Məhkəmə qərarları › İş №2(061)-1027/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1027/2025

06.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1027/2025 06.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X1n xx.xx.1976-cı ildə Tərtər şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, bacısı X5 25 may 1976-cı ildə Tərtər rayonunda anadan olmuşdur. Bacısının doğum akt qeydi aparılmış və ona doğum haqqında şəhadətnamə verilmişdir. Bacısı keçirdiyi xəstəlik nəticəsində 20 noyabr 1976-cı ildə vəfat etmişdir. Onu Tərtər rayon qəbristanlğında dəfn etmişlər. Uşaq olduğuna görə ona məzar daşı qoyulmamışdır. Bacısı vəfat edərkən valideynləri onun ölümünü qeyd etdirməmiş və ölüm haqqında şəhadətnamə alınmamışlar. X1 Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Bacısı Vüsalənin ölüm haqqında şəhadətnaməsinin alınması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölümü barədə heç bir məlumat aşkar olunmadığından Tərtər Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Göstərdiklərinə əsasən bacısı 25 may 1976-cı ildə Tərtər rayonunda anadan olmuş X2 xx.xx.1976-cı ildə Tərtər şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X4 göstərmişdir ki, Ərizəçi ilə ailəvi münasibətləri yaxşıdır. Ərizəçinin bacısı X5 6-7 aylıq olarkən 1976-cı ildə qış aylarında vəfat etmişdir. Onu yaşadıqları Tərtər şəhər qəbristanlığnda dəfn etmişlər. Bir şahid kimi təqdiq etmişdir ki, Ərizəçi bacısı Vüsalə Hüseynova ərizədə göstərilən tarixdə yəni, xx.xx.1976-cı il vəfat etmiş və o, Tərtər şəhər qəbristanlığnda dəfn edilmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X8 göstərmişdir ki, Ərizəçi ilə qonşu kimi münasibətləri yaxşıdır. Ərizəçi ailədə 2 qardaş, 3 bacı olmuşlar. Onun qardaşı Qarabağ müharibəsində Şəhid olmuşdur. Bacılarından biri olan Vüsalə Hüseynova 1976cı ildə anadan olmuş və 5-6 ay yaşadıqdan sonra vəfat etmişdir. Ərizəçi bacısı Vüsalə Hüseynovanın xx.xx.1976-cı il vəfat etdiyini və onun Tərtər şəhər qəbristanlığnda dəfn edildiyini bir şahid kimi təsdiq etmişdir. Mülki işə əlavə edilmiş AZE № 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Tərtər şəhərində anadan olmuş və Tərtər şəhəri, V.Hüseynov küçəsi, ev 04-də qeydiyyatdadır. Mülki işə əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə Tərtər şəhərində anadan olmuş, həmin sənəddə ata qrafasında X6, ana qrafasında X7 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1976-cı ildə Tərtər rayonunda anadan olmuş, həmin sənəddə ata qrafasında X6, ana qrafasında X7 qeyd edilmişdir. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2025-ci il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, X5 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasına 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Ərizəçiyə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X17 “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X15 verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X5 barədə “Tərtər Rayon Mərkəzi Xəstəxanası” X16 heç bir məlumat yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin bacısı mərhum X5 xx.xx.1976-cı ildə doğulmuş və xx.xx.1976-cı ildə vəfat etmişdir. Onu yaşadığı Tərtər şəhər qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş sənədlərlə, şahid ifadələri ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət,yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi bacısı 20 may 1976-cı il tarixdə Tərtər rayonunda anadan olmuş X2 20 noyabr 1976-cı ildə Tərtər şəhərində ölümünün qeyd edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi bacısı 20 may 1976-cı il tarixdə Tərtər rayonunda anadan olmuş X2 20 noyabr 1976-cı ildə Tərtər şəhərində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar