Məhkəmə qərarları › İş №2(061)-1306/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1306/2025

19.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1306/2025 19.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Maya Vahid qızının sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) X4 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, 10 oktyabr 1962-ci il tarixdə anadan olmuş X2 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə Ərizəçinın ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 10 oktyabr 1962-ci il tarixdə anadan olmuş X2 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında xahişini müdafiə edərək izahatında bildirdi ki, onun mərhum həyat yoldaşı X3 10 oktyabr 1962-ci il tarixdə anadan olmuşdur. 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Gülxarın əsli Bərdə Rayon Yenidaşkənd kəndindən olduğundan Gülxarı anadan olduğu Bərdə Rayon Yenidaşkənd kənd qəbirstanlığında dəfn etmişlər. Savadsızlıqdan Gülxarın ölümü ilə bağlı heç bir dövlət orqanına müraciət etməmiş, ölüm haqqında şəhadətnamə almamışlar. Maraqlı şəxsndən ona ölüm haqqında səhadətnaməni verə bilməyəcəkləri barədə məktub göndərilmişdir. Buna görə də o hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda Ərizəçi ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə Maraqlı şəxs nümayəndəsi məhkəməyə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizəçinin xahişi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Məhkəmə iclasında şahid X5 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Buna görə də o, Ərizəçi, sonuncunun ailə üzvlərini tanıyır və ailəsindən baş verəndən bütün hadisələrdən xəbərdardır. X3 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində uzun sürən xəstəlikdən sonra vəfat etmiş və Bərdə rayonu Yenidaşkənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid X7 ifadəsində göstərdi ki, o Ərizəçi qonşusudur. Onlar bir birilərini yaxından tanımışlar. Buna görə də o, 2016-cı ildə Ərizəçi uzun sürən xəstəlikdən öldüyünü bilmiş və onun dəfnində iştirak etmişdir. İş materiallarında olan doğum akt qeydinin surətindən görünür ki, X3 10 oktyabr 1962-ci il tarixdə anadan olmuşdur. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 14 okyabr 2022-ci il tarixli, 05/Q/-2293/15 nömrəli məktubdan görünür ki, 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində vəfat etmiş X2 barəsində ölüm haqqında akt qeydi tərtib olunmaqla ölüm haqqında şəhadətnamə yazılması barədə ərizəsinə baxılmışdır. X1 ölüm haqqında tibbi şəhadətnaməsinin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində Ərizəçi ərizəsinin təmin edilməsi mümkün deyildir. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ Ərizəçi izah edilmişdir. Azərbyacan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman təsdiq edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə hesab edir ki, ərizəçinin 10 oktyabr 1962-ci il tarixdə anadan olmuş X2 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində vəfat etməsi faktını təsdiq edə bilən sənədləri əldə etmək imkanı yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, 10 oktyabr 1962-ci il tarixdə anadan olmuş X2 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində vəfat etməsi faktı müəyyən edilməli, həmin şəxsin ölümü haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçinın xahişi təmin edilsin. 10 oktyabr 1962-ci ildə Bərdə rayonu, Yenidaşkənd kəndində anadan olmuş X2 01 iyul 2016-cı il tarixdə Tərtər rayonu Qaradağlı kəndində vəfat etməsi faktı müəyyən edilsin. X2 ölümü barədə şəhadətnamə verilməsi vəzifəsi Maraqlı şəxsnə həvalə olunsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində Tərtər Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Maya Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar