Məhkəmə qərarları › İş №2(061)-121/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-121/2025

24.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-121/2025 24.02.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçin iştirakı ilə Ərizəçin Maraqlı şəxs olmaqla ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək övladı 25 iyun 2016-cı ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş X2 19 may 2017-ci il tarixdə Tərtər rayonunun Qarağacı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizənin məzmununa uyğun izahat vermiş və göstərmişdir ki, 17 iyun 2010-cu il tarixdə Tərtər rayon Qarağacı kənd sakini X8 ilə ailə qurmuşdur. Nikahları rəsmi qeyd edilmişdir. Birgə yaşadıqları dövrdə xx.xx.2011-ci ildə X9, 23 fevral 2014-cü ildə X10, 19 iyun 2016-cı ildə X11 və 20 may 2018-ci ildə X5 adlı uşaqları olmuşdur. İddia ərizəsində texniki səhv olaraq X2 doğum tarixini 25 iyun 2016-cı il kimi qeyd etmişdir. Əslində 19 iyun 2016-cı il kimi qeyd edilməlidir. Nəzərə alınmasını xahiş etmişdir. Uşaqlarından Nihan və Aylin keçirdikləri xəstəlik nəticəsində ölmüşlər. Hər iki uşağı Tərtər rayon Qarağacı kənd qəbristanlığında dəfn etmişlər. Lakin həmin vaxt qanunları bilmədikləri üçün, eləcə də başları uşaqların üzür mərasimlərinə qarışdığından onlara ölüm haqqında Nihan adlı uşaqlarına ölüm haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin Nihan Tahirlinin ölümü barədə heç bir məlumat aşkar olunmadığından Tərtər Rayon Məhkəməsinə müraciət etməsi məsləhət görülmüşdür. Göstərdiklərinə əsasən övladı 19 iyun 2016-cı ildə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş X2 19 may 2017-ci il tarixdə Tərtər rayonunun Qarağacı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha məhkəmədən xahiş etmişdir. Maraqlı tərəf Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümqyəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmədə ifadə vermiş X1 göstərmişdir ki, Ərizəçi ilə qonşu kimi münasibətləri yaxşıdır. Ərizəçinin həyat yoldaşının adı X4r. Onların 4 övladları olmuşdur. Sonradan onların Nihan və Aylin adlı uşaqları ölmüşdür. Uşaqları yaşadıqları Qarağacı kənd qəbristanlığnda dəfn etmişlər. Bir şahid kimi təqdiq etmişdir ki, Ərizəçi ilə X3 övladları Nihan və Aylin ərizədə göstərilən tarixdə vəfat etmiş və onlar Tərtər rayon Qarağacı kənd qəbristanlığnda dəfn edilmişlər. Mülki işə əlavə edilmiş AZ-İ№ 569596 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi nikahları 17 iyun 2016-cı il tarixdə Tərtər rayon Qarağacı kənd İƏD-i üzrə nümayəndəlikdə 04 sayla qeydə alınmışdır. Mülki işə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X8 ilə Ərizəçi birgə yaşadıqları dövrdə xx.xx.2011-ci ildə X9, 23 fevral 2014-cü ildə X10, 19 iyun 2016-cı ildə X11 və 20 may 2018-ci ildə X5 adlı uşaqları olmuşdur.Həmin sənədlərdə ata qrafasında X8, ana qrafasında Ərizəçi göstərilmişdir. Mülki işə əlavə edilmiş Tərtər rayon Qarağacı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 669 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Tərtər rayon Qarağacı kəndində daimi qeydiyyatdadır və həmin kənddə yaşayır. Mülki işə əlavə edilmiş Tərtər rayon Qarağacı kənd İƏD-i üzrə nümayəndənin verdiyi 667 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X11 19 may 2017-ci ildə vəfat etmiş və o, Qarağacı kənd qəbristanlığında dəfn olunmuşdur. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü il tarixdək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Mülki işə əlavə edilmiş Maraqlı şəxs verdiyi xx.xx.2024-cü il tarixli Ərizəçi sorğusuna cavab məktubundan görünür ki, X11 barəsində vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Bildirilmişdir ki, ölüm haqqında akt qeydinin dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “İnsan ölüm anının müəyyən edilməsi reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasına 1 nömrəli əlavə ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmənin müvafiq qətnaməsi lazımdır. Qeyd edilən sənədlər təqdim edilmədiyi üçün Maraqlı şəxs tərəfindən ölümü dövlət qeydiyyatına almaq mümkün olmamışdır. Ərizəçiyə Məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Mülki işə əlavə edilmiş fotoşəkildə X2 xx.xx.2016-cı ildə doğulması və 19 may 2017ci ildə ölməsi əks etdirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinlədikdən sonra, işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, ərizəçinin qızı mərhum X11 xx.xx.2016-cı ildə doğulmuş və 19 may 2017-ci ildə ildə vəfat etmişdir. Onu yaşadığı Tərtər rayon Qarağacı kənd qəbristanlığında dəfn etmişlər. Bu fakt mülki işə əlavə edilmiş və məhkəmə iclasında elan edilmiş sənədlərlə, şahid ifadəsi ilə tam sübuta yetmişdir. Ərizəçi həmin sənədi başqa yolla əldə edə bilmədiyindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə tətbiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”ın 8.5ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İş materiallarını, ərizəçinin izahatını, şahid ifadələrini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi mərhum qızı 19 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş X2 19 may 2017-ci il tarixdə Tərtər rayonunun Qarağacı kəndində ölümünün qeyd edilmə faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi övladı 19 iyun 2016-cı il tarixdə Bakı şəhəri, Binəqədi rayonunda anadan olmuş X2 19 may 2017-ci il tarixdə Tərtər rayonunun Qarağacı kəndində ölümünün qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydaya təqdim olunduğu vaxtdan 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar