Məhkəmə qərarları › İş №2(060)-954/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-954/2021

22.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-954/2021 22.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1 İddiaçı nümayəndəsi Əliyev Hümbət Məmməd oğlunun iştirakı ilə İddiaçı Cavabdeh oğluna qarşı «əmlak tələbinə dair» mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan ona məxsus “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının və məhkəməyə iddia qaldırması üçün ödədiyi 30 manat dövlət rüsumunun ondan alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizəsindən görünür ki, Cavabdeh oğlundan ona məxsus “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının həmin şəxs tərəfindən yararsız hala salınması nəticəsində ona dəymiş 3000 manat məbləğində zərərin ondan alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı nümayəndəsi Əliyev Hümbət Məmməd oğlu iddia tələbini müdafiə edərək göstərdi ki, “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının xüsusi mülkiyyətindədir. Həmin faktı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan və Texniki baxış şöbəsinin rəisi polis polkovniki Əlövsət Şamilov tərəfindən verilmiş 22.10.2020-ci il tarixli № 016-302.3972.1220 saylı məktubla öz təsdiqini tapır ki, həqiqətən də “Opel Astra” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı məxsusdur. 13.01.2018-ci il tarixdə Cavabdeh oğlunun həmin avtomaşına dair etibarnamə vermişdir. Avtomaşını cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh avtomaşını könüllü surətdə iddiaçıya təhvil verməkdən imtina etmişdir. 10.07.2020-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək 7E-634 №-li reyestrlə qeydiyyata alınmış etibarnamənin ləğv ilə bağlı ərizə vermiş və notariat kontoru tərəfindən həmin etibarnamə ləğv edilmişdir. Hazırda əmlak hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq, 11.01.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən iddiaçının ünvanına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilməsi qeyd olunmuşdur. Həmin avtomaşına baxış keçirərkən avtomaşının tam yararsız vəziyyətdə olduğunu müəyyən etmişdir. Ona görə də hal-hazırda iddianın predmetini dəyişməyə zərurət yaranmışdır. Hesab edir ki, cavabdeh qəsdən iddiaçının maşınını yararsız vəziyyətə saldığından avtomaşına dəymiş zərər cavabdeh tərəfindən alınıb iddiaçıya verilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh oğlundan iddiaçıya məxsus “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının həmin şəxs tərəfindən yararsız hala salınması nəticəsində iddiaçıya dəymiş 3000 manat məbləğində zərərin ondan alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh oğlu məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözüqedən avtomobil onun istifadəsində olmuş və o, bir müddət həmin avtomaşından istifadə etmişdir. Sonralar, o, avtomobili yolun qırağında qoyaraq çıxıb getmişdir. Sonralar eşitmişdir ki, avtomobil cərimə meydançasındadır və avtomobil iddiaçı tərəfindən götürülmüşdür. Məhkəmə İddiaçı nümayəndəsi Əliyev Hümbət Məmməd oğlunun və Cavabdeh oğlunun izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 26.10.2020-ci il tarixli arayışdan görünür ki, 13.01.2018-ci il tarixdə 7E-634 reyestrdə ** VB *** qeydiyyat nişanlı “Opel Astra” minik markalı nəqliyyat vasitəsini etibar edilmişin başqasına etibaretmə qaydasında Cavabdeh oğluna nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə vermişdir. Həmin etibarnamə onun 10.07.2020-ci il tarixli, 8İ-3719 reyestrli ərizəsinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin 22.10.2020-ci il tarixli məktubundan görünür ki, “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın İddiaçı məxsusdur. İş materiallarında olan AD № 000286 saylı “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “Opel Astra” minik markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşının sahibi İddiaçıdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhəri Polis İdarəsinin İddiaçı ünvanladıqları 11.01.2020-ci il tarixli məktubundan görünür ki, “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/1579 nömrəli ekspert rəyindən görünür ki, “Şahin-95” firmasının 21.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2000 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi 14 saylı Mənzil-Kommunal sahəsinin 26.10.2020-ci il tarixli arayışından görünür ki, Paşayev X2 şəhəri, 9-cu mikrorayon, ev 25, mənzil 7-də yaşayır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, məhəllə 45, ev 14, mənzil 121-də qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh oğlu Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğu maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. İddiaçı avtomobilinə dəymiş zərəri 3000 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16.05.2021-ci il tarixli, 9/1579 nömrəli ekspert rəyindən görünür ki, “Şahin-95” firmasının 21.04.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1995-ci il buraxılışlı “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2000 manat müəyyən edilir. Məhkəmə hesab edir ki, iddia tələbi 2000 manat hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh oğlundan 2000 (iki min) manat dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096, 1097.1ci və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh oğlundan 2000 (iki min) manat dəymiş maddi ziyanın və dövlət rusumunu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar