Məhkəmə qərarları › İş №2(061)-1126/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1126/2025

18.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1126/2025 18.09.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh dostu Tacir vasitəsi ilə tanımışdır. 2017-ci il tarixdə Mİngəçevir X1 fakultəsinin azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişdir. Vətən Müharibəsi iştirakçısıdır. Müharibədən gələndən sonra işsiz olduğuna görə dostu Tacir Həsənli ilə aralarında söhbət zamanı ona iş axtardığını bildirmişdir. 2021-ci il dekabr ayının ortalarında Tacir ona Tərtər rayonu Sarıcalı kəndindən Səxavət adlı tanışının olduğunu, Səxavətin Təhsil Nazirliyində işləyən tanışlarının vasitəsi ilə onu müəllim kimi işə düzəldə biləcəyini demişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Tərtər şəhəri, H.Əliyev prospektində Səxavətlə görüşüb həmin prospektdə yerləşən Beynəlxalq bankın arxasında olan kafeyə getmişdir. Səxavətə onu məktəbdə təşkilatçı vəzifəsinə işə düzəldə biləcəyini soruşduqda Səxavət ona Təhsil Nazirliyində işləyən tanışlarının olduğunu və onu rayon məktəblərinin birində təşkilatçı vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bunun müqabilində Səxavət ondan 5000 manat pul, əlavə olaraq 200 manat yol pulu istəmişdir. Səxavətlə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə Tacirlə birlikdə Tərtər şəhəri, H.Əliyev prospektində Səxavətlə görüşüb Beynəlxalq bankın arxasında olan kafeyə getmişlər. Kafedə bir qədər söhbət etdikdən sonra 3000 manat pulu, diplomun və kimliyinin surətini də ona vermişdir. Həmin gündən iki gün sonra Səxaəvt ona zəng edərək qalan 2000 manat pulu da istəmişdir. Bundan sonra dostu Tacirlə Tərtər şəhərinə gedərək Tərtər şəhəri H.Əliyev prospektində yerləşən Beynəlxalq bankın arxasında olan kafedə Səxavətə qalan 2000 manat pulu vermişdir. Səxavət pulu aldıqdan sonra ona narahat olma səni qısa vaxt ərzində Tərtər rayonu ərazisində işə qəbul etdirəcəyini bildirmişdir. Sonra Səxavətdən ayrılıb evlərinə getmişdir. Həmin vaxtdan Səxaəvtlə əlqaə saxlayıb işlə bağlı maraqlananda Səxavət ona narahat olma yaxın vaxtda işinin düzləcəyini bildirmişdir. Səxavətə 5000 manat pulu verdikdən təxminən 3-4 ay sonra Səxaəvt ona zəng edərək işi ilə bağlı Bakı şəhərinə getmək istədiyini, ancaq pulunun olmadığını bildirmiş və 200 manat pul istəmişdir. O da həmin vaxt pulu az olduğuna görə Tərtər şəhər ərazisində yerləşən “AL” marketdən “Miliön” ödəmə terminalından Səxavətin kartına 130 manat pul köçürmüşdür. Təxminən 1 həftə sonra Səxavət yenidən ona zəng edərək 150 manat yol pulu istəmişdir. Bundan sonra Tacirlə Sarov kəndinə gedərək orada olan mağazadan “Milliön” ödəmə terminalından Səxavətin kartına 70 manat pul ödəmişdir. Həmin vaxtdan Səxavətə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng edib işinin düzəlib düzəlməməsi barədə soruşanda Səxavət müxtəlif bəhanələr gətirib narahat olmamasını, adamlarla görüşüb işini həll edəcəyini bildirərərk onu aldatmışdır. O, aldanıldığını başa düşüb Səxavətdən pulunu istəmişdir. Ancaq Səxavət pulunu qaytarmamışdır. Sonuncu dəfə xx.xx.2022ci il tarixdə Səxavətdən pulunu istəmişdir. Səxaəvt isə ona “get hara deyirsən denən pul yoxdur” deyə cavab vermişdir. Bundan sonra Cavabdeh barəsində hüquq mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin istintaqı başa çatdıqdan sonra cinayət işi baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs Cavabdeh ondan 5200 manat pul aldığını etiraf etmişdir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxs Cavabdeh kifayət qədər şərait yaradılsa da ödəniş etməmişdir. Təqsirləndirilən şəxs Cavabdeh Tərtər Rayon Məhkəməsinin 1(061)-42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Lakin indiyə qədər mülki cavabdeh kimi Cavabdeh ona olan borcunu ödəməmişdir. Bununla da həm məsiliyyətdən, həm də vurduğu maddi və mənəvi zayanın ödənilməsindən yayınır. Yuxarıda qeyd edilənlərə əsasən Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh əvvəllər tanımamış, onu dostu Tacir vasitəsi ilə tanımışdır. 2017-ci il tarixdə Mİngəçevir X1 fakultəsinin azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişdir. Vətən Müharibəsi iştirakçısıdır. Müharibədən gələndən sonra işsiz olduğuna görə dostu Tacir Həsənli ilə aralarında söhbət zamanı ona iş axtardığını bildirmişdir. 2021-ci il dekabr ayının ortalarında Tacir ona Tərtər rayonu Sarıcalı kəndindən Səxavət adlı tanışının olduğunu, Səxavətin Təhsil Nazirliyində işləyən tanışlarının vasitəsi ilə onu müəllim kimi işə düzəldə biləcəyini demişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixdə Tacirlə birlikdə Tərtər şəhəri, H.Əliyev prospektində Səxavətlə görüşüb ona 3000 manat pulu, diplomun və kimliyinin surətini, iki gün sonra qalan 2000 manat pulu vermişdir. Bir müddət sonra Cavabdeh ondan iki dəfəyə 200 manat yol pulu adı ilə pul almışdır. Beləliklə Cavabdeh ondan işə düzəltmək adı ilə ümumilikdə 5200 manat pul almışdır. Dəfələrlə pulunu tələb etmiş, lakin cavabdeh onun pulunu verməmişdir. Bu səbəbdən polis şöbəsinə şikayət etmiş, Cavabdeh barəsində cinayət işi açılmış, cinayət işinin istintaqı başa çatdıqdan sonra baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Tərtər Rayon Məhkəməsində işə baxılarkən cavabdehə ödəmə ilə bağlı şərait yaradılsa da ödəmə etməmişdir. Cavabdeh Tərtər Rayon Məhkəməsinin 1(061)-42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhrum edilmişdir. Ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən qaytarılmamışdır. Buna səbəb onun istintaq zamanı mülki iddiaçı kimi tanınmaması olmuşdur. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı göstərmişdir ki, İddiaçı ümumilikdə 5200 manat pul almışdır. İddiaçı dəfələrlə pulunu tələb etmiş, lakin maddi imkanı olmadığına görə onun pulunu qaytara bilməmişdir. Bu səbəbdən iddiaçı polis şöbəsinə şikayət etmiş, barəsində cinayət işi açılmış, cinayət işinin istintaqı başa çatdıqdan sonra baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Tərtər Rayon Məhkəməsində işə baxılarkən yenə maddi imkanı olmadığı üçün ödəmə etməmişdir. Tərtər Rayon Məhkəməsinin 1(061)-42/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda da maddi imkanı olmadığıa görə iddiaçıya olan borcunu qaytara bilmədiyini, gələcəkdə maddi imkanı olarsa borcunu hissə-hissə qayataracağını bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. İddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş M/V № 120433 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. İş materiallarına əlavə edilmiş Tərtər Rayon Məhkəməsinin 1(061)-42/2023 saylı, xx.xx.2023-cü il il tarixli hökmünün surətindən aydın olur ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 21 iyun 2023-cü il tarixdən, saat 10-58-dən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbirinin ləğv edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, məhkəmə iclas zalında dərhal həbsə alınması, hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılması və zərərçəkmiş şəxs İddiaçı dəymiş ziyanla bağlı mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi hökm edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, cavabdeh müxtəlif vaxtlarda iddiaçıdan iddia ərizəsində göstərilən məbləğlərdə pul almış, lakin həmin pulları qaytarmamışdır. Bununla bağlı iddiaçı tərəfin şikayəti əsasında onun, cavabdehin istintaq orqanında izahatları alınmışdır. Həmin araşdırma ilə, eyni zamanda, cavabdehin məhkəmə iclasında verdiyi özünün izahatı ilə tam sübut olunmuşdur ki, həqiqətən Cavabdeh İddiaçı müxtəlif, vaxtlarda onu işə düzəltmək adı ilə müxtəlif məbləğlərdə ümumilkdə 5200 manat pul almış, lakin aldığı pulları qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə vurduğu ziyanın ödənilməsini tələb etsə də cavabdeh heç bir ödəmə aparmamış və zərəri ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən iddiaçı cavabdehdən maddi zərərdən irəli gələn pulun alınıb ona verilməsi ilə bağlı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 5200 manat pulunun cavabdeh Səxavt Aslanovda qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddiaçının və cavabdehin izahatlarının və iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlə iddiaçının arasında pulla bağlı mübahisə yaranmış, iddiaçı cavabdeh barəsində orqana şikayət etmiş, cavabdehin əməlində cinayıt tərkibi olduğu müəyyən edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə cinayət işi açılmış və cinayət işinin istinrtaqı başa çatdıqdan sonra baxılması üçün Tərtər Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı tam təsdiq olunmuşdir ki, cavabdeh iddiaçıdan onu işə düzəltmək adı ilə 5200 manat pul almış, lakin həmin pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Məhkəmə istintaqı zamanı cavabdeh iddiaçıya 5200 manat vurduğu ziyanı etiraf etsə də, ona həmin pulun ödəməsi ilə bağlı şərait yaradılmış, lakin cavabdeh pulu qaytarmağa təşəbbüs göstərməmişdir. Cavabdeh həmin vaxt Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırda Cavabdeh azadlığa buraxılsa da İddiaçı pulunu qaytarmamışdır. Odur ki, iddiaçı cavabdeh barəsində məhkəmədə dəymiş ziyanla bağlı hazırki iddianı qaldırmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5200 manat məbləğində dəymiş ziyanl alınaraq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdeh iddiaçıya maddi zərər vurmuşdur. Eləcə də iş üzrə toplanmış sənədlərlə təsdiq edilir ki, iddiaçıya dəymiş zərərlə cavabdehin hüquqa zidd hərəkəti arasında səbəbli əlaqə vardır. Cavabdeh məhkəmə iclasında iddiaçıya borcu olduğunu bildirmiş və maddi imkanı olanda pulu İddiaçı hissə-hissə ödəyəcəyi barədə ərizə təqdim edtmişdir. Odur ki, məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan, cavabdehdən dəymiş maddi zərərə görə 5200 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarma müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanışı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.2-ci maddəsinə görə qətanmə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı»iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (93). İş materiallarını, iddiaçının və cavabdehin izahatılarnı nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin Cavabdeh 5200 (beş min iki yüz) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar