Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1275/2024 16.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Tərtər rayonu Yeni qəsəbə bina 24 mənzil 22-də yaşayan Cavabdeh onun evinə vurduğu 490 manat ziyanın və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 520 manat pulun alınıb ona verilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək gələcəkdə zərurət yaranarsa əlavə sübutlar toplayıb yenidən məhkəməyə müraciət edəcəyini bildirmiş və tələbinə baxılmadan ərizəsi ona əlavə olunmuş sənədləri və ödədiyi dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsini tələbə mahiyyəti üzrə baxılmasını istəməməsi kimi qənaətə gəlir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığında dövlət rüsumu olan 30 (otuz) manat məbləğində pul X1 qaytarılmalıdır. Yuxarıdakılara əsaslanıb məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci, 260, 267 - 268ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı Tərtər rayonu Yeni qəsəbə bina 24 mənzil 22-də yaşayan Cavabdeh onun evinə vurduğu 490 manat ziyanın və iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 520 manat pulun alınıb ona verilməsi barədə iddiası baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu olan 30 (otuz) manat məbləğində pul X1 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1275/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1275/2024
16.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver