Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-9858/2021 08.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qızına (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə 02 dekabr 2014-ci il tarn kredit müqaviləsi üzrə 31 avqust 2015-ci il tarixdən 22 noyabr 2021-ci il tarixinədək olan 10425,4 ABŞ dolları əsas, 6338,48 ABŞ dolları faiz borcu, 3806.46 ABŞ dolları cərimə və 22 noyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2348,3 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 22918,64 ABŞ dolları borcun və 150,19 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının tutulması, Sumqayıt Apelyasiya Məhkəməsinin 21 noyabr 2017-ci il tarixli, 2(105)-59/2017 saylı qətnaməsi ilə tutulmuş 1311,78 ABŞ dolları əsas, 1850,98 ABŞ dolları faiz borcu olmaqla, cəmi 3162,76 ABŞ dolları borcun, həmçinin 22918,64 ABŞ dolları borcun və 150,19 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqının Cavabdeh1 məxsus 02 dekabr 2014-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Sumqayıt şəhəri, Corat qəsəbəsi, 389 ünvanında yerləşən, 0,0412 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 81,8 kvadrat metr sahədən ibarət olan 2 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və həmin fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 qızma məxsus olan fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra cavabdehlərin fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirlimiş hesab edilməsi, cavabdehlərin həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı cavabdehdən 22918 ABŞ dolları məbləğində borcun tutulmasını tələb edir. Hazırkı dövrdə bir ABŞ dollarının 1,7 manata bərabər olduğu nəzərə alınarsa iddiaçının cavabdehə qarşı tələbi 38961 manata bərabərdir. Bu səbəbdən iddiaçı 201 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda, 150,19 manat dövlət rüsumu ödəmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir (150.0.2.). İddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır (152.1.5.). Məhkəmə hesab edir ki, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədiyindən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 149-152-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ : İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-9858/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-9858/2021
08.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver