Məhkəmə qərarları › İş №2(061)-1436/2025

Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1436/2025

04.12.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1436/2025 04.12.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı, Cavabdeh qarşı 70000 manat pul vəsaitinin və ödənilmiş 300 manat dövlət rüsumunun alınıb ona verilməsi tələbinə dair mülki işə (H.Əliyev prospekti 45 nömrəli ünvanda yerləşən məhkəmə binasında) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh qarşı onun borclu olduqları 70000 (yetmiş min) manat məbləğində pulun və ödənilmiş 300 (üç yüz) manat pul vəsaitinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onu aldadaraq 70000 manat pul vəsaitini mənimsəmişdir. Belə ki, Cavabdeh onunla əlaqə saxlayaraq ona məxsus "xxxx" BOKT ASC -in Gəncə filialının onun Gəncə şəhəri, N.Nərimanov prospekti 56 ünvanında yerləşən obyektə köçürə biləcəyini bildirmişdir. Bunun müqabilində əvvəlcə 35000-40000 manat arası pul istəmişdir.O, bu məbləğə imkanı olmadığını bildirmişdir. Bir neçı gün sonra cavabdeh ikincı təklifini irəli sürmüş və bankdan pul götürüb ona verməsini, ilk iki ay ödənişi onun ödəməsini, qalan ayların özü ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə o,cavabdehin yaxın qohumu Adil adlı şəxsin "xxxx" BOKT ASC -in rəsmi məsul şəxsi-"xxxx" BOKT ASC -in Gəncə filialının müdiri olduğunu bildiyi üçün ona inanmış, bu təkliflə razılaşmışdır. X4 adına “ACCess Bank”dan 80000 manat kredit götürmüş, 70000 manatı Eşqinə vermişdir. Eşqin pulu aldıqdan sonra Aqil işdən çıxarılmış və Eşqin onu aldatmışdır. "xxxx" BOKT ASC -in filial ofisi onların obyektə köçürülməmiş və bank ödənişlərini də cavabdeh Eşqin ödəməmişdir. Aldadıldığını bildikdən sonra Aqillə də təmasları olmuş, onun pulu Eşqinə verdiyini xatırladaraq ondan tələb etməsini bildirmişdir. İlk dəfə ona təklif edən, pulunu alıb qaytarmayan Eşqin olmuşdur. Ona görə də yalnız Eşqinə qarşı iddia irəli sürmüşdür. Beləliklə, cavabdeh Eşqin onu aldadaraq 70000 manat pul vəsaitini mənimsəmişdir. Üstəlik onu əlavə faiz öhdəliyi ilə qarşı-qarşıya qoymuşdur. Odur ki, cavabdehin onu aldadaraq mənimsədiyi pul vəsaitinin ondan alınıb ona verilməsini qanunq uyğun hesab etmişdir. Cavabdehin etirafedici sözləri yazılmış diski məhkəməyə təqdim etmişdir. Yuxarıda göstərilənlərə əsasən ondan mənimsədiyi 70000 manat pul vəsaitinin və dövlət rüsumunun əvəzi olaraq 300 manatın, cəmi 70300 (yetmiş min üç yüz) manat pul vəsaitinin Cavabdeh alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı göstərmişdir ki, Cavabdeh onun oğlu ilə texnikumda bir qrupda təhsil almışdır. 10 ildən artıq müddətdir ki, onun yanına gəlib getmişdir. Cavabdeh bir gün onun yanına gələrək bankın yer axtardığını, obyektini banka icarəyə verməyi təklif etmişdir. Onun təklifi ilə razılaşmışdır. Cavabdeh növbəti gün onun yanına gələrək bunun müqabilində 40000-50000 manat pul lazım olduğunu bildirmişdir. Ona həmin pulu verə bilməyə imkanı olmadığını bildirmişdir. Cavabdeh sonra onun yanına gəlmiş, işi danışıb qaydasına qoyduğunu pula ehtiyac olmadığını, bankın obyekti icarəyə götürəcini bildirmişdir. Cavabdeh ona vəziyyətini qaydasına salmaq üçün bankdan pul götürüb ona verməsini xahiş etmiş, hər ay bankın kreditini ödəyəcəyini bildirmişdir. İş uzandı, sənədə görə qalmış, pulu götürüb Cavabdeh vermişdir. Cavabdeh lambardda işlədiyini, pulu 2 dəfə artıracağını bildirmişdir. Buna baxmayaraq Cavabdeh kreditin aylığını ödəməmiş, aldığı borc pulu qaytarmamışdır. Cavabdeh pulu Aqilə verməsindən məlumatı olmamışdır. Cavabdeh onun pulunu qaytarmadığı üçün onun barəsində polisə şikayət vermişdir. Polis şöbəsində Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında ondan 70000 manat pul almasını etiraf etmiş və dayısı oğluna verdiyini göstərmişdir. Bundan sonra məhkəmədə iddia qaldırmışdır. Hazırda cavabdeh məhkəmə iclasına gəlməmişdir, onun iştirakı olmadan işə baxılmasına etiraz etmədiyini bildirmiş və iddiasnın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, məhkəmə bildirişi Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş AZE ******** nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçı tərəfindən təqdim edilmiş Diskə baxış keçirilmişdir. Həmin diskdə pulun qaytarılması ilə bağlı söhbətlər aparıldığı müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq olunan İddiaçı vəsatəti əsasında sorğu edilərək alınmış Gəncə Şəhər Baş Polis İdarəsində toplanmış materialın surətlərinə əlavə olunmuş mülki iş üzrə Cavabdeh xx.xx.2025-ci il tarixli izahatından görünür ki, Gəncə şəhərində avtomobillərin ehtiyyat hissələrinin satışı ilə məşğul olan İddiaçı 2012-ci ildən tanıyır. Belə ki, həmin vaxtdan Rafailin oğlu Ruslanla dostluq etməyə başlamışdır. Ruslanla o, bir dost kimi mütəmadi olaraq biri-biriləri ilə görüşmüşlər. O, əvvəllər Ruslanın atası Rafailin Gəncə şəhəri N.Nərimanov keçəsində yerləşən, əvvəllər müxtəlif təşkilatlara icarəyə verdiyi binasının olduğunu bilmişdir. 2024-cü ilin ortalarında, dəqiq tarixi xatılmır, Rafail onunla görüşərkən onun binasının bir banka icarəyə verməkdə ona kömək etmişdir. O da həmin vaxtlar "xxxx" ASC-in Gəncə filialının müdiri işləyən qohumu Aqil Atayevə bu barədə demişdir. Aqil ona bununla bağlı "xxxx" ASC-in Bakı şəhərində yerləşən rəhbərliyi ilə danışmışdır. Həmin söhbətdən bir neçə gün sonra Aqil "xxxx" ASC-in rəhbərliyinin Rafailə məxsus binaya baxmaq istədiklərini demiş və onlar binaya baxmış və bəyənmişlər. Binanın bəzi sənədləri olmadığından, həmin sənədlərin düzəldilməsi lazım olmamışdır. Həmin ərəfədə X5 işlərində köməklik etdiyi üçün Rafail özünün sahibi olduğu lombardın əlavə pul qazanması üçün Rafaildən 100000 manat pul istəməsini həmçinin, Rafailin ona verəcəyi pulun faizini ödəyədəyinə söz vermişdir. Bir sözlə Aqil Rafailin ona vercəyi pulun faizini ödəyəcəyinə söz vermişdir. O, Rafailə Aqilə verməsi üçün 100000 manat pul verməsini dedikdə Rafail pulu olmadığını, ailəsi ilə birlikdə yaşadığı evini banka girov qoyub ona vercəyini demiş, səhv etmirsə 2024-cü ilin oktyabr ayında onun yanında “Access bank”ın Gəncə filialından evini girov qoyub 80000 manat pul götürüb 70000 manatını "xxxx" ASC-in Gəncə filialının qarşısında avtomobilin içərisində ona vermişdir. Həmin gün o da Aqil ilə lombardda görüşüb Rafailin ona verdiyi pulu Aqilə vermişdir. Rafailə ondan aldığı pulu Aqilə verdiyini, Aqilin hər ay bankın kredit pulunu ödəyəcəyinə söz verdiyini bildirmişdir. Sonrakı iki ay ərzində Aqil Bankın aylıq kredit borcunu Rafailin əvəzindən ödəmişdir. Lakin sonrakı aylarda pulu ödəmədiyinə görə Rafail dəfələrlə ondan pulunu istəməsinə baxmayaraq Aqil pulu ona vermədiyi üçün, kredit ödənməmiş qalmışdır. Bu səbəbdən Rafael Tağıyev ondan bankın kreditini ödəməsini tələb etdiyi üçün Aqilə bu barədə bildirmiş, onlar görüşmüşlər. Həmin vaxtı Aqil Rafailə aylıq 4200 manat kredit borcunu ödəyə bilmədiyini, kreditin müddətinin uzadılmasını, bundan sonra aylıq krediti ödəyə biləcəyini bildirmiş, bundan sonra Rafail pulun Aqilə çatdığını və onu aldatmadığını bilmişdir. O, Aqil Atayevin təklifi ilə Rafaeldən pulu alıb gətirib ona vermişdir. Məhkəmə iclasında tədqiq olunan İddiaçı vəsatəti əsasında sorğu edilərək alınmış Gəncə Şəhər Baş Polis İdarəsində toplanmış materialın surətlərinə əlavə olunmuş mülki iş üzrə X2 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, 2013-cü ildən 2021-ci ilədək "xxxx" BOKT ASC-in Gəncə filialının müdiri vəzifəsində işləmişdir. Səhv etmirsə 2024-cü ilin ortalarından Eşqinin vasitəsi ilə İddiaçı ilə tanış olmuşdur. İddiaçı özünə məxsus səhv etmirsə 500 kv.metrlik sahəsi olan 3 mərtəbə binanı hər hansı banka icarəyə vermək istədiyini, bununla bağlı ona köməklik edilməsini xahiş etmişdir. Eşqinlə birlikdə gedib binaya baxmışlar. Həmin vaxt İddiaçı ilə tanış olmuşdur. Rafail binanın sənədlərinin qaydasında olduğunu bildirmişdir. Həmin vaxt Gəncə şəhərində Texnologiya institutunun yanında yerləşən "xxxx" BOKT ASC-in filialının yerini dəyişmək üçün bina axtarıldığından İddiaçı məxsus binanın şəklini çəkib Bakı şəhərində yerləşən "xxxx" BOKT ASC-in rəhbərliyinə göndərmişdir. Bundan sonra bir neçə dəfə bankın nümayəndələri gəlib binaya baxış keçirmişlər. İddiaçı müqavilə bağlanması üçün Bakı şəhərinə çağrılmışdır, lakin binanı bir neçə sənədi qaydasında olmadığından İddiaçı 2 ay vaxt verilmişdir ki, həmin sənədləri düzəltsin. İddiaçı həmin müddətdə sənədləri qaydasına sala bilmədiyindən müqavilə bağlanmamışdır. 2025-ci ilin mart ayında o, işdən azad olunmuşdur. Həmin ərəfədə İddiaçı bir neçə dəfə ona bankla danışmağı xahiş etmiş, lakin o, işdən çıxdığını bildirmişdir. 2024cü ilin oktyabr ayında bank nümayəndələri ilə görüşən vaxtlarda Eşqin onunla söhbət etdikdə İddiaçı onun binasını icarəyə vermək üçün əziyyət çəkdiyinə görə yaşayış evini girov qoyaraq kredit götürüb ona vermək istədiyini bildirmişdir. Eşqin bunu Rafailin səmimi təklif etdiyini dedikdə, ona kreditin özünün ödəyəcəyini öhdəsinə götürmüşdür. Lakin 2 ay krediti ödəmiş, sonra ödəyə bilməmişdir. O, İddiaçı bankdan pul götürüb ona verməsini deməmişdir. Eləcə də o, Cavabdeh İddiaçı evini girov qoyub bankdan kredit götürüb ona verməsini deməsini xahiş etməmişdir. Məhkəmə iddiaçının izahatını, cavabdehin Gəncə Şəhər Baş Polis İdarəsində verdiyi izahatını, mülki işin materiallarını tədqiq edib və işin hallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə tərəflərin izahatlarının müqayisəli tədqiqi nəticəsində müəyyən etdi ki, İddiaçı Cavabdeh onların arasında inam, etibar yarandığından, münasibətləri yaxşı olmuşdur. Məhkəmə iclasında izahat vermiş İddiaçı göstərmişdir ki, Cavabdeh onun oğlu ilə texnikumda bir qrupda təhsil almışdır. 10 ildən artıq müddətdir ki, onun yanına gəlib getmişdir. Cavabdeh bir gün onun yanına gələrək bankın yer axtardığını, obyektini banka icarəyə verməyi təklif etmişdir. Onun təklifi ilə razılaşmışdır. Cavabdeh növbəti gün onun yanına gələrək bunun müqabilində 40000-50000 manat pul lazım olduğunu bildirmişdir. Ona həmin pulu verə bilməyə imkanı olmadığını bildirmişdir. Cavabdeh sonra onun yanına gəlmiş, işi danışıb qaydasına qoyduğunu pula ehtiyac olmadığını, bankın obyekti icarəyə götürəcini bildirmişdir. Cavabdeh ona vəziyyətini qaydasına salmaq üçün bankdan pul götürüb ona verməsini xahiş etmiş, hər ay bankın kreditini ödəyəcəyini bildirmişdir. İş uzandı, sənədə görə qalmış, pulu götürüb Cavabdeh vermişdir. Cavabdeh lambardda işlədiyini, pulu 2 dəfə artıracağını bildirmişdir. Buna baxmayaraq Cavabdeh kreditin aylığını ödəməmiş, aldığı borc pulu qaytarmamışdır. Cavabdeh pulu Aqilə verməsindən məlumatı olmamışdır. Cavabdeh onun pulunu qaytarmadığı üçün onun barəsində polisə şikayət vermişdir. Polis şöbəsində Cavabdeh izahatı alınmışdır. Cavabdeh izahatında ondan 70000 manat pul almasını etiraf etmiş və dayısı oğluna verdiyini göstərmişdir. Bundan sonra məhkəmədə iddia qaldırmışdır. iddiasının həmin məbləğdə təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, iddia tələbi ilə bağlı etiraz, mülahizələrini və iddia tələbini təkzib edən sənədləri məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı Cavabdeh 70000 manat pul verməsi məhkəmədə elan olunmuş mötəbər söbütlarla təsdiq olunmuşdur. Ona görə də məhkəmə iclasında elan edilmiş Gəncə Şəhər Polis İdarəsidə araşdırılması aparılan material üzrə göndərilmiş Cavabdeh və Aqil Atayevin izahatlarını mülki iş üzrə sübut növü kimi qəbul etmişdir. Belə ki, həmin izahatinda Cavabdeh İddiaçı 70000 manat pul aldığını, lakin həmin pulu qaytarmadığını göstərmişdir. Hazırda cavabdeh borc aldığı pulu iddiaçı tərəfə qaytarmadığı üçün tərəflər arasında mübahisə yaranmışdır. Belə olan halda iddiaçı borc verdiyi pulu tələb etmiş, cavabdeh isə əsassız bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Bununla da cavabdeh iddiaçının pulunu özündə saxlamışdır. Ona görə də iddiaçı əlverişsiz vəziyyətə düşmüş və onun cavabdehə qarşı tələb hüququ yaranmışdır. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddiaçının cavabdehə 70000 manat məbləğində pulun verilməsini sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə cavabdeh polis idarəsində verdiyi izahatında X3 işlərində köməklik etdiyi üçün özünün sahibi olduğu lombardın əlavə pul qazanması üçün Rafaildən 100000 manat pul istəməsini həmçinin, Rafailin ona verəcəyi pulun faizini ödəyədəyinə söz verdiyini bildirsə də, polis idarəsində izahatı alınmış Aqil Atayev bu halı təkzib etmiş, Cavabdeh deməsinə görə həmin təklifin İddiaçı tərəfindən edilməsini bildirmişdir. Belə hallar Cavabdeh səmimi olmasını şübhə altına almışdır. Ona görə də iddiaçı cavabdehin bildirdiklərini təkzib edərək, 70000 manat pulu razılaşdıqları kimi ona verdiyini bildirmişdir. Cavabdeh isə həmin halı təkzib edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cavabdehin istinad etdiyi dəlillər isə ehtimal olaraq qalır və heç bir əsasa söykənmir. Bu hallar isə iddianın rədd edilməsi üçün yetərli sayıla bilməz. Ona görə də məhkəmə iddiaçının bildirdiklərini və təqdim etdiyi sübutları cavabdehin bildirdiklərinə münasibətdə daha inandırıcı və ağlabatan hesab edir və cavabdehdən 70000 (yetmiş min) manat pul vəsaitinin alınıb iddiaçıya verilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə iddiaçı tərəf cavabdehə aralarınrda olan razılaşmaya əsasən 70000 manat pul vermiş, cavabdeh tərəf həmin pulu qaytarmamışdır. Beləliklə cavabdeh iddiaçı ilə aralarında olan razılaşmaya əsasən üzərilərinə götürdükləri öhdəliyi yerinə yetirməmişlər. Bununla da onların arasında faktik olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıdan əldə etdiyi pul vəsaitini ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1093.1–ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə cavabdehin heç bir hüquqi əsas olmadan əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmaq öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, «məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən izahatların məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdıralan sübutların qəbul edlib-edilməməsinin səbəbləri aydın göstərilməlidir». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, «qətnamənin əsaslandırıcı hissəində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstəriləmilidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir». Məhkəmə hesab edir ki, borc münasibətlərinin mövcudluğu üçün tərəflər arasında borc müqaviləsi bağlanmalıdır. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsi borc münasibətlərinin mövcudluğu üçün onlar arasında şifahi qaydada borc müqaviləsinin bağlanmasını da mümkün hesab edir. Ona görə də tərəflər arasında yazılı qaydada tərtib olunmuş borc müqaviləsinin olmaması borc müqaviləsinin ümumiyyətlə mövcud olmaması kimi qəbul etmək olmaz. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquqi normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qaldırılması üçün iddiaçının ödədiyi 300 (üç yüz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uüğün qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.(& 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiəmətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1070-ci il tarixli qərarı; «Piersack Belçikaya qarşı» iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; «de Cubber Belçikaya qarşı » iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir ki, «Ədalət mühakiməsinin keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görülməlidir». Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. İş materiallarını, iddiaçının izahatını, cavabdehin Gəncə Şəhər Polis İdarəsində verdiyi izahatını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 70000 (yetmiş min) manat pul vəsaiti və ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu, ümumilikdə alınaraq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 70000 (yetmiş min) manat pul vəsaiti və ödənilmiş 300 (üç yüz) manat dövlət rüsumu, ümumilikdə alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Kamil Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar