Məhkəmə qərarları › İş №2(061)-1123/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1123/2025

23.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1123/2025 23.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun borclu olduğu 2050 (iki min əlli) manat pul vəsaitinin vəödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı vəkalətli nümayəndəsi X4 xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcini, iş üzrə bütün sübutları təqdim etdiyini, iştirakları olmadan işə baxılıb iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş ** AD ***6079 nömrəli etibarnamənin surətindən görünür ki, İddiaçı X2 etibarnamə verərək onu məhkəmə iclasılarında təmsil etməyi həvalə etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə ər-arvad münasibətindədirlər. Onlar Tərtər rayon Seydimli kəndində yaşayırlar. Cavabdehləri xeyli müddətdir ki, tanımış, münasibətləri yaxşı olmuşdur. O, həyat yoldaşı ilə yaşadıqları Tərtər rayon Seydimli kəndində yerləşən evi satmaq qərarına gəlmişlər. Cavabadehlərlə razılaşıb evi onlara 13000 manata satmışlar. Aralarında şahidlərin iştirakları ilə akt imzalamışlar və həmin aktda cavabdehlər ona ev alqı-satqıaına görə verməli olduqları pulun məbləğini qeyd edib üzərinə öhdəlik götürmüşlər. Evi satanda cavabdehlər ona 10000 manat pul vermişlər. 2024-cü ilin iyul ayında isə 950 manat pul vermişlər. Qalan 2050 manatı isə bu günə kimi ala bilməmişdir. Hər iki cavabdeh söz vermişlər ki, borclu qaldıqları 2050 manatı 2024-cü ilin oktyabr ayında verəcəklər. Bu günə kimi dəfələrlə tələb etsə də pulunu ala bilməmişdir. Cavabdehlərin ona borclu olmasını kənd əhalisi bilmişdir. Cavabdehlər özləri borclu olduqları məbləği etiraf etmişlər. Bununla bağlı onun əlində mötəbər sübutlar vardır. Hər iki cavabdeh ona borclu olduqları 2050 manat pulu ödəmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Odur ki, ərizəsində göstərdiklərini nəzərə alaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı onun borclu olduğu 2050 (iki min əlli) manat pul vəsaitinin və ödənilmiş 41 (qırx bir) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş AZE 17575221 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Tərtər rayonu Seydimli kəndində anadan olmuş və həmin ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş cavabdehin yaşadığı yer üzrə Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 87 saylı, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X1 rayon Seydimli kəndində yaşayır və qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Tərtər rayon Polis Şöbəsindən daxil olmuş materialların surətlərinə əlavə edilmiş, xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X1 rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək o, 2024-cü ilin aprel ayında Tərtər rayonu Seydimli kənd sakini Aygün adlı şəxsə evini satmışdır. Hal-hazırda ona 2050 manat borcu qalmışdır, borcunu verməmişdir. Həmin borcun alınıb ona verilməsində ona köməklik edilməsini xahiş etmişdir. Həmin cavab məktubuna əlavə edilmiş Elnarə Məclumbəyovanın şikayəti əsasında X5 xx.xx.2024-cü il tarixdə izahat alınmışdır. Aygün Sadıqzadə izahatında göstərmişdir ki, o, Tərtər rayonu Seydimli kəndində yaşayır. 2024-cü ilin yay aylarında həmkəndlisi Elnarə Məclumbəyova kənddə olan evini satarkən onun evini almaq qərarına gəlmişlər. Onunla həmin evin qiymətini 12000 manata razılaşmışlar. Evi alan zaman 10000 manat ona pul vermişlər. Pulun qalan hissəsini isə oktyabr ayında vercəcəklərini bildirmişlər. Oktyabr ayında 950 manat ona olan borcdan qaytarmışlar. Qalan pulu isə evi adlarına keçirən zaman ödəyəcəklərini bildirmişlər. Lakin o, evi adlarına keçirtmək üçün sənəd təqdim etməmişdir. Bu səbəbdən ona olan 1050 manat borcu verməmişlər. Evi adlarına keçirən zaman onlar da 1050 manat borclarını verəcəklərini qeyd etmişdir. Aygün Sadıqzadəyə verilən suallara cavab olaraq bildirmişdir ki, Elnarə evi onların adına sənədləşdirmək istəmir. Aygün Sadıqzadə ifadəsinin sonunda evi adlarına keçirmək istəmirsə verdikləri 10950 manatı geri qaytaracağı təqdirdə, evdən çıxacaqlarını qeyd etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfinə təqdim etdiyi disklərə baxış keçirildi. Hər iki diskdə cavabdehlərin iddiaçı tərəfə 2050 manat borclu olması ilə bağlı hər hansı bir səs yazısı aşkar edilməmişdir. Dicsklərin birində evin Elnarə Məclumbəyovaya satılmasından bəhs edilən səs yazısı olması, digərində isə bir qadının pulunun olmadığını, əgər olarsa 3000 və 4000 manat ona pul verə biləcəyi səslənmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin polis şöbəsində verdiyi izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında ev alqısatqısı etmişlər. Tərəflər arasında yaranmış mübahisə pulun məbləği ilə bağlı olduğundan iddiaçı əvvəlcə Tərtər rayon Polis Şöbəsinə, daha sonra həmin mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində cavabdehlərin ona 2050 manat boclu olduğunu göstərsə belə, hətta bu fakt doğru olsa belə cavabdehlərin ona ev alqı-satqısından həmin məbləğdə borcu qalması barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında elan olunmuş Aygün Sadıqzadənin izahatından aydın olmuşdur ki, onların Elnarə Məclumbəyovaya 1050 manat borcları var, evi adlarına sənədləşdirdikdə həmin pulu Elnarə Məclumbəyovaya verəcəklərini göstərmişdir. İddiaçının təqdim etdiyi səs yazıları olan disklərdə Şəlalə adlı qadının səs yazısı səsləndirilmiş, hansı evinsə 15000 manata alqı-satqısından bəhs edilmişdir. Digər səs yazısında adı məlum olmayan qadının Elnarə Məclumbəyovaya pulu olmadığı, pulu olarsa 3000- 4000 manat verəcəyi qeyd edilmişdir. Həmin səs yazısının isə kimə məxsus olması müəyyən edilməsi üçün iddiaçı tərəfin hər hansı vəsatəti olmamışdır. Belə ki, göründüyü kimi iddiaçı Elnarə Məclumbəyova xəstəliyi ilə bağlı məhkəmə iclasına gələ bimədiyindən, iddiasının tam təmin edilməsini xahiş etdiyindən, onun ərizəsinə əsasən məhkəmə istintaqı onun iştirakı olmadan aparılmışdır. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 2050 manat pulunun cavabdeh tərəfdə qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddia ərizəsini, iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlə iddiaçının arasında yaranmış mübahisə Tərtər rayon Polis Şöbəsində araşdırılmışdır. Lakin həmin araşdırmada iddiaçı 2050 manat pulunun cavabdehlərdə qalması ilə bağlı hər hansı bir sübutun mövcud olması öz təsdiqini tapmamışdır. Yalnız cavabdehin verdiyi izahatı ilə onun 1050 manat iddiaçıya borcu olması öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi və tam təmin edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə iddia qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya olan borcu 1050 manat məbləğində etiraf edildiyindən, həmçinin həmin xüsusat təsdiqini tapdığından ondan 1050 manat alınaraq iddiaçıya verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması ilə bağlı iddiaçının ödədiyi 30 (qırx bir) manat 50 (əlli) qəpik dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalı, dövlət rüsumunun qalan 10 (on) manat 50 (əlli) qəpik hissəsi iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddia ərizəsini, sorğu edilərək Tərtər rayon Polis Şöbəsində alınmış izahatları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1050 (min əlli) manat pul vəsaiti və ödənilmiş 41 (qırx bir) manat 50 (əlli) qəpik dövlət rüsumu alınıb İddiaçı verilməli, dövlət rüsumunun qalan 10 (on) manat 50 (əlli) qəpik hissəsi iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1050 (min əlli) manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 41 (qırx bir) manat 50 (əlli) qəpik dövlət rüsumu tutularaq İddiaçı verilsin, dövlət rüsumunun qalan 10 (on) manat 50 (əlli) qəpik hissəsi iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar