Məhkəmə qərarları › İş №2(060)-919/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-919/2021

15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-919/2021 15.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «BOKT «xxxx» MMC-nin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi və girov predmetinə tutma yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «BOKT «xxxx» MMC Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi, kreditin, faizlərin və zərərin ödənilməsi və girov predmetinə tutma yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 644,90 manat əsas borcun, 61,03 manat faiz borcu, 102 manat cərimə olmaqla, cəmi 807,93 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı BOKT “xxxx” MMC-yə ödənilməsi və “Girov təminatı Aktı”nda qeyd edilmiş əmlaka tutma yönəldilməsi, əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına cavabdehin iddiaçıya olan kredit borcunun və dövlət rüsumunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 34,07% ödəmək şərti ilə 792 manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı kredit müqaviləsinin şərtlərinə görə cavabdehin öhdəliklərinin icrasının təminatı qismində həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən “Girov təminatı Aktında” qeyd edilmiş əmlak (qızılı dalğa masa dəst) iddiaçının xeyrinə girov ilə yüklü edilmişdir. Lakin dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx xxxxxxx 2020-ci il tarixə 644,90 manat əsas borcun, 61,03 manat faiz borcu, 102 manat cərimə, cəmi 807,93 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqavilədən görünür ki, Bank Cavabdeh illik 34,07 % olmaqla, 12 ay müddətinə 792 manat məbləğində kredit verməyi, borc alan həmin krediti qəbul etməyi, məqsədinə uyğun istifadə etməyi, kredit və hesablanmış faizləri müqavilənin şərtlərinə uyğun olaraq qaytarmağı öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxxx 2020-ci il tarixə BOKT-a 644,90 manat əsas borcu, 61,03 manat faiz borcu, 102 manat cərimə olmaqla, cəmi borc 807,93 manat təşkil edir. İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 421, 442, 445, 448, 739-cu maddələrinə istinadən qiymət verərək hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı müqavilədən görünür ki, müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə borcalan alacağı malları «Girov təminatı Aktı»ı vasitəsilə Borcverənin xeyrinə girovla yüklü etməlidir. xx xxxxxx 2020-ci il tarixli Kart Vasitəsilə verilən Kreditin «Girov təminatı Aktı»ndan görünür ki, Cavabdeh tərəfindən 1 ədəd 792 manat dəyərində «qızıl dalğa masa dəsti» girov qoymuşdur. Mülki Məcəllənin 269, 301, 295, 297, 298-ci maddələrinə əsasən məhkəmə tutmanın girov ilə yüklü edilmiş əşyaya yönəldilməsi barədə tələbi qanunun tələblərinə uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqavilə ləğv edilməli, Cavabdeh 644,90 manat əsas borc, 61,03 manat faiz borcu, 102 manat cərimə, cəmi 807,93 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat BOKT «xxxx» MMC-nin xeyrinə tutulmalı, tələb Cavabdeh məxsus bir ədəd 792 manat dəyərində qızılı dalğa masa dəstinə yönəldilməli, həmin əşya açıq hərracdan satılmalı, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbi satılmış əşyanın hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalıdır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. BOKT «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli, SDF-081-0006-20 saylı kart vasitəsilə kreditin verilməsinə dair müqavilə ləğv edilsin. Cavabdeh 644,90 manat əsas borc, 61,03 manat faiz borcu, 102 manat cərimə, cəmi 807,93 (səkkiz yüz yeddi manat doxsan üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat BOKT «xxxx» MMC-nin xeyrinə tutulsun. Tələb Cavabdeh məxsus bir ədəd 792 manat dəyərində qızılı dalğa masa dəstinə yönəldilsin, həmin əşya açıq hərracdan satılsın, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra iddia tələbi satılmış əşyanın hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Suqmayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar