Məhkəmə qərarları › İş №2(061)-110/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-110/2025

11.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-110/2025 11.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun borclu olduğu 6540 (altı min beş yüz qırx) manat məbləğində pulun və 86 (səksən altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bərdə şəhərində “Bizon” içkisinin topdan satışı ilə məşğul olur. Belə ki, o, firmalarla müqavilə bağlayıb, firmalardan götürdüyü bizon içkilərini topdan qəbul edib, pərakəndə satır. 2024-cü ilin may ayının əvvəllərində Xətai adlı şəxslə tanış olmuş, onun qardaşı Bəhruz onun yanında işləmişdir. 2024-cü ilin may ayının ortalarında Bəhruz ona qardaşı Xətaidə “Bizon” içkisinin olduğunu bildirmişdir. Ona Xətaiyə pul göndərəcəyi təqdirdə “Bizon” içkisi göndərəcəyini bildirmişdir. O, Bəhruza malı aldıqdan sonra verəcəyini, ancaq Bəhruz qardaşı Xətainin kartına pul köçürükdükdən sonra ona “Bizon” içkisi verilə biləcəyini demişdir. Bundan sonra Bəhruza inanıb xx.xx.2024-cü il tarixdə “Təzə bazar” deyilən yerdə olarkən Bəhruzun ona göndərmiş olduğu “Kapitan Bank”ın Xətaiyə məxsus kartına 1500 manat onlayn pul köçürmüşdür. Təqribən 5-10 dəqiqə sonra cavabdeh X1 Bərdə şəhərində olan “Megastore” mağazasının girişində yerləşdirilmiş Milion ödəmə terminalı vasitəsi ilə 7000 manat pul köçürmüşdür. Dəfələrlə Xətai ilə əlqaə saxlamış, hər dəfə bir bəhanə edərək 8500 manat dəyərində malı ona göndərməmiş, nə də pulunu qaytarmamışdır. Sonradan 1960 manat dəyərində mal vermişdir. Dəfələrlə cavabdehlər Xətai və Cavabdeh2lardan 8500 manat puldan qalan 6540 manatın verilməsini tələb etsə də bir nəticəsi olmamışdır. Məhz buna görə də məcbur olub Bərdə rayon Polis Şöbəsinə müraciət etmiş, polis şöbəsində araşdırma aparılmışdır. X3 8500 manat pul aldığını etiraf etmiş, həmin pulun əvəzində 1960 manatlıq mal verdiyini 6540 manat isə qaldığını etiraf etmişdir. Bərdə rayon Polis Şöbəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş, həmin qərarda mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun borclu olduğu 6540 (altı min beş yüz qırx) manat məbləğində pulun və 86 (səksən altı) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiçı qismində məhkəmədə izahat vermiş İddiaçı iddia ərizəsində göstərilənləri bir daha təsdiqləyərək göstərmişdir ki, “Bizon” içkisinin ticarəti ilə məşğuldur. Cavabdeh2 ona qardaşı Xətaidə “Bizon” içkisi olduğunu və ona pul verəcəyi təqdirdə həmin içkidən verə biləcəyini bildirmişdir. Bu səbəbdən onlara inanıb xx.xx.2024-cü il tarixdə “Təzə bazar” deyilən yerdə olarkən Bəhruzun ona göndərmiş olduğu “Kapitan Bank”ın Xətaiyə məxsus kartına 1500 manat pul köçürmüşdür. Təqribən 5-10 dəqiqə sonra cavabdeh yanidən Xətainin kartına Bərdə şəhərində olan “Megastore” mağazasının girişində yerləşdirilmiş “Milion ödəmə terminalı” vasitəsi ilə 7000 manat pul köçürmüşdür. X4 kartına 8500 manat pul köçürmüşdür. Həmin pulun müqabilində Xətai Aslanov ona 1960 manat dəyərində “Bizon” içkisi vermiş, qalan 6540 manatı verməmişdir. Bir necə dəfə cavabdehlərdən pulunu tələb etmiş, lakin ala bilməmişdir. Bu səbəbdən Bərdə rayon Polis Şöbəsinə müraciət etmişdir. Şöbədə onun şikayəti araşdırılmış, cavabdehlər izahatlarında həqiqətən ona 6540 manat pul borclu olduqlarını etiraf etmişlər. Hazırda cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Onların iştirakları olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. Göstərdiklərinə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini bur daha xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Mülki işin materiallarına əlavə edilmiş bildirişlərdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məlumat verilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Cavabdeh1 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi ərizəsindən görünür ki, o, iddia tələbini qismən qəbul edir, iddiaçıdan 8500 manat pul aldığını etiraf edir, 4500 manat ödəniş etdiyini, iddiaçıya 4000 manat borcu qaldığını göstərmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdikləri ərizələrində iddia tələbini qismən qəbul etdiklərini, 4950 manat borclarının olduğunu, gələcəkdə borcu ödəyəcəklərini söz verdiklərini, məhkəmə iclasının vaxtı və yeri barədə onlara məlumat verildiyini, məhkəmə iclasına gələ bilməsələr, iştirakları olmadan işə baxılıb qətnamə qəbul edilməsinə etirazları olmadığını göstərmişlər. İş materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Bərdə şəhəri, Vaqif küçəsində yaşayan İddiaçı xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-ə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bərdə rayon Xətai adlı şəxsin onu “Bizon” içkisi satacağaı adı ilə aldadaraq 8500 manat pulunu ələ keçirdiyini göstərərk, həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bunla bağlı aparılmış araşdırma zamanı X2 izahatı alınmışdır. Xətai Aslanov izahatında göstərmişdir ki, həqiqətən İddiaçı ona “Bizon” işkisi satması üçün 8500 manat pul göndərmişdir. Bunun müqabilində İddiaçı 1960 manat dəyərində “Bizon” içkisi satmışdır. Hazırda onun İddiaçı 6540 manat borcu qaldığını bildirmişdir. Həmin qərarla təsviri hissədə göstərilənlərə əsasən, cinayət hadisəsi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmişdir. Tərəflər arasında pul tələbi ilə bağlı mülki xarakterli mübahisə olduğundan İddiaçı məhkəməyə müraciət etməli olduğu izah edilmişdir. Məhkəmə iddiaçının izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı ona “Bizon” içkisi satmaq məqsədi ilə 8500 manat pul almışlar. İddiaçı münasibətləri yaxşı olduğundan ona inanıb həmin məbləğdə pulu Cavabdeh1 kartına köçürmüşdür. Məhkəmə iclasında elan olunmuş Xətai Aslanov xx.xx.2024-cü il tarixli məhkəmə iclasında verdiyi ərizəsində iddia tələbini qismən qəbul etdiyini, iddiaçıdan 8500 manat pul aldığını etiraf etdiyini, 4500 manat ödəniş etdiyini, iddiaçıya 4000 manat borcu qaldığını göstərmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2025-ci il tarixli məhkəmə iclasında verdikləri ərizələrində iddia tələbini qismən qəbul etdiklərini, iddiaçıya 4950 manat borclarının olduğunu, gələcəkdə borcu ödəyəcəklərinə söz verdiklərini göstərmişlər. Məhkəmədə elan olunmuş Bərdə rayon Polis Şöbəsinin təhqiqatçısının xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, həmin qərarda izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, həqiqətən İddiaçı ona “Bizon” işkisi satması üçün 8500 manat pul göndərmişdir. Bunun müqabilində İddiaçı 1960 manat dəyərində “Bizon” içkisi satmışdır. Hazırda onun İddiaçı 6540 manat borcu qaldığını bildirmişdir. Cavabdehlərin biri-birinə ziddiyyətli izahatlar verməsi onların səmimi olmalarını şübhə altına almışdır. Bununla yanaşı cavabdehlər hazırda göstərdikləri 4000 manat və ya 4900 manat məbləğdə borclarının qalmasını təsdiq edən hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişlər. Onlar yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq ərizələrində həmin məbləğləri göstərmişlər. Məhkəmə bu halı cavabdehlərin özünümdafiə etməsi kimi qiymətləndirimiş və sübut kimi qəbul edilməsini məqsədmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın həmin hissəsinin təmin edilməsini məqsədmüvafiq hesab etməmişdir. Məhkəmə iclasında aşkar edildi ki, pul mübahisəsinə qədər tərəflər arasında münasibətlər yaxın olmuşdur. Onların arasında razılaşma olmuşdur. Belə razılaşmalar adətən hər iki tərəfin iştirakı ilə aparılır. Həmçinin tərəflər biri-birilərinə yaxşı münasibətdə olduğundan əlavə olaraq aralarında heç bir notarial qaydada sənədləşmələr tərtib olunmamışdır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq müəyyən etmişdir ki, cavabdeh tərəf məhkəmə iclasları ilə bağlı məlumatları olmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmiş, ünvanlamamışdır. Lakin məhkəmə cavabdehlərin iddiaçıdan həmin məbləğdə pul almasını və borcunu qaytarmamasını təsdiq edən yuxarıda qeyd olunan iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi pul borcu barədə sənədləri həqiqətə uyğun hesab edir və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdehlər Xətayi və Cavabdeh2lar hazırkı vəziyyətdə İddiaçı olan 6540 manat borcu qaytarmamışlar. Beləliklə də cavabdehlər onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 6540 manat pulun cavabdeh tərəfindən ödənilməməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının izahatının, cavabdehlərin verdikləri biri-birinə ziddiyyətli ərizələrinin və iş materiallarının təhlili nəticəsi ilə müəyyən etdi ki, iddiaçı cavabdehlərə 6540 manat pul vermiş, cavabdehlər həmin pulu qısa zamanda qaytaracağını öhdəsinə götürmüşdürlər. Lakin cavabdehlər borcu vaxtında qaytarmamışlar. Cavabdehlər xeyli müddət həmin pulu qaytarmamış və bununla da iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehlər Xətayi və Cavabdeh2lar üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişlər. İddiaçı dəfələrlə pulunu onlardan tələb etmiş, lakin cavabdeh hər dəfədə yalan vədlər verərək sözünə əməl etməmişdir. Bununla da cavabdehlərin hazırkı vəziyyətdə iddiaçıya borcu 6540 manat təşkil edir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hazırkı vəziyyətdə İddiaçı olan 6540 (altı min beş yüz qırx) manat məbləğində pulu borcunu qaytarmamışlar. Beləliklə də onlar iddiaçının qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməmişlər. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı 8500 manat məbləğində pulu “Bizon” içkisi almaq üçün aralarında olan razılaşmaya uyğun cavabdehlərə vermiş, cavabdehlər isə həmin pulun müqabilində “Bizon” içkisisini idiaçıya satmağı öhdəsinə götürmüşlər. Belə olan halda cavabdehlərin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı–satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 6540 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 86 (səksən altı) manat dövlət rüsumu da onun xeyrinə cavabdehlərdən bərabər qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin borc tələbi ilə bağlı fikirlərini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6540 (altı min beş yüz qırx) manat məbləğində pul və 86 (səksən altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6540 (altı min beş yüz qırx) manat məbləğində pul və 86 (səksən altı) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar