Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-143/2025 15.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduğu 1680 (min altı yüz səksən) manat məbləğində pulun və 37 (otuz yeddi) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qismində İddiaçı məhkəmə iclasında göstərmişdir ki, ailəsini dolandırmaq məqsədi ilə xurma meyvələrinin satışı ilə məşğul olur. Cavabdeh 2024-cü ilin noyabr ayının əvvəllərində 1 qutusu 1 manat 50 qəpik olmaqla, ümumilikdə 116 qutu xurma (yeşik), 1 qutu (yeşik) “şişburun” xurma meyvəsini 7 manata almış, 1999 qutu (yeşik) Tərtər şəhər sakini Cəlal adlı şəxsin “QAZEL” markalı avtomobili ilə Tərtər rayonunun Sarov kəndinə aparmış yuxarıda göstərdiyi qiymətə Cavabdeh satmışdır. Həmin vaxt Ceyhun ona aldığı meyvələrə görə 1800 manat pul verməli olmuşdur. Lakin cavabdeh xurmaya görə borclu olduğu puldan yalnız 120 manatını qaytarmış, qalan 1680 (min altı yüz səksən) manat məbləğində pulu qaytarmamışdır. Dəfələrlə cavabdehdən qalan pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. O, əvvələcə pul tələbi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmət mərkəzinə məlumat vermiş və sonra isə Tərtər rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Polis Şöbəsində aparılmış araşdırma nəticəsində Tərtər rayon X4 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və ona məhkəməyə müraciət etmək bildirlmişdir. Odur ki, sözügedən iddia ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Hazırda cavabdeh məhkəmə iclasına gəlməmişdir, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiasının təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Mülki işin materiallarına əlavə edilmiş SMS bildirişdən görünür ki, Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi şahid X1 göstərmişdir ki, iddiaçı ilə həmkəndli kimi münasibətləri yaxşı olmuş, Cavabdeh isə ona İddiaçı ilə xurma meyvəsi verərkən tanımışdır. Belə ki, o, İddiaçı yanında fəhlə işləyərək xurma yeşiklərini “QAZEL” markalı avtomobilə yükləmiş və Sarov kəndinə apararaq adını sonradan bildiyi Ceyhun adlı şəxsə təhvil vermişlər. Ümumilikdə Ceyhina 1800 manat dəyərində xurma meyvəsi vermişlər. Xurma meyvəsi dolu yeşikləri “QAZEL” markalı avtomobillə bir neçə dəfəyə aparmışlar. Ceyhun Elxana 120 manat pul vermişdir. Qalan pulu verməmişdir. Qalan pulu almaq üçün Elxanla birlikdə Sarov kəndinə getmişlər. Onlar Cavabdeh obyektinin yanında yerləşən çayxanada çay içmiş, İddiaçı isə Ceyhundan pulunu almağa getmişdir. Lakin Elxan pulu ala bilməmişdir. Belə ki, Elxan pulu almış olsaydı onun da pulunu vermiş olardı. İş üzrə iddiaçının məhkəməyə təqdim etdiyi şahid X2 göstərmişdir ki, iddiaçı ilə həmkəndli kimi münasibətləri yaxşı olmuş, Cavabdeh isə sonradan tanımışdır. Belə ki, o, İddiaçı yanında fəhlə kimi işləmişdir. Onların yığdıqları xurma yeşikləri Calal adlı şəxsin idarə etdiyi “QAZEL” markalı avtomobilə yüklənmiş və Sarov kəndinə apararaq adını sonradan bildiyi Ceyhun adlı şəxsə təhvil vermişlər. Calal adlı şəxs vəfat etmişdir. Ceyhina cəmi 1800 manat dəyərində xurma meyvəsi təhvil verilmişdir. Ceyhun Elxana 120 manat pul vermişdir. Qalan pulu verməmiş, ona Şəmkirdə pul alacağı olduğunu və həmin pulu alıb Elxan Məmmədvun pulunu vercəyini bildirmişdir. İddiaçı onları inandırmaq üçün bir dəfə mobil telefonu səsli vəziyyətə qoymuş və Ceyhundan ona borclu olduğu pulunu istəmişdir. Həmin vaxt Ceyhun Elxana borclu olduğu verəcəyini bildirmişdir. Onlar Elxanı zəhmət haqqlarını verməsini tələb etdiklərindən İddiaçı onları pulunu alması üçün Tərtər rayon Sarov kəndinə aparmışdır. İddiaçı Cavabdeh bir dəfə 120 manat pul almış, bu günədək qalan pulunun ala bilməmişdir. Maddi vəziyyəti ağırdır, həyat yoldaşı İİ qrup əlildir, İddiaçı isə Cavabdeh pulunu ala bilmədiyindən onların pulunu verə bilməmişdir. İş materilallarına əlavə edilmiş Tərtər rayon X4 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:13-də Tərtər rayon Seydimli kənd sakini İddiaçı DİN-in 102 xidmətinə zəng edərək Tərtər rayon Sarov kənd sakini Ceyhun adlı şəxsin borcunu ondan istəyi üçün sonuncu dəfə xx.xx.2024-cü il tarixdə olmaqla mütəmadi olaraq onu öldürməklə hədələməsini və təhqir etməsini bildirmişdir. Bundan başqa o, Tərtər RPŞ-ə ərizə ilə müraciət edərək Tərtər rayon Sarov kənd sakini Ceyhun adlı şəxsin ona 1680 manat borcu olduğunu, bununla bağlı onun mobil nömrəsinə zəng edib pulunu istəyən vaxt sonuncu tərəfindən telefon vasitəsi ilə ölümlə hədələndiyini bildirmişdir. Raportlar və ərizələr qeydiyyata alınmaqla icraata qəbul olunmuşdur. Qərarda izahatı alınmış İddiaçı ümumilkdə Ceyhun adlı şəxsə 1800 manat məbləğində xurma meyvəsi satdığını, Ceyhunun ona 120 manat pul qaytardığını və hazırda Ceyhunun ona 1680 manat borclu qaldığını göstərmişdir. Həmin vaxt şahid qismində ifadələri alınmış Esmira İmanova və Qurban Məmmədov ifadələrində xurma meyvəsinin yığımı dövründə İddiaçı yanında fəhlə işlədiklərini, xurma meyvəsini bir yeşiyini 50 qəpiyə yığdıqlarını, ümumilkdə 116 yeşik, “şişiburun” və 199 yeşik vurma meyvəsi yığdıqlarını, İddiaçı hər ikisinə 157,50 manat borcu olduğunu, Elxandan pullarını istədikdə Ceyhunun onun pulunu vermədiyindən, onların əmək haqqılarını verə bilmədiyini, onlar birlikdə Ceyhundan pulu almaq üçün Ceyhunun yaşadığı Sarov kəndinə getdiklərini, lakin Ceyhunun İddiaçı 120 manat pul verdiyini, qalan pulu ona vermədiyini və bundan sonra getdiklərini bildirmişdir. Həmin vaxt izahatı alınmış Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı bir neçə dəfə xurma meyvəsi almış və ümumilikdə ona 1150 manat pul verməli olmuşdur. Həmin pulun 1000 manat hissəsini İddiaçı ödəmiş, lakin 150 manat borcu qalmışdır. Həmin pulu gün ərzində İddiaçı ödəyəcəyini, eləcə də İddiaçı hədələmədiyini bildirmişdir. Araşdıqma nəticəsində İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, İddiaçı tələbi ilə əlaqədar mülki qaydada Tərtər Rayon Məhkəməsinə müraciət etməsi izah edilmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdirması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh aralarında olan razılaşmaya əsasən, cavabdeh iddiaçıdan xurma meyvələrini nisyə olaraq almışdır. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh ümumilikdə 1800 manat dəyərində xurma meyvəsi vermişdir. Həmin puldan Cavabdeh yalnız ona 120 manat pul vermişdir. Qalan pulunu ondan ala bilməmişdir. Bu səbəbdən əvvəl şikayət ərizəsi ilə Polis Şöbəsinə, sonra isə məhkəməyə müraciət etmişdir. İddiasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahidlər X1 və X2 ifadələrində İddiaçı yanında xurma meyvəsi yığımı ilə məşğul olduqlarını, Cavabdeh cəmi 1800 manat dəyərində xurma meyvəsi təhvil verildiyini, Cavabdeh İddiaçı cəmi 120 manat pul verdiyini, qalan pulu vermədiyini, zəhmət haqqlarını İddiaçı tələb etdikləri üçün, həmin pulun alınması məqsədi ilə Cavabdeh obyektinə getdiklərini, lakin Cavabdeh pulu vermədiyini bir daha təsdiqləmişlər. Məhkəmə şahidlərin səmimi ifadə verdiklərini hesab edərək, həmin ifadələrin sübut növü kimi qəbul edilməsini məqsədmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İddiaçı dəfələrlə pulunu ondan tələb etmiş, lakin cavabdeh hər dəfədə müxtəlif bəhanələrlə sözünə əməl etməmişdir. Bununla da Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan borcu 1680 manat təşkil etmişdir. Beləliklə məhkəmə yuxarıda göstərilən halları ümumiləşdirərək hesab edir ki, Cavabdeh hazırkı vəziyyətdə İddiaçı olan 1680 manat borcunu qaytarmamışdır. Beləliklə də o, iddiaçının qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişdir. Eləcə də Cavabdeh iddia tələbini təkzib edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş və ya ünvanlamamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsindı göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün müqavilə olmalıdır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş aralarında olan razılaşmaya əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verir, alıcı isə qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı iddia ərizəsində göstərilən məbləğdə xurma meyvəsini dəyərini ödəmək şərti ilə cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlibedilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, iddia tələbi 1680 manat məbləğində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 37 (otuz yeddi) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesssual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation ( sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü, aydın və biribirinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, tərəflər arasında bağlanmış müqaviini nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1680 (min altı yüz səksən) manat məbləğində pul vəsaiti, 37 (otuz yeddi) manat dövlət rüsumu alınmalı, İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1680 (min altı yüz səksən) manat məbləğində pul vəsaiti, 37 (otuz yeddi) manat dövlət rüsumu alınsın, İddiaçı verilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən :Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-143/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-143/2025
15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver