Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-1458/2025 22.08.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs olmaqla mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ona borclu olduğu 22335 ( iyirmi iki min üç yüz otuz beş) manat pulun, 159 (yüz əlli doqquz) manat 53 (əlli üç) qəpik dövlət rüsumunun və 840 manat mediasiya xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəməyə ünvanladığı elektron ərizədən görünür ki, ərizəni tam şəkildə müdafiə edir. Xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəciyini, iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və ərizəsinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin ərizəsini nəzərə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, özəl sektor işçisidir. Maraqlı şəxsi ortaq dostları vasitəsi ilə tanımışdır. O, "xxxx" MMC-dən taksi fəaliyyəti yerinə yetirmək üçün 4 ədəd mink markalı “Cevrolet Cobalt LTZ minik” markalı avtomobillər götürmüşdür. 2-3 ay fəaliyyət göstərdikdən sonra taksi şirkətini işlədə bilməmişdir. Maraqlı şəxs ondan avtomobilləri almaq istədiyini, avtomobillərin lizinq şirkətinə aylıq ödənişləni ödəyəcəyini bildirmişdir. Həmçinin onun şirkətə ilkin ödənişləri və digər xərcləri olan 4 avtomobilə ümumilikdə 22335 manat pul ödəməli olmuşdur. Maraqlı şəxs pulu bir dəfəyə ödəyə bilməyəcəyini, xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 1835 manat pul ödəməli olmuşdur. Yekunda xx.xx.2026-cı il tarixə kimi 22335 manat pulunu tam şəkildə bağlamalı olmuşdur. Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımınca yerinə yetirməmiş, müqavilə bağladığı gündən hal-hazıradək ona bir manat belə ödəniş etməmişdir. Dəfələrlə maraqlı şəxsə pulunun qaytarılması barədə xəbərdarlıq etsə də heç bir nəticə olmamışdır. Müqavilənin 4-cü bəndində göstərilmişdir ki, aylıq ödənişlərin tam həcmdə və vaxtında ödəməməklə gecikdirildikdə müqavilənin pozulmasına bir başa dəlalət edir. Məcburiyyət qarşısında qalaraq Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Maraqlı şəxs ilə aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi, Maraqlı şəxs ona borclu olduğu 22335 ( iyirmi iki min üç yüz otuz beş) manat pulun, 159 (yüz əlli doqquz) manat 53 (əlli üç) qəpik dövlət rüsumunun və 840 manat mediasiya xidmət haqqının tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. İş materiallarında olan SMS bildirişdən görünür ki, Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur. Azərbaycan Respublikası MPM-in 355-25.2-ci maddəinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmədə elan olunmuş Mediasiya Şürasının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən hazırlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi Maraqlı şəxs arasında pul və öhdəliklərin zamanında icrası tələbinə ilə Mediasiya Şurasına müraciət etmişdir. Barışıq sazişinin birinci bəndində göstərilmişdir ki, birinci tərəf Hüseynli X1 imzalamaqla onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AZL-5815 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixi ** YK *** dövlət qeydiyyat nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AZL-5813 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli ** YK *** dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AZL - 5814 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il ictehsal taixli ** YK *** dövlət qeydiyyat nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AZL - 5816 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli 90YK721 dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili ikinci tərəf Maraqlı şəxs üçüncü şəxsin maraqlarına zidd olmamaqla 05.072025-ci il tarixdən etibarən müvəqqəti sahibliyinə və istifadəsinə təqdim etməyi öz öhdəsinə götürmüşdür. İkinci tərəf Maraqlı şəxs ona hissə-hissə olmaqla xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 1835 manat pul ödəməli olmaqla, ümumilikdə 8835 manat, eyni zamanda xx.xx.2025-ci il tarixdən etibarən hər gün 45 manat olmaqla aylıq 1350 manat olmaqla, xx.xx.2026-cı il tarixədək ümumilikdə 22335 manat pul ödəyəcəyinə dair öz üzərinə götürdüyü öhdəliklə razı olmuşdur. İkinci tərəf Maraqlı şəxs bu sazişi imzalamaqla birinci tərəf Ərizəçi ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024cü il tarixli № AZL - 5815 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında birinci tərəfin müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli 90YK721 dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024cü il tarixli № AZL - 5814 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il ictehsal taixli ** YK *** dövlət qeydiyyat nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AZL - 5813 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli 90YK721 dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2024-cü il tarixli № AZL - 5816 nömrəli daxili lizinq müqaviləsi və ayrılmaz tərkib hissəsi olan əlavələri əsasında müvəqqəti sahibliyində və istifadəsində olan 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli 90YK721 dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili saz vəziyyətdə üçüncü şəxsin maraqlarına zidd olmamaqla xx.xx.2025-ci il tarixdən onun ikinci tərəf Maraqlı şəxs müvəqqəti sahibliyinə və istifadəsinə təqdim etməyi öz öhdəsinə götürdüyü öhdəliklə razı olmüşdür. Bunun müqabilində o, hissə-hissə olmaqla birinci tərəf Ərizəçi hissəhissə olmaqla xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 1835 manat pul ödəməli olmaqla, ümumilikdə 8835 manat, eyni zamanda xx.xx.2025-ci il tarixdən etibarən hər gün 45 manat olmaqla aylıq 1350 manat olmaqla, xx.xx.2026-cı il tarixədək ümumilikdə 22335 manat pulu nağdsız qaydada (4127 2093 0309 9565 ABB bank kartına) ödəyəcəyinə dair və lizinq müqavilələri və cədvəl üzrə bundan sonrakı tarixlərdəki ödənişləri ödəyəcəyinə dair və lizinq müqavilələri və cədvəl üzrə bundan sonrakı tarixlərdəki ödənişləri zamanında həyata keçirəcəyinə dair öz üzərinə öhdəlik götürmüşdür. Tərəflər birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs bu sazişi imzalamala qarşılıqlı şəkildə və mübahisəsiz qaydada razılığa gəlmişlər ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış müqavilələr üzrə məlumatları bu sazişin 1-ci və 2-ci bəndlərində əks edilən 4 sayda saz vəziyyətdə olan minik avtomobilə görə ödənişləri ikinci tərəf Maraqlı şəxs tərəfindən tam başa çatdıqdan sonra birinci tərəf Ərizəçi bu avtomobilin ikinci tərəfin mülkiyyətinə keçirilməsi məqsədi ilə lizinq Cəmiyyətinə rəsmi qaydada müraciət edəcəyinə dair öz üzərinə öhdəlik götürmüdür. İkinci tərəf Maraqlı şəxs bu sazişi bağlamaqla birinci tərəfi müqavilələr üzrə üzərinə düşən bütün öhdəliklərdən azad etdiyini rəsmi qaydada təsdiq və bəyan etmişlər. Tərəflər razılaşıllaşırlar ki, bu saziş üzrə ikinci tərəf Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəliklərini pozduqda birinci tərəf Ərizəçi Azərbaycan Respublikası Qanunverciliyində nəzərdə tutulmuş qaydada aidiyyəti məhkəməyə müraciət etmək, göstərilən borc məbləğini və mediatora ödədiyi tam mediasiya xərcini ikinci tərəfdən məcburi qaydada tutulması, habelə avtomobillərin ona saz vəziyyətdə geri qaytarılması məqsədi ilə qətnamənin icraya yönəldilməsi üçün hüququnu öz üzərində saxlayır. Barışıq sazişi tərəflərin sözləri ilə yazılmış və doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Tərəflərə barışıq sazişinin şərtləri izah olunmuşdur. Tərəflər arasında digər mübahisə olmamışdır. Məhkəmə ərizəni, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, ərizəçi birinci tərəf xx.xx.2025-ci il tarixli barışıq sazişi ikinci tərəf maraqlı şəxsə 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli 90YK721 dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili saz vəziyyətdə üçüncü şəxsin maraqlarına zidd olmamaqla xx.xx.2025-ci il tarixdən onun ikinci tərəf Maraqlı şəxs müvəqqəti sahibliyinə və istifadəsinə təqdim etmiş və bu halı hər iki tərəf təsdiq etmişdir. Aralarında olan tələbə görə ərizəçi Mediasiya Şurasına müraciət etmişdir. Mediasiya Şurasında tərəflər arasında xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən ərizəçi maraqlı şəxsə 25850 manat dəyərində olan 2024-cü il istehsal tarixli 90YK721 dövlət nişanlı “Cevrolet Cobalt LTZ minik” markalı, (Ban nömrəsi XWBJA69V9SA001352, Mühərrik nömrəsi B15D212242564NA8X0630) sedan tipli avtomobili saz vəziyyətdə üçüncü şəxsin maraqlarına zidd olmamaqla xx.xx.2025-ci il tarixdən onun ikinci tərəf Maraqlı şəxs müvəqqəti sahibliyinə və istifadəsinə təqdim etmiş, maraqlı şəxs ikinci tərəf hissə-hissə olmaqla birinci tərəf Ərizəçi hissə-hissə olmaqla xx.xx.2025-ci il tarixdə 1500 manat, xx.xx.2025-ci il tarixdə 3000 manat, xx.xx.2025-ci il tarixdə 2500 manat, xx.xx.2025-ci il tarixdə 1835 manat pul ödəməli olmaqla, ümumilikdə 8835 manat, eyni zamanda xx.xx.2025-ci il tarixdən etibarən hər gün 45 manat olmaqla aylıq 1350 manat olmaqla, xx.xx.2026-cı il tarixədək ümumilikdə 22335 manat pulu nağdsız qaydada (4127 2093 0309 9565 ABB bank kartına) ödəyəcəyini üzərinə ohdəlik götürmüşdür. Barışıq sazişi tərəflərin sözləri ilə yazılmış və doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Tərəflərə barışıq sazişinin şərtləri izah olunmuşdur. Tərəflər arasında digər mübahisə olmamışdır. Azərbaycan Respublikası MPM-in 305.1.17-ci maddəsində göstərilmişdir ki, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası MPM-in 306.1-cı maddəsində göstərilmişdir ki, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-in 355-23.1-cı maddəsində göstərilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi crası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal ictisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-in 355-23.2-cı maddəsində göstərilmişdir ki, Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci madəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Ərizəçi haqlı olaraq Tərtər Rayon Məhkəməsinə sözügedən iddia ilə müraciət etmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə hesab edir ki, hazırki halda pul tutulmasının əvvəli tərəflər arasında Mediasiya Şürasının xx.xx.2025-ci il tarixli barışıq sazişinin tərtib olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi hazırki vəziyyətdə baxılan tələblə bağlı belə hal müəyyən edilməmişdir. İş materiallarını, Mediasiya Şürasında tərəflər arasında imzalanmış xx.xx.2025-ci il tarixli barışıq sazişini və iş materiallarına əlavə edilmiş sənədləri nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilməli, Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs Ərizəçi borclu olduğu 22335 ( iyirmi iki min üç yüz otuz beş) manat pul, 159 (yüz əlli doqquz) manat 53 (əlli üç) qəpik dövlət rüsumu və 840 manat mediasiya xidmət haqqı tutularaq ona ödənilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362 -ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs aralarında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs Ərizəçi borclu olduğu 22335 ( iyirmi iki min üç yüz otuz beş) manat pul, 159 (yüz əlli doqquz) manat 53 (əlli üç) qəpik dövlət rüsumu və 840 (səkkiz yüz qırx) manat mediasiya xidmət haqqı tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-1458/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-1458/2025
22.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver