Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-946/2025 14.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Cavabdeh Misirxanovna və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh Misirxanovnaya qarşı mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və sair tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, işin məhkəmədə baxılmağa hazırlanması üzrə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında Cavabdeh Misirxanovna tərəfindən tikilmiş 1 mərtəbəli 4 otaq və hamam-tüalet içərisində evin sökülməsi və onun ailə üzvləri ilə birlikdə həmin zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Misirxanovna və onun nümayəndəsi və vəkili Nümayəndə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini, iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazının olmadığını bildirdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, AR MPM-nin 259.0.7-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. AR MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.7-ci maddəsini tətbiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və AR MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsinin Z.Tağıyev Rayon Mənzil İstismar Hissəsinin Cavabdeh Misirxanovnaya qarşı mənzilə istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma və sair tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-946/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-946/2025
14.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver