduğunu nəzərə alınaraq hesab edilmişdir ki, İddiaçı verilmiş order əvvəllər mübahisələndirilmiş və məhkəmə qətnaməsi ilə həmin iddia rədd edilmişdir. Ona görə də, ünvan 1qayıt şəhəri, 5 mikrorayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair İddiaçı adına verilmiş order etibarsız hesab edilə bilməz. ünvan 1qayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağı order əsasında İddiaçı məxsus olduğu halda, həmin otaq 11 iyul 2018-ci il tarixli, 09 nömrəli dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında sosial kirayə müqaviləsinə əsasən Cavabdeh1 verildiyinə görə həmin kirayə müqaviləsi etibarsız hesab edilməlidir. Cavabdeh1 İddiaçı və “Azərkimya” İB-nə qarşı orderin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməkdən imtina etdikdə gəldiyi nəticənin əsası kimi göstərmişdir ki, Cavabdeh1 hüquqi əsası yoxdur və bu səbəbdən iddia təmin edilə bilməz. İşin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq Cavabdeh1 və cavabdeh ünvan 1qayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi arasında ünvan 1qayıt şəhəri, 5 mikrarayon, S.Vurğun küçəsi, 8/12 saylı yataqxananın 1 saylı otağına dair 11 iyul 2018-ci il tarixdə bağlanmış 09 nömrəli sosial kirayə müqaviləsi etibarsız hesab edilməsi, Cavabdeh1 İddiaçı və “Azərkimya” İB-nə qarşı orderin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. ünvan 1qayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal X4 rəisi H.Həsənov və Cavabdeh1 dəlillərini təsdiq edən heç bir sübut təqdim etməmiş və həmin halları sübuta yetirə bilməmişlər. Onların dəlilləri əsassız olub, başqa sübutla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 986/2022 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, ünvan 1qayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2127/2021 nömrəli iş üzrə 02 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli ünvan 1qayıt şəhəri, 5-ci mikrorayonda yerləşən 8/12 saylı yataqxananın 1-ci otağı order əsasında İddiaçı ayrılmış, mübahisə predmeti ilə bağlı məhkəmə aktları qəbul edilərək iddiaçıya ayrılmış mənzildə yaşayış hüququ təmin edilmişdir. Hazırki tələbinin hüquqi əsası qanuni qüvvəsini almış məhkəmə aktları ilə təsdiq olunmuş, iddiaçının mənzildə yaşamaması təsdiq olunmuşdur.Bu baxımdan hazırki tələblə, cavabdehlərin qanuni əsas olmadan yaşadıqları mübahisəli mənzildən çıxarılmaqla, iddiaçının mənzilə köçürülməsi əsaslı olmaqla bərabər, qanuna uyğundur. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Belə ki, Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə əsasən mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncunun azyaşlı uşaqları olan X15 və X16 ilə birlikdə ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi, ev 134, yataqxana 8/12, 1 saylı mənzil ünvanından çıxarılmalı, İddiaçı ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi, ev 134, yataqxana 8/12, 1 saylı mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (217.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır (217.4). Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, dövlət rüünvan 1una münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüünvan 1u cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və sonuncunun azyaşlı uşaqları olan X15 və X16 ilə birlikdə ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi, ev 134, yataqxana 8/12, 1 saylı mənzil ünvanından çıxarılsın. İddiaçı ünvan 1qayıt şəhəri, 5-ci mikrorayon, S.Vurğun küçəsi, ev 134, yataqxana 8/12, 1 saylı mənzilə köçürülsün. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüünvan 1u alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 1qayıt Şəhər Məhkəməsi vasitəsi ilə ünvan 1qayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361- 363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-905/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-905/2023
05.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver