Azərbaycan Respublikası adından QƏRARDAD Tərtər rayonu İş № 2(061)-1282/2024 06.12.2024 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsini nəzərdən keçirib, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh 6405 manat borcun və iddia qaldırmaqüçün ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsinə baxılmadan sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəməyə gəlməməsini işə mahiyyəti üzrə baxılmasını tələb etməməsi kimi qiymətləndirir və iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Belə olan halda Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia baxılmamış saxlanılmalıdır. Həmin maddədə göstərilmişdir ki,iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən iş baxılmamış saxlanıldığında dövlət rüsumu olan 85 (səksən beş) manat məbləğində pul İddiaçı qaytarılmalıdır. Yuxarıdakılara əsaslanıb məhkəmə Azərbaycan Respublikası MPM-in 259.0.6-ci, 260, 267 - 268-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh 6405 manat borcun və iddia qaldırmaqüçün ödənilmiş 85 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın, iddia tələbi baxılmamış saxlanılsın. Ödənilmiş dövlət rüsumu olan 85 (səksən beş) manat məbləğində pul İddiaçı qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində dayandırılma hissəsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Tərtər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1282/2024
Tərtər Rayon Məhkəməsi Qərardad — İş №2(061)-1282/2024
06.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver