Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1217/2024 28.11.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 770 (yeddi yüz yetmiş) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəmənin 02 sentyabr 2024-cü il tarixli iclasında ərizə verərək uzaq məsafədə yaşadığı üçün məhkəmə iclaslarına gələ bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini nəzərə alaraq iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə mal bazarında 1 baş yanı balalı iri buynuzlu heyvan satmaq məqsədi ilə aparmışdır. Cavabdeh bazarda ona yaxınlaşaraq heyvanı satın almaq istədiyini bildirmişdir. Cavabdehi bir neçə il qabaqdan tanıdığı üçün onunla 2470 manat məbləğə heyvanları satmaq üçün razılaşmışlar. Cavabdeh mallara görə ona 1700 manat pul verərək, qalan məbləğ 770 manat pulu növbəti bazar günü qaytaracağını bildirmiş və heyvanları aparmışdır. Gələn həftə bazar günü Cavabdeh qalan məbləğ 770 manat pulu almaq üçün bazara getmiş, lakin bundan sonra cavabdeh müxtəlif bəhanələr gətirərək ona çatası pulu verməkdən imtina etmişdir. Bununla bağlı o, Göygöl rayon Polis Şöbəsinə müraciət etmiş, izahatlar alınmış və ona mülki xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Ona görə də məhkəməyə sözügedən iddia ilə müraciət etmişlər. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh ona çatası 770 (yeddi yüz yetmiş) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş cavabdehin yaşadığı yer üzrə Tərtər rayon Qapanlı kənd İƏD-i üzrə nümayəndəliyə məhkəmə bildirişinin Cavabdeh çatdırlması ilə bağlı xx.xx.2024-cü il məktub göndərilmiş, lakin bu barədə hər hansı bir məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1951-ci ildə Daşkəsən rayonu Xoşbulaq kəndində anadan olmuş və Gəncə şəhəri, Qıaıl Hacılı küçəsi ev 45A-da qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş materialların surətlərinə əlavə edilmiş, ərizədən görünür ki, İddiaçı Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2024-cü ilin may ayında Tərtər Rayonu Qapanlı kənd sakini kimi tanıdığı Cavabdeh Göygöl rayonunda yerləşən mal bazarında 2400 manata inək satdığını, lakin onun həmin pulun 1700 manatını versə də qalan 700 manat hissəsini vermədiyini bildirmişdir. Onun 700 manat pulunun Cavabdeh alınıb ona verilməsndə köməklik göstərilməsini xahiş etmişdir. Həmin cavab məktubuna əlavə edilmiş İddiaçı izahatının surətindən görünür ki, o, 2024-cü il may ayında Cavabdeh 2400 manata yanı balalı inək satdığını, həmin pulun 1700 manatını aldığını, lakin 700 manat pulunu ala bilmədiyini göstərmişdir. Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh izahatının surətindən görünür ki, onun İddiaçı 700 manat deyil, 300 manat borcu qalmış, maddi vəziyyəti ağır olduğundan həmin pulu qaytara bilməmiş, gələcəkdə qaytaracağına söz vermişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə dair verdiyi dəqiqləşdirmə barədə ərizəsini, cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı ilə cavabdeh arasında heyvan alqı-satqısı etmişlər. Tərəflər arasında yaranmış mübahisə pulun məbləği ilə bağlı olduğundan iddiaçı əvvəlcə Göygöl Rayon Polis Şöbəsinə, daha sonra həmin mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Cavabdeh bazarda ona yaxınlaşaraq heyvanı satın almaq istədiyini bildirdiyini, cavabdehi bir neçə il qabaqdan tanıdığı üçün onunla 2470 manat məbləğə heyvanları satmaq üçün razılaşdıqlarını, cavabdehin mallara görə ona 1700 manat pul verərək, qalan məbləğ 770 manat pulu növbəti bazar günü qaytaracağını, heyvanları apardığını, gələn həftə bazar günü Cavabdeh qalan məbləğ 770 manat pulu almaq üçün bazara getdiyini, lakin bundan sonra cavabdehin müxtəlif bəhanələr gətirərək ona çatası pulu verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədə elan olunmuş məhkəmənin sorğusuna cavab olaraq Göygöl Rayon Polis Şöbəsindən daxil olmuş materialların surətlərinə əlavə edilmiş ərizədə, İddiaçı Göygöl Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək 2024-cü ilin may ayında Tərtər Rayonu Qapanlı kənd sakini kimi tanıdığı Cavabdeh Göygöl rayonunda yerləşən mal bazarında 2400 manata inək satdığını, lakin onun həmin pulun 1700 manatını versə də qalan 700 manat hissəsini vermədiyini, onun 700 manat pulunun Cavabdeh alınıb ona verilməsndə köməklik göstərilməsini xahiş etmişdir. Həmin cavab məktubuna əlavə edilmiş İddiaçı izahatının surətində də iddiaçı Telma Tağıyev 2024-cü il may ayında Cavabdeh 2400 manata yanı balalı inək satdığını, həmin pulun 1700 manatını aldığını, lakin 700 manat pulunu ala bilmədiyini göstərmişdir. Ancaq iddia ərizəsindən görünür ki, İddiaçı cavabdehdə 770 manat pulunun qaldığını və həmin pulun cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Həmin cavab məktubuna əlavə edilmiş Cavabdeh izahatının surətində, onun İddiaçı 700 manat deyil, 300 manat borcu qalmış, maddi vəziyyəti ağır olduğundan həmin pulu qaytara bilməmiş, gələcəkdə qaytaracağına söz verdiyi qeyd edilmişdir. Göründüyü kimi iddiaçının iddia ərizəsi ilə, polis şöbəsinə verdiyi ərizəsində göstərilən məbləğlər, eləcə də cavabdehin polis şöbəsində verdiyi izahatında göstərdiyi məbləğ biri-birinə ziddiyyət təşkil etmişdir. İddiaçı isə cavabdehin ona heyvan alqı-satqısından həmin məbləğdə borcu qalması barədə hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə 170 manat pulunun Cavabdeh qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə iddia ərizəsini, iş materiallarına əlavə edilmiş sənədlərin tədqiqi nəticəsində müəyyən etdi ki, cavabdehlə iddiaçının arasında yaranmış mübahisə Göygöl rayon Polis Şöbəsində araşdırılmışdır. Lakin həmin araşdırmada iddiaçı 770 manat pulunun cavabdehlərdə qalması ilə bağlı hər hansı bir sübutun mövcud olması öz təsdiqini tapmamışdır. Yalnız cavabdehin verdiyi izahatı ilə onun 300 manat iddiaçıya borcu olması öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə həmin halları işin mübahisə edilən faktiki halları kimi qiymətləndirir və tərəflərin təqdim etdikləri sübutlar əsasında araşdırır. İşin müəyyən olunmuş halarından görünür ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Yalnız formal mülahizələrlə öz tələbini əsaslandırmaqla kifayətləndirmişdir. Bu da iddianın qanuni həll edilməsi üçün məhkəmənin yekun nəticəyə gəlməsi üçün yetərli olmamışdır. Məhkəmə hesab edir ki, belə vəziyyətdə iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən iddiaçıya olan borcu 300 manat məbləğində etiraf etdiyindən, həmçinin həmin xüsusat təsdiqini tapdığından ondan 300 manat alınaraq İddiaçı verilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası MM-in 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran, təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativhüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (otuz manat) cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsində göstərilmişdir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddia ərizəsini, sorğu edilərək Göygöl Rayon Polis Şöbəsində alınmış sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh oğundan 300 (üç yüz) manat pul vəsaiti alınıb İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh oğundan 300 (üç yüz) manat pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Cavabdeh oğundan 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1217/2024
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1217/2024
28.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver